ALGIKEY

    (PHARMINISIO S.L. İSPANİYA)

Beynəlxalq patentləşdirilməmiş adı: Ketorolak tromethamine

Tərkibi

Tdsiredici maddə: hər ampulda 30 mq ketorolak trometamin vardır.

Köməkçi maddələr: 100 mq etanol; 4,35 mq natrium-xlorid, 1 ml-ə qədər inyeksiya üçün su.

Farmakoterapevtik qrupu

Qeyri-steroid quruluşlu iltihabəleyhinə dərman vasitəsi. Analgetik.

İstifadəsinə göstərişlər

Zəif və güclü ağrıların qısamüddətli müalicəsi.

Əks göstərişlər

-       Preparatın tərkibində olan komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq.

-       Asetilsalisil turşusuna və ya digər qeyri-steroid iltihabəleyhinə dərman vasitələrinə qarşı yüksək həssaslıq.

-       Angioödem,bronxospazm və ya burun polipi.

-       Peptik xora.

-       Astma.

-       Yüngül və ya ağır böyrək disfunksiyası.

-       Laxtalanmada baş verən dəyişikliklər, hemorragik diatez, serebral hemorragiya və ya qanın hemorragiyaya səbəb ola biləcək hər hansı digər pozğunluğu.

-       Paralel olaraq digər qeyri-steroid iltihabəleyhinə preparatların qəbulu.

-       Tam dozada antikoaqulyant müalicəsi.

-       Probenesid, litiumduzları və pentoksifıllinlə paralel müalicə.

-       Hamiləlik, doğuş və laktasiya dövrü.

-      16 yaşa qədər uşaqlar.

Ehtiyat tədbirləri

Tərkibində köməkçi maddə kimi etanol olduğundan qaraciyər xəstəliklərindən, alkoqolizmdən və epilepsiyadan əziyyət çəkən xəstələr, hamilə qadınlar və uşaqlar üçün təhlükəli ola bilər. Qaraciyər və böyrək çatışmazlığmdan, ürəyin dekompensasiyasından, hipertenziyadan əziyyət çəkən, əvvəllər həzmlə bağlı və ya hematoloji problemləri olan və 65 yaşdan yuxarı xəstələr ALQİKEY-lə müalicəyə başlamazdan əvvəl həkimlə məsləhətləşməlidir.

Digər dərman vasitələri  ilə qarşılıqlı təsiri

ALİKEY-lə müalicə zamanı paralel olaraq digər analgetiklərdən istifadə edilərsə və ya hər hansı digər müalicə alınarsa bu barədə həkimə məlumat verilməlidir. Belə ki, eyni vaxtda istifadə edildikdə (xüsusilə furosemid və metotreksatla) dərman preparatlarından hər hası birinin dozasında dəyişiklik etmək lazım gələ bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hər hansı dərman vasitəsini qəbul etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Əgər ketorolakdan istifadə zəruridirsə həkim onun hamiləlik müddətində fayda və risk nisbətini müqayisə etdikdən sonra qərar qəbul edir.

Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

ALQİKEY, nadir hallarda başgicəllənmə və əzginlik yarada bilər. Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarə edən zaman bunu nəzərə almaq lazımdır.

İstifadə qaydası və dozası

Alqikey inyeksiyası ilə müalicə həkimin göstərişi ilə və nəzarəti altında aparılmalıdır. Tövsiyə olunan əzələdaxili və ya venadaxili başlanğıc doza 10 mq təşkil edir. Sonra isə inyeksiya, ağrının nəzarət altına alınmasından asılı olaraq hər 4-6 saatdan bir 10-30 mq dozada təkrar olunur. Əgər ağrı güclü və ya çox güclüdürsə, tövsiyə olunan başlanğıc doza 30 mq təşkil edir. Maksimal gündəlik doza böyüklər  üçün 90 mq-dan, qoca adamlar üçün 60 mq-dan yüksək olmamalıdır. Maksimum müalicə müddəti 2 gündən çox olmamalıdır. Preparat  yüksək dozalarda  istifadə olunmamahdır. Maksimum müalicə müddəti-2 gün. Əgər orqanizm müalicə prosesinə lazımi reaksiya verərsə həkim müalicə zamanı ketorolakın tabletlərindən də istifadə edilməsini məsləhət görə bilər. Bu zaman nəzərə almaq lazımdır ki, preparatın inyeksiya dərman forması ilə tablet dərman formasının gündəlik ümumi dozası böyüklər üçün 90 mq-dan, qoca adamlar üçün isə 60 mq-dan yüksək olmamalıdır.

Preparatın qəbulu ağrının mövcudluğundan asılıdır. Ağrı aradan qalxan kimi müalicə dayandırılmalıdır.

Uşaqlarda istifadəsi

Uşaqlara təyin edilməsi tövsiyə olunmur. 16 yaşına qədər uşaqlar üçün preparatın təhlükəsizliyi və səmərəliliyi öyrənilməmişdir.

Qoca adamlarda istifadəsi

65 yaşdan yuxarı xəstələr preparatdan istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidir.

Əlavə təsirləri

Əgər ALQİKEY qəbul etdikdən sonra xəstə özünü yaxşı hiss etməzsə dərhal həkimə və ya əczaçıya məlumat verilməlidir.

