COMPOSOR ECHINA COMPLEX  8

(SORİA NATURAL İSPANİYA)

TƏRKİBİ

Nazikyarpaqlı exinaseyanın quru ekstraktı (Echinacea angustifolia L.) …..........10%   

Propolis (Propolis) …………........................…………………………...……..............5.55%   

Adi kəklikotu efir yağı (Thymus vulgaris L.)………………….…..…………..............0.5%

Bitki  qliserini və distillə edilmiş su ……..…………………………….……..........…83.95% 

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏ

COMPOSOR EXİNA KOMPLEKS – 8 dərman bitkilərin quru ekstraktlarının və  essensial yağların bitki qliserində həll edilmiş kombinasiyasıdır. Bu bitki kombinasiyası orqanizmin müdafiyə (immun) sistemini stimullaşdırır. İnfeksion xəstəliklərin müalicə və profilaktikası məqsədi ilə istifadə olunur.

Preparatın xüsusiyyətləri aşağıda göstərilən bitkilərin müalicəvi təsiri nəticəsində müşahidə olunur:                                                                              

Nazikyarpaqlı exinaseyanın tərkibindəki bioloji-aktiv maddələr orqanizmin qeyri-spesifik müdafiə reaksiyalarını aktivləşdirir. Leykositlərin (qranulositlərin) miqdarını artıraraq və faqositozu stimullaşdıraraq, aktiv maddələr – exinosidlər- mikroorqanizmlərin böyümə və çoxalmasının qarşısını alır, antibiotiklərin təsirini artırır. Həmçinin, qripp və herpes viruslarına qarşı virusəleyhinə təsir göstərir.                                                                 

Propolis antibakterial, iltihabəleyhinə təsir göstərir, orqanizmə tonuslayıcı təsir göstərir, immun sisteminə stimullayıcı təsir göstərir, təbii analgetikdir, mikrisirkulyasiyanı yaxşılaşdırır, hüceyrə regenerasiyasını aktivləşdirir.

Kəklikotu efir yağının əsas tərkib hissəsini timol təşkil edir, spazmolitik, antiseptik, bakterisid təsir göstərir.

GÖSTƏRİŞLƏR

Orqanizmin qeyri-spesifik müdafiyə reaksiyalarının stimulyasiyası məqsədi ilə:

  • Qripp və KRVX profilaktikası və müalicəsində
  • Tənəffüs yollarının bakterial və virus xəstəlikləri zamanı
  • Köməkçi  dərman preparatı kimi:

-   dəri infesiyaları (dermatozlar, psoriaz və s.)

-   cinsiyyət orqanlarının xroniki göbələk,bakterial və virus xəstəlikləri  (genital kandidoz, vulvovaginit, prostatit və s.)

-   oynaqların iltihabi xəstəlikləri (revmatizm, poliartrit və s.)

 

TƏYİNAT QAYDASI və DOZALANMASI

Böyüklər və 12 yaşdan yuxarı uşaqlara - 1 ml (25 damcı) gündə 3 dəfə, qabaqcadan az miqdarda suda həll edərək.

5-12 yaş uşaqlara- böyüklərə nəzərdə tutulan dozanın yarısı qədər təyin olunur.

5 yaşa qədər uşaqlara- 8 damcı gündə 3 dəfə.

Qəbul etməzdən əvvəl flakonu çalxalamalı.

ƏLAVƏ TƏSİRİ

Aşkar olunmayıb.

ƏKS GÖSTƏRİŞLƏR

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

XÜSUSİ GÖSTƏRİŞLƏR

Uzun müddət yüksək dozalarda qəbulu nəticəsində qalxanvari vəzin hiperfunksiyası müşahidə oluna bilər (tərkibindəki Kəklikotu efir yağının təsirindən).

BURAXILIŞ FORMASI

COMPOSOR ECHINA COMPLEX 8, 50 ml-lik tünd rəngli flakonlar pipetka ilə.