CОMPOSOR LEPİDİUM COMPLEX 25

(SORIA NATURAL İSPANİYA)

TƏRKİBİ

Bitkilərin quru ekstraktı:

Enli yarpaqlı tərə (bozalaq) (Lepidium latifolium L.)…......………… 7%

Adi ayıqulağı otu (Arctostaphylos uva-ursi Sprengel).....................….5%

Adi qızılsəbət otu (Solidago virga-aurea L.)….………………………5%

Bitki mənşəli qliserin və distillə edilmiş su………………………….83%

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏR

KOMPOSOR LEPİDİUM KOMPLEKS 25 – dərman bitkilərin ekstraktlarının və  essensial yağların bitki mənşəli qliserində həll edilmiş kombinasiyasından ibarətdir. Dərman bitkilərinin bu kombinasiyası böyrək daşlarını, əsasən kalsium oksalat tərkibli daşlarını əritmək xassəsinə malikdir. Bu preparatın antikalkulyoz, sidikqovucu, antiseptik və büzücü təsirləri var.  

Praparatın göstərilən xüsusiyyətləri aşağıdakı bitkilərin kombinasiyasının müalicəvi təsiri sayəsində təzahür edir:

Enli yarpaqlı tərə.

Litolitik təsiri sayəsində böyrək daşlarını, əsasən də kalsium oksalat tərkibli daşları əridir. Eləcə də antiseptik, sidikqovucu və büzücü təsirlərə malikdir.

Adi ayıqulağı otu.

Müalicəvi təsiri xəstə orqanizmdə hidroliz nəticəsində meydana çıxan arbutin sayəsində həyata keçirilir. Sidikqovucu və antiseptik təsir göstərir (uroantiseptik).  

Adi qızılsəbət otu.

Bu bitkinin tərkibinə sidikqovucu təsir göstərən flavanoidlər, fenol turşuları, kumarinlər daxildir.  Spazmolitik və ağrıkəsici təsirləri aydın təzahür edir. Börəklərdə və sidik kisəsində olan daşların əriməsinə səbəb olur.

GÖSTƏRİŞLƏR

Böyrək daşı xəstəliyi:

-oksalat daşları (kalsium-oksalat daşlarının həll edilməsi və formalaşmasının qarşısının alınması).

İSTİFADƏ QAYDASI VƏ DOZASI

KOMPOSOR LEPİDİUM KOMPLEKS 25 preparatının aşağıdakı qaydada qəbul edilməsi  məsləhət görülür:

Böyüklər – gün ərzində 3 dəfə olmaqla 25 damcı (1 ml).

5 yaşa qədər uşaqlar - gün ərzində 3 dəfə olmaqla 8 damcı.

5 yaşdan 12 yaşa qədər uşaqlar - gün ərzində 3 dəfə olmaqla 12 damcı (0,5 ml).

Preparatın əvvəlcə az miqdarda suda durulaşdırılıb qəbul edilməsi məsləhət görülür. İstifadədən öncə flakonu çalxalamaq lazımdır.

ƏLAVƏ TƏSİRLƏRİ

Aşkar olunmayıb.

ƏKS-GÖSTƏRİŞLƏR

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

HAMİLƏLİK VƏ LAKTASİYA

Hamiləlik və döşlə əmizdirmə zamanı preparatın qəbul edilməsi məsləhət görülmür. 

XÜSUSİ GÖSTƏRİŞLƏR

Müalicənin fasilələrlə aparılması tövsiyyə edilir.

BURAXILIŞ FORMASI

CОMPOSOR LEPİDİUM COMPLEX 25, 50 ml tünd flakonlarda pipetka ilə.