ALQİKEY əksər xəstələrə cərrahi əməliyyatdan sonrakı ağrılardan azad olmaqda çox kömək edir, lakin o, bəzi xəstələrdə gözlənilməyən əlavə effektlər yarada bilər. Bütün dərman vasitələri əlavə təsirlərə malik ola bilər. Bəzən bu təsirlər çox ciddi ola bilər, əksər hallarda isə yüngül olurlar. Bəzi əlavə təsirlərin meydana çıxdığı təqdirdə tibbi müalicəyə ehtiyac yarana bilər.

Müalicə prosesində hər hansı sual yaranarsa həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır.

Alqikeylə müalicə vaxtı aşağıdakı əlavə təsirlərdən hər hansı biri baş verərsə və o narahatlıq yaradarsa həkimə məlumat vermək lazımdır:

*ürəkbulanma, dispepsiya və narahatçılıqla müşayiət olunan mədə pozğunluğu;

*mədədə ağrı və qaz toplanması (meteorizm);

*diarreya;

*başgicəllənmə;

*baş ağrısı;

*güclü tər ifrazı;

*hər hansı fıziki işin nəticəsi olmayan əzələ ağrısı, əzələlərin tonusdan düşməsi və zəifliyi

*inyeksiya nahiyəsində ağrı;

*ağızda quruluq;

*güclü yanğı (susuzluq) hissi.

ALQİKEY-in bu əlavə təsirləri adətən yüngül təsirlərdir.

Aşağıdakı əlavə təsirlərdən hər hansı biri müşahidə olunarsa dərhal həkimə müraciət etmək lazımdır:

*mədənin hər hansı hissəsində və ya beldə güclü ağrı və ya əzginlik;

*güclü başgicəllənmə;

*güclü və uzunmüddətli baş ağrısı;

*qanaxma və qansızmanın normal hala nisbətən daha asanlıqla baş verməsi, dəri altında bənövşəyi və ya qırmızımtıl ləkələr;

*bədən kütləsinin qeyri-adi artımı,topuqların və ayaqların şişməsi.

Bunlar çox ciddi əlavə təsirlərdir. Bu təsirlərin baş verdiyi təqdirdə tibbi yardıma ehtiyac yarana bilər. Belə ciddi əlavə təsirlər nadir hallarda baş verir.

Aşağıdakı əlavə təsirlərdən hər hansı biri müşahidə olunarsa dərhal həkimə müraciət etmək  və ya ən yaxında yerləşən xəstəxanaya müraciət etmək lazımdır:

*qan qusma və ya qəhvə çöküntüsünə oxşar qusuntu;

*düz bağırsaqda qanaxma, bağırsağın qara, yumşaq, selikli möhtəviyyatı (nəcis) və ya qanlı ishal;

*sifətin, dodaqların və dilin şişərək udqunmanı və tənəffüsü çətinləşdirməsi;

*astma, çətin və səthi tənəffus;

*qəfləti və ya ağır qaşınma, dəri səpgiləri, örə;

*qıcolma tutması, bayılma;

*çənədə ağrı və ya dartılma.

Bunlar çox ciddl əlavə təsirlərdir. Bu təsirlərin meydana çıxdığı təqdirdə xəstənin həkim nəzarəti altında olmasına və ya xəstəxanaya yerləşdirilməsinə ehtiyac yarana bilər. Bu əlavə təsirlər çox nadir hallarda baş verir.

Bəzi xəstələrdə yuxarıda sadalanmayan digər əlavə təsirlər baş verə bilər.

Xəstənin özünü pis hiss etməsinə səbəb olan başqa əlavə təsirlər baş verərsə həkimə məlumat vermək lazımdır.

Bu vərəqədə anlaşılmaz bir şey miişahidə olunarsa.onu aydınlaşdırmaq üçün hdkimə vəya əczaçıya müraciət etmək lazıtndır.

Burada göstərilən əlavə təsirlərə görə narahat olmayın. Ola bilər ki,Siz onlardan heç birini hiss etməyəsiniz.

Doza həddinin aşılması

Dərhal həkimə və ya Toksikoloji İnformasiya Mərkzinə müraciət etmək lazımdır. Əgər Alqikey orqanizmə lazım olduğundan artıq miqdarda yeridilərsə mədədə ağrı və ya narahathq, urəkbulanma, qusma, qıcqırma, dispepsiya və spazm ilə müşayiət olunan mədə pozğunluğu baş verə bilər. Xəstə bu zaman nə etmək lazım olduğunu bilməzsə, həkim və ya əczaçıya müraciət etməlidir.

Əgər Alqikeyin 1 inyeksiyası yaddan çıxarsa onu əvəz etmək üçün ikiqat dozadan istifadə edilməməlidir.

Buraxılış forması

İnyeksiya üçün Alqikey 1 ml-lik ampullarda buraxılır. 6 ampul karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Xüsusi saxlanma şəraitinə ehtiyac yoxdur.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilir.Yararlılıq müddəti bitdik-dən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

Lisenziya sahibi

PHARMINICIO, S.L. (İspaniya)

C/Aribau 168-170

08036 Barcelona (Spain)

İstehsalcı

Laboratorio GENERFARMA, S.L. (İspaniya)

Isaac Peral, 6, Parque Tecnologico, Paterna, 46980 Valencia (İspaniya)