COMPOSOR  BOLDO CОМPLEX 3

(SORIA NATURAL  İSPANİYA)

 

TƏRKİBİ

Quru ekstraktlar:

Ənginar (Cynara scolymus L.)……………..……. ………………....8.5 %   

Dərman şahtərəsi (Fumaria officinalis L.)……….....................…..8.5 %   

Boldo  (Peumus boldus )  …….…………………………….…....….8.5 %   

Аğkirpik (Anthemis nobilis L)…………………………...…...……… 4   %

Acı yovşan (Artemisia absinthium L.)………...………………......…0.8 %   

Rozmarin yağı (Rosmarinus officinalis L.)….………………….…..0.4 %   

Bitki gliserini və distillə olunmuş su ……………………….………69.3 %  

 

FARMAKOJİ XÜSUSİYYƏTİ

KOMPOSOR BOLDO KOMPLEKS – bitki gliserinində və suda həll olmuş müxtəlif otlalın guru eksraktı və efir yağlarından alınmış miksturadır.

Bu bitki kombinasiyası öd sekresiyasını və ifrazını çoxaldır, hepatositlərin regenerasiyasına  səbəb olur, hipoxolesterinemik, iltihabəleyhinə təsiri var.

Preparatın xüsusiyyəti aşağıdakı bitkilərin mualicəvi təsirinə görə təyin edilir:

Ənginar.

Tərkibindəki sinarin maddəsinə görə, Ənginar xolesterinin miqdarını azaldır, ödqovucu təsir göstərir, hepatositlərin regenerasiyasına  səbəb olur. Fenolturşuları  öd sekresiyasını və ifrazını aktivləşdirir.

Dərman şahtərəsi.

Dərman şahtərəsi spazmolitik təsir göstərir, öd sekresiyasını və ifrazını stimullaşdırır, mədə-bağırsaq traktının sekretor-motor fəaliyyətini normallaşdırır, iştahı artırır. Garaciyərin funksiyasını normallaşdırır, həzmi yaxşılaşdırır.

Boldo.

Tərkibindəki essential yağlar (askaridol, evkaliptol, timol), alkaloidlər  ödün yaranmasını ve ifrazını stimulə edir. Diuretik xüsusiyyəti var.

Аğkirpik.

Tərkibindəki seskviterpen laktonlar (nobilen) həyat tonusunu artırır,  böyük miqdarda olan polifenollar( kofeyin turşusu, kumarinlər, flavanoidlər) spazmolitik, iltihabəleyhinə təsirə malikdir.

Acı yovşan.

Tərkibinə efir yağları, qlikozidlər, C vitamini, büzücü maddələr daxildir. İştahı artırır, mədə-bağırsaq siseminin fəaliyyətini  gücləndirir, ödqovucu təsir göstərir.

Rozmarin yağı.

Ödün sekresiyasını və ifrazını çoxaldır. Tərkibindəki flavanoidlər (apigenin və luteolin qeteroksid) spazmolitik təsirə malikdir.

GÖSTƏRİŞLƏR

·         Hepatobiliar çatmamazlıq;

·         Öddaşı xəstəliyi;

·         Dispepsiyalar və müxtəlif mənşəli həzm pozğunluqları;

·         İntoksikasiya.

DOZALAMA QAYDASI

KOMPOSOR BOLDO KOMPLEKS  böyüklər və 15 yaşdan yuxarı uşaqlara preparatı 1 ml-dən

( təqribən 25 damcı), əvvəlcədən suda həll etməklə, gündə 3 dəfə qəbul etmək məsləhət görülür.

Uşaqlar  5 yaşdan 15 yaşadək  böyüklər üçün nəzərdə tutulmuş dozanın yarısı qədər  təyin olunur.

Qəbuldan əvvəl flakonu çalxamaq lazımdır.

ƏLAVƏ TƏSİRLƏR 

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.    

BURAXILIŞ FORMASI

COMPOSOR  BOLDO CОМPLEX 3, 50 ml tünd flakonlarda pipetka ilə.