CERİMAQ

(GRICAR İTALİYA)

TƏRKİBİ

QAYT - 250 mq

Qlutamin-150 mq

İnozitol - 40 mq

L-karnitin - 27 mq

Maqnezium - 56 mq

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏR

Serimaq baş beyində metabolizm proseslərini bərpa edir, beyin tərəfindən glyukozanın mənimsənilməsini və mübadilə prosesləri zamanı əmələ gələn toksiki maddələrin xaric olmasını təmin edir. Sinir sisteminin oyanığlığını azaldaraq və baş beyin qabığında tormozlanma proseslərini gücləndirərək sakitləşdirici təsir göstərir; yaddaşı yaxşılaşdırır, beyin qan dövranının pozulması nəticəsində əmələ gələn hərəki və nitq qüsurlarının aradan qaldırılmasına müsbət təsir göstərir. Antihipoksik və qıcolmaəleyhinə təsirə malikdir. Uşaqlarda (həmçinin, əqli inkişafadan geri qalanlarda) yaddaş və təhsilə mənfi təsir göstərən faktorları (baş beynin degenerativ zədələnmələri, hipoksiya, travmalar və s.) aradan qaldırır.

GÖSTƏRİŞLƏR

  •      Psixi aktivliyin azalması ilə müşahidə olunan əqli inkişafdan geri qalma
  •      Sinir gərginliyi, nevrozlar, sayrışan hallar, yuxusuzluq
  •      Nitq pozğunluqları
  •      Epilepsiya
  •      Diqqət defisiti və/və yaxud hiperaktivlik
  •      Uşaq serebral iflici
  •      Uşaqlarda doğuşdan sonrakı kəllə-beyin travmalarının fəsadları
  •      Yenidoğulmuşlarda (o cümlədən yarımcıq doğulmuşlarda):

          -qida refleksinin zəifliyi (süst əmmə)

          -hipotrofiya, arterial hipertenziya, adinamiya

          -asfiksiya və doğuş travmasından sonrakı vəziyyət

          -arımcıq doğulmuşların fiziki və psixo-motor inkişafının yaxşılaşması məqsədi ilə

          -respirator distress-sindrom

          -tam parenteral qidalanmada olan yarımcıq doğulmuş və hemodializ aparılan uşaqlar

          -valproy turşusunun qəbulu zamanı uşaqlarda yaranan Reye sindromu ilə oxşar olan simtomokompleks (hipoqlikemiya, hipoketonemiya, koma).

İSTİFADƏ QAYDASI

0 yaşdan 1 yaşa qədər - 5 ml gündə 1 dəfə (sutkalıq doza 5 ml);

1 yaşdan 5 yaşa qədər - 5 ml gündə 2 dəfə (sutkalıq doza 10 ml);

5 yaşdan yuxarı - 10 ml gündə 2 dəfə (sutkalıq doza 20 ml);

Preparat təmiz halda və ya az miqdarda suda həll olunmuş halda içilir.  

ƏLAVƏ TƏSİRLƏR

Ağızda quruluq hissi, ağızın selikli qişasının qıcıqlanması, allergik reaksiyalar, ürəkbulanma, qusma.  

ƏKS GÖSTƏRİŞLƏR

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

XÜSUSİ GÖSTƏRİŞLƏR

Tövsiyə olunan dozadan artıq istifadə etməyin. Preparatın qəbulu xüsusi pəhriz saxlamağı tələb etmir.  Uşaqların əli çatmayan yerdə saxlayın.

DİGƏR DƏRMAN PREPARATLARI İLƏ QARŞILIQLI TƏSİRİ

Benzodiazepinlərin, bir çox yuxugətirici preparatların və epilepsiyaəleyhinə olan preparatların təsirini gücləndirir.

BURAXILIŞ FORMASI

CERİMAQ, sirop 150 ml.