BENFER (oral damcı)

      (LİSAPHARMA İTALİYA)

Tərkibi:

1 ml oral damcının tərkibində 50 mq Fe (III)-ə müvafiq olaraq 178,5 mq dəmir polimaltoza kompleksi  vardır.

Farmakoterapevtik qrupu

Dəmir defisitli anemiya əleyhinə preparat.

 İstifadəsinə göstərişlər

  • Latent və ya aşkar dəmir çatışmazlığının müalicəsi.
  • Dəmir defisitli anemiya və ya dəmirə olan tələbatın artması hallarında, xüsusilə hamiləlik, laktasiya dövründə, vaxtından əvvəl doğulmuş uşaqlarda, yenidoğulmuşlarda, körpələrdə və qanaxmalardan sonar müalicə və profilaktik məqsədlə.

Əks göstərişlər

  • Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
  • Hemosideroz, hemoxromatoz. Aplastik, hemolitik, sideroaxrestik anemiya.
  • Xronik pankreatit.
  • Qaraciyərin sirrozu.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Kalsium duzlarının, bisfosfonatların, flüorxinolonların, penisillaminlərin və mədə-bağırsaq protektorlarının (maqnezium, alüminium və kalsium duzları, oksidləri və hidroksidləri) absorbsiyasını azalda bilər və ona görə də bu dərmanlarla birlikdə istifadə edilməməlidir.

Xüsusi xəbərdarlıqlar

İnyeksiya formasında olan dəmir preparatları ilə birlikdə istifadəsi məsələhət deyil.

Nəcis tünd rəngə boyana bilər, lakin, bu, klinik əhəmiyyət daşımır.

Həkimin təyin etmədiyi halda uzun müddət istifadə edilməməlidir.

İstifadə qaydası və dozası

Əgər həkim tərəfindən başqa təyinat verilməyibsə:

Vaxtındanəvvəl doğulmuş uşaqlar: bədən kütləsinin hər kq-na 1 damcı  (2,5 mq) gündə 1dəfə.

1 yaşa qədər körpələr: müalicəni 5 damcı ilə başlayaraq gün ərzində bölməklə tədricən 20 damcıya qədər artırmaq lazımdır.

1-12 yaşa qədər uşaqlar: gündə 1 və ya 2 dəfə 20 damcı (50-100 mq).

12 yaşdan yuxarı uşaqlar: gündə 2 dəfə 20 damcı (100 mq).

Böyüklər: qida qəbulundan asılı olmayaraq gündə 1 və ya 2 dəfə 40 damcı (100-200 mq).

Əlavə təsirləri

Bəzən, xüsusilə həddindən artıq yüksək dozalarda istifadə zamanı meteorizm, ürəkbulanma, qəbizlik, diareya kimi mədə-bağırsaq pozğunluqları baş verə bilər. Bu əlavə təsirlər preparatı dayandırdıqdan və ya dozanı azaldıqdan sonra geri dönən xarakter daşıyır. 

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Soyuducuda saxlamayın və ya dondurmayın.

Yararlılıq müddəti

Əgər dəqiq olaraq zədələnməmiş qablaşdırmasında saxlanılarsa, 3 il.

Konteynerin ilk açılışından sonra preparat 21 gün (3 həftə) ərzində istifadə olunmalıdır.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Buraxılış forması

30 ml məhlul.