CERİMAG FORTE

(GRICAR İTALİYA)

TƏRKİBİ

QAYT                     250 mq

Qlutamin                 120 mq

Ginkqo biloba         80 mq

Vitamin B6             5 mq

Maqnezium laktat   231 mq (Mg 21.9 mq)

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏR

QAYT.  MSS-də oyanma və tormozlanma proseslərini tənzimləməklə normal psixo-emosional vəziyyəti bərpa edir.  Neyronlara membranstabilləşdirici təsir edir, bioenergetik və metabolik prosesləri yaxşılaşdırmaqla nootrop təsir göstərir. Həmçinin hipoksiyaəleyhinə və qıcolmaəleyhinə effektə malikdir.

Qlutamin. Beyin hüceyrələrini zədələnmədən mühafizə edir, membranoprotektor təsiri göstərir, sinir toxumasının strukturunu bərpa edir, beyin hüceyrələrinin metabolizmini yaxşılaşdırır. QAYT -un miqdarını artırır, baş beyində yüksək metabolik aktivlikli neyromediator rolunu oynayır, oksidləşmə-bərpa prosseslərini, zülal mübadiləsini stimulə edir.

Ginkqo biloba. Damar spazmını aradan qaldırmaqla beyində mikrosirkulyasiyanı yaxşılaşdırır. Yaş dövrü ilə əlaqəli olan yaddaş, eşitmə və görmə qabiliyyəti, nitqi və hərəki funksiyaların pozğunluqlarını aradan qaldırır;  damarların elastikliyini və möhkəmliyini bərpa edir, trombositlərin aqreqasiyasının qarşısını alır, sinir hüceyrələrinin maddələr mübadiləsini və oksigenlə təchizatını təmin edir, ürək əzələsinin qidalanmasını yaxşılaşdırır, sedativ və spazmolitik təsir göstərir.

Piridoksin (Vitamin B6). Maddələr mübadiləsində aktiv iştirak etməklə beyin toxumasında metobolizmi yaxşılaşdırır, qlutamin turşusunun QAYT-a çevrilməsində iştrak edir, QAYT-un endogen sintezini aktivləşdirir. Sinir sistemində neyromediatorların sintezini stimullaşdırır. Əqli və fiziki əmək qabiliyyətini artıır, yaddaşı və əhval-ruhiyəni yaxşılaşdırır.

Maqnezium hüceyrələrin həyati vacib elementi kimi maddələr mübadiləsinin bir sıra reaksiyalarında iştirak edir. Sinir impulslarının otürülməsində, zülalların sintezində iştirak edir. Sinir sisteminin oyanıqlığını azaldaraq və baş beyin qabığında tormozlanma proseslərini gücləndirərək sakitləşdirici təsir gostərir. Maqnezium defisiti orqanizmdə tremor, tetaniya, ataksiya, yüksək reflektor oyanıqlıq, yuxu pozğunluğu, ürək ritmi pozğunluğu, mədə-bağırsaqların motorika pozğunluğu və diareya kimi patologiyaların əmələ gəlməsinə səbəb olur.

GÖSTƏRİŞLƏR

  • Beyin qan dövranının pozğunluqları;
  • Dissirkulyator ensefalopatiyalar (insultun fəsadları, baş-beyin travmaları, yaşlanma dövrü), yaddaş və diqqətin pozulması, intelektual qabiliyyətin zəifləməsi, həyacanlanma, qorxu;
  • Parkinson və Alsheymer xəstəliyi, demensiya, yuxu pozğunluğu, epilepsiya;
  • Diqqət və yaddaşın artırılması məqsədi ilə;
  • Neyrosensor pozğunluqlar (başgicələnmə, qulaq küyləri, hipoakuziya);
  • Sarı ləkənin qocalıq degenerasiyası, diabetik retinopatiya;
  • Ürəyin işemik xəstəlikləri. Aritmiya. Ateroskleroz;
  • Periferik qan dövranı və mikrosirkulyasiya pozğunluğu. Reyno sindromu.

İSTİFADƏ QAYDASI

10 yaşdan yuxarı uşaqlara və böyüklərə 1 həb gündə bir dəfə.

ƏLAVƏ TƏSİRLƏR

Nadir hallarda dispeptik pozğunluqlar, başgicələnmə, bradikardiya, allergik reaksiyalar. 

ƏKS GÖSTƏRİŞLƏR

Dərman vasitəsinin komponentlərinə qarşı olan həssaslıq, mədə və 12-barmaq bağırsaq xorasının kəskin dövrü, eroziv qastrit, hamilə və südverən qadınlar, 10 yaşadək olan uşaqlar, beyin qan dövranının kəskin pozğunluğu, kəskin miokard infarktı.

XÜSUSİ GÖSTƏRİŞLƏR

Tövsiyə olunan dozadan artıq istifadə etməyin. Preparatın qəbulu xüsusi pəhriz saxlamağı tələb etmir.  Uşaqların əli çatmayan yerdə saxlayın. Antikoaqulyantlar qəbul etdiyiniz halda SERİMAG FORTE-nın  istifadəsindən əvvəl həkimlə məsləhətləşməyiniz məsləhət görülür.

DİGƏR DƏRMAN PREPARATLARI İLƏ QARŞILIQLI TƏSİRİ

Asetilsalisil turşusu və antikoaqulyant qəbul edən xəstələrə Ginkqo biloba ekstraktı tərkibli dərmanlar qəbul etmək məsləhət görülmür.

BURAXILIŞ FORMASI

Cerimag forte, həblər №30 .