Əhatə olunmuş regionlar

Aran bölgəsi


Aran bölgəsi Aran iqtisadi rayonunu əhatə edir. Bu iqtisadi rayon Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab inzibatı rayonlarını və Şirvan, Mingəçevir, Yevlax şəhərlərini əhatə edir.

Bakı-Abşeron bölgəsi


Bu bölgə əsasən Abşeron iqtisadi rayonundan ibarətdir. Bu iqtisadi rayon Abşeron, Xızı inzibati rayonlarını, Bakı və Sumqayıt şəhərlərini əhatə etməklə çox əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir.

Qərb bölgəsi


Qərb bölgəsi Gəncə-Qazax iqtisadi rayonunu əhatə edir. Bu iqtisadi rayon Ağstafa, Daşkəsan, Gədəbəy, Goranboy, Xanlar, Qazax, Samux, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan kimi şəhərləri əhatə etməklə Azərbaycanın qərbində yerləşir.

Qarabağ bölgəsi


Qarabağ bölgəsi Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarını əhatə edir. Yuxarı Qarabağ iqtisadi rayonu Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli rayonlarını və Xankəndi şəhərini əhatə edir.

Quba-Xaçmaz rayonu


Quba-Xaçmaz iqtisadi rayonu Dəvəçi, Xaçmaz, Quba, Qusar və Siyəzən inzibati rayonlarını əhatə etməklə Azərbaycanın şimal-şərq hissəsində yerləşir.

Kəlbəcər-Laçın rayonu


Kəlbəcər-Laçın iqtisadi rayonu Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarını əhatə edir. Azərbaycan ərazisinin 7,5 %-i, əhalisinin isə 2 %-dən bir qədər çoxu bu rayonun payına düşür.

Cənub bölgəsi


Cənub bölgəsi əsasən Lənkəran iqtisadi rayonunu əhatə edir. Azərbaycan Respublikasının Lənkəran iqtisadi rayonu Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı və Lənkəran inzibati rayonlarının ərazisini əhatə etməklə Azərbaycanın cənub-şərqində yerləşir.

Şəki-Zaqatala bölgəsi


Azərbaycan Respublikasının zəngin bölgələrindən sayılan Şəki-Zaqatala iqtisadi rayonu Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonlarının ərazisini əhatə etməklə Azərbaycanın şimal-qərbində - Böyük Qafqaz dağlarının cənub yamacında yerləşir.

Naxçıvan bölgəsi


Azərbaycan Respublikasının Naxçıvan iqtisadi rayonu NMR ərazisini əhatə etməklə Türkiyə, İran və Ermənistan əhatəsində anklav ərazidə yerləşir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvan rayonu hal-hazırda çox əlverişsiz iqtisadi-coğrafi mövqeylə üzləşmişdir.

Dağlıq Şirvan bölgəsi


Dağlıq Şirvan bölgəsi Dağlıq Şirvan iqtisadi rayonunu əhatə edir. Bu iqtisadi rayon Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarını əhatə etməklə Azərbaycanın mərkəz hissəsində - Şirvan düzündə yerləşir.