ECOFLAKTON
(YESFAL İSPANİYA)

TƏRKİBİ
Bir kapsulun tərkibinə daxildir:
Fibersol.................................250 mq
Maltoza dekstrinli düyü...........83 mq
Fruktooliqosaxaridlər...............5mq
Lactobacillus acidophilus.........6x108 cfv
Bifidobacterium bifidum............2x108 cfv
Bidobacterium lactis................2x108 cfv
Bifidobacterium longum............2x108 cfv
*cfv= koloniya-formalaşdırma vahidi

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
ECOFLAKTON-un tərkibinə daxil olan bakteriyalar  fizioloji bağırsaq mikroflorasının (mikrobiosenozun) tarazlığını tənzimləyir və bağırsağın fizioloji funksiyasının yerinə yetirilməsini təmin edir.
ECOFLAKTON-un komponentləri normal fizioloji bağırsaq mikroflorasının bütün funksiyalarını yerinə yetiririr:
- patogen mikroorqanizmlərin böyüməsi və çoxalması üçün əlverişsiz şərait yaradır;
- B1, B2, B3, xüsusilə, B12, K, E, PP vitaminlərinin, fol və askorbin turşusunun sintezinində iştirak edir;
- süd turşusunu hasil edərək bağırsaq möhtəviyyatının pH-nı aşağı salır, dəmirin, kalsiumun, D vitaninin sorulması üçün əlverişli şərait yaradır;
- zülalların, yağların və mürəkkəb karbohidratların fermentativ parçalanmasını təmin edir (həmçinin, uşaqlarda laktoza çatışmazlığı);
- südəmər uşaqların zülalların parçalanmasını asanlaşdıran fermentlər ifraz edir (bifidobakteriyaların ifraz etdiyi  fosfoprotein-fosfataza fermenti süd kazeinin metabolizmində iştirak edir);
- öd turşurarının metabolizmində iştirak edir (sterkobilin, koprosterin, dezoksixol və litoxol turşularının yaranması, öd turşularının reabsorbsiyasına səbəb olur).

GÖSTƏRİŞLƏRİ:
Müxtəlif səbəblərdən yaranan bağırsaq mikroflorasının tarazlığının pozulması – disbakterioz.
İSTİFADƏ QAYDASI VƏ DOZA

1 kapsula sutkada bir dəfə təyin edilir.

ƏLAVƏ TƏSİRLƏRİ
Əlavə təsirləri qeyd olunmamışdır.

ƏKS GÖSTƏRİŞLƏR
Preparatın mənfi təsiri qeydə alınmayıb.

BURAXILIŞ FORMASI
ECOFLAKTON, kapsullar N20