COMPOSOR THYMUS COMPLEX 1
(SORIA NATURAL İSPANİYA)

 

TƏRKİBİ
Acı Mirra tinkturası (Commiphora molmol Engler)...............................................14,71% 
Adi adaçayı ekstraktı (Salvia officinalis L.). ……..…..............................................2,94%  
Propolis tinkturası (Propolis)....................................................................................3,50%
Ayıpəncəsi (Potentilla erecta L.).............................................….…….....................1,96% 
Qaytarmaotu ekstraktı ((Agrimonia eupatoria L.)…..............................................1,96%      
Adi kəklikotu yağı (Thymus vulgaris)…..........................…..................................... 0.22%    
Evkalipt yağı (Eucalyptus globulus Labili).............................................................. 0,22% 
Bitki qliserin və distillə olunmuş su.........................................................................76,46%

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
COMPOOSOR THYMUS COMPLEX 1dərman bitkilərinin bitki qliserində həll edilmiş miksturasından ibarətdir. Dərman bitkilərinin bu kombinasiyası antiseptik, büzücü, iltihab əleyhinə və antispazmatik təsirlərə malikdir. Ağız boşluğu və udlağın infeksion-iltihabi xəstəliklətinin yerli müalicəsində istifadə etmək məsləhət görülür.
Acı mirra.
Bu balzam ətrinə malik sarı-qəhvəyi rəngli mayedir. Antibakterial, göbələk əleyhinə və virus əleyhinə təsirlərə malikdir. Bakterial və virus mənşəli xronik, süst gedişli proseslər zamanı iltihab  əleyhinə və antiseptik təsir göstərir. Mirra stomatologiyada ağız boşluğunun selikli qişasının iltihabı və damaq qanamaları zamanı istifadə edilir. Parpdpntoz zamanı effektiv vasitədir. Ağızdan xoşağəlməz qoxunu aradan qaldırır, immun sistemi möhkəmləndirir.
Adi adaçayı.
Ağız boşluğunun xəstəlikləri zamanı istifadə edilən antiseptik və iltihab əleyhinə vasitədir. Orqanizmə ümumi möhkəmləndirici təsir göstərir. Güclü antiseptik və iltihab əleyhinə vasitə olub, gingivit, stomatit, angina və tonzillit zamanı büzücü və yara sağaldıcı təsir göstərir. Səsin sürətli bərpasına səbəb olur.
Propolis.
Propolis bakteriostatik, bakterisid, iltihab əleyhinə, virusosid, ağrıkəsici (novokaindən 2-3 dəfə güclüdür), antikoaqulyant təsirlərə malikdir, regenerasiyanı aktivləşdirir, mikrosirkulyasiyanı yaxşılaşdırır.
Ayıpəncəsi.
Antimikrob, iltihab əleyhinə, ağrıkəsici, büzücü, qansaxlayıcı təsirlərə malikdir. Tərkibində aşılayıcı maddələr, flavonoidlət, antosianlar, polisaxaridlər, kumarinlər kimi aktiv maddələr var. Selikli qişaların zədələnmələri və iltihabi xəstəlikləri zamanı büzücü və qansaxlayıcı vasitə kimi istifadə edilir.
Qaytarma otu.
Qaytarma otunun farmakoloji aktivliyini müəyyən edən əsas maddələrə tannidlər, saponinlər və flavonoidlər aiddir. Bu bitki büzücü, bakterisid, iltihab əleyhinə və qansaxlayıcı təsir göstərir. Yerli iltihab əleyhinə təsir toxumaları kimyəvi, bakterial və mxaniki təsirlərdən qoruyan aşılayıcı maddələr hesabına həyata keçirilir. Bununla yanaşı kapilyarların keçiriciliyi azalır və damarlar daralır. Birkinin bu təsiri faringit, stomatit, gingivit