DYNAMOGEN

     (FAES İSPANİYA)     

 

Tərkibi
Hər 10ml-lik ampulda:
Təsiredici maddələr: 
Qlutodin (Siproheptadin α - Ketoqlutarat)....................3mq
Arginin Aspartat.......................................................1q
Köməkçi maddələr: Saxaroza (4.224 q), 70%-li sorbitol məhlulu (4.875 q), su, aromatizatorlar və s.

Farmakolojı xüsusiyyətləri
Dynamogen, əhəmiyyətli iştahgətirici və ümumi tonuslandırıcı təsirə malikdir. Onda fiziki  və psixi yorğunluğu və iştahasızlığı aradan götürən iki maddə - Qlutodin (FAES FARMA, S.A orijinal maddə) və Arginin Aspartat kombinə olunmuşdur.  

İstifadəsinə göstərişlər
Dynamogen, energetik aktivləşmədə iştirak edən əsas elementlərin sorulmasını bərpa etmək tələb olunan bütün proseslərdə göstərişdir: asteniya və psixoasteniya, anoreksiya, pis qidalanma, hər hansı bir xəstəlikdən sonra sağalma dövrü, zehni qabiliyyətin zəifləməsi, uşaqlarda böyümənin ləngiməsi və məktəbdə yorulma və s.

Əks göstərişlər
Siproheptadinə qarşı yüksək həssaslığı olan xəstələrdə əks göstərişdir.
Tərkibində Siproheptadin α - Ketoqlutarat olduğundan, laktasiya dövründə, vaxtından əvvəl doğulmuş uşaqlara və yenidoğulmuşlara təyin olunması əks göstərişdir. Əks göstəriş olmasa da qaraciyər və böyrəklərin ciddi pozğunluqları olan şəxslərdə istifadəsi məsləhət görülmür.

Digər dərman vasitələri və qida ilə qarşılıqlı təsiri  
MAO inhibitorları ilə birgə istifadə olunmamalıdır.
Antixolinergik dərman vasitələri, neyroleptiklər və ya trisiklik antidepressantlarla yanaşı istifadəsindən çəkinmək lazımdır, belə ki, onların antixolinergik effektlərin toplanması baş verə bilər.
Yuxugətiricilər və ya böyük trankvilizatorlarla birlikdə təyin olunması məqsədəuyğun deyil, çünki yuxutörədici effektləri artır.
Qəbul olunmuş alkoqolun təsirini artıra bilər.

Xüsusi göstərişlər
Yaşlı xəstələrə, prostat vəzin hipertrofiyasında və bağlıbucaq qlaukomadan əziyyət çəkən insanlara xüsusi ehtiyatla təyin etmək lazımdır.
Tərkibindəki köməkçi maddələrlə bağlı xüsusi göstərişlər:
Preparatın hər daxilə qəbul üçün 10 ml-lik ampulunda  4,224 q saxaroza vardır və bu, fruktozaya qarşı irsi dözümsüzlüyü, qlukoza /qalaktozanın sorulması ilə bağlı problemləri, saxaroza-izomal-toza çatışmazlığı və şəkərli diabeti olan xəstələrdə nəzərə  alınmalıdır.
Preparatın hər daxilə qəbul üçün ampulunda 3.41 q sorbitol vardır. Bu, mədə pozğunluğu və ishala səbəb ola bilər. Fruktozaya qarşı irsi dözümsüzlüyü olan xəstələr dərmanı qəbul etməməlidir.

Əlavə təsirləri
Siproheptadit α - Ketoqlutarat yüngül yuxululuq törədir, ancaq bir neçə gün qəbul olunduqdan sonra bu təsiri adətən aradan qalxır.

Nəqliyyat vasitəsini və ya potensial təhlükəli mexanizmləri idarəetmə
qabiliyyətinə təsiri
Nəqliyyat vasitəsini və ya potensial təhlükəli mexanizmlərin idarə olunması zamanı preparatın yuxululuq törətmə qabiliyyəti nəzərə alınmalıdır.

İstifadə qaydası və dozası
Uşaqlar: Gündə 2 dəfə, yeməkdən yarım saat əvvəl 1ampul içməlidirlər.
2 yaşdan kiçik uşaqlara təyin edilməməlidir.
Ağır anoreksiyadan əziyyət çəkən və ya əhəmiyyətli dərəcədə bədən kütləsi defesiti olan uşaqlara gündə 3 içməli ampuldan ibarət dozalanma məsləhət görülür.
Böyüklər: Gündə üçə qədər ampul qəbul etməlidirlər.

Doza həddinin aşılması
Preparatın həddən çox qəbulu, xüsusən uşaqlarda, depressiyaya və ya MSS-in stimullaşmasına, hətta qıcolmalara səbəb ola bilər.
Görülməli təcili tədbirlər: Xəstəyə ilıq su içirdərək qusdurmaq lazımdır. Əgər bu mümkün olmazsa mədə duzlu məhlul ilə yuyulmalıdır. Həmçinin işlədici duzlardan da istifadə etmək olar (məs. maqnezium-sulfat). Xəstənin təzyiqi aşağı düşərsə hər hansı vazopressordan istifadə edilməsi məsləhət görülür. Hər halda xəstəyə xəstəxana şəraitində kömək edilməsi tövsiyə olunur.
Doza həddinin aşıldığı hallarda və ya təsadüfən preparatın böyük dozası gəbul edildikdə Toksikolojı Məlumat Xidmətinə müraciət etmək lazımdır.

Düzgün istifadə qaydası
1. Ampulu götürün.
2. Yuxarı ucunu buraraq qoparın.
3. Ucunu stəkana salıb, ampulu sıxaraq möhtəviyyatını boşaldın.
Buraxılış forması
İçmək üçün 20 ədəd 10 ml-lik ampul, içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti
25 Co-dən yuxarı olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.

İstehsalçı
FAES FARMA, S.A.
Maximo Aguirre, 14 – Lamiaco (Lejona)
Vizcaya (Spain)