COMPOSOR 5

(SORIA NATURAL İSPANİYA)

TƏRKİBİ
Həvəsçiçək (Passiflora incarnata L.)……………...12%
Yemişan (Crataegus oxyacantha L.)….. …….…..7%
Pişikotunun (Valeriana officinalis L.)………..........6%  
quru ekstraktı.
Narınc yağı (Citrus aurantium L.)…...………....….0.15%      
Bitki mənşəli qliserin və distillə edilmiş su …......74.85%

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
СOMPOSOR 5 dərman bitkilərin ekstraktlarının və  essensial yağların bitki mənşəli qliserində həll edilmiş kombinasiyasından ibarətdir. Dərman bitkilərinin bu kombinasiyası sedativ, spazmolitik, və zəif hipotenziv təsirə malik olub, müxtəlif sinir pozulmalarında istifadə olunur.
Praparatın göstərilən xüsusiyyətləri aşağıdakı bitkilərin kombinasiyasının müalicəvi təsiri sayəsində təzahür edir:
Həvəsçiçək.
Tərkibinə indol alkaloidləri (qarmin, qarman və qarmol), qamma-piron derivatları (maltol, etilmaltol) və flavonoid derivatları (kversetol, apigenol,viteksin, oriyentin və s.) daxil olub, sedativ və spazmolitik  təsir göstərirlər. 
Yemişan.
Tərkibinə daxil olan polifenol substansiyaları (flavonoidlər, katexinlər, oliqomerlər və s.), triterpen derivatları (krateqol, ursol, oleanol turşuları), esterollar, amin turşuların derivatları və s. kardiotonik, damargenişləndirici, spazmolitik, sedativ, hipotenziv və diuretik təsir göstərirlər.
Pişikotu.
Pişikotu sedativ, spazmolitik və zəif yuxugətirici təsirə malikdir. Tərkibinə alkaloidlər, essensial yağlar və  efirlər daxildir.
Narınc yağı.
Tərkibində limonenlə, linalonla zəngin olan essensial yağlar olduğundan, spazmolitik, zəif sedativ və yuxugətirici təsirə malikdir.

GÖSTƏRİŞLƏR
Sakitləşdirici dərman kimi aşağıdaki hallarda istifadə olunur:

  •  yüksək sinir oyanıqlığı;
  •  qıcıqlanma;
  •  yuxusuzluq;
  •  daxili gərginlik hissi;
  •  arterial təzyiqin artması ilə müşahidə olunan vegetonevrozlar;
  •  neyrogen taxikardiya və ekstrasistoliya;
  •  mədə-bağırsq traktın spastik vəziyəti;
  •  uşaqlarda hiperaktivlik sindromu;
  •  qıcolma sindromu.

İSTİFADƏ QAYDASI VƏ DOZASI
COMPOSOR 5 aşağıdakı qaydada qəbul edilməsi  məsləhət görülür:
Böyüklər – gün ərzində 3 dəfə olmaqla 25 damcı (1 ml).
5 yaşa qədər uşaqlar - gün ərzində 3 dəfə olmaqla 8 damcı.
5 yaşdan 12 yaşa qədər uşaqlar - gün ərzində 3 dəfə olmaqla 12 damcı (0,5 ml).
Preparatın əvvəlcə az miqdarda suda durulaşdırılıb qəbul edilməsi məsləhət görülür. İstifadədən öncə flakonu çalxalamaq lazımdır.

ƏLAVƏ TƏSİRLƏRİ
Aşkar olunmayıb.

ƏKS-GÖSTƏRİŞLƏR
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

HAMİLƏLİK VƏ LAKTASİYA
Hamiləlik və döşlə əmizdirmə zamanı preparatın qəbul edilməsi məsləhət görülmür.

XÜSUSİ GÖSTƏRİŞLƏR
Preparatı tövsiyə olunan dozalarda qəbul etmək lazımdır. Tərkibində Yemişan olduğundan, yüksək dozalar respirator və kardial funksiaların zəifləməsinə səbəb ola bilər.

BURAXILIŞ FORMASI
COPMPOSOR 5, 50 ml-lik tünd flakonlarda pipetlə birlikdə buraxılır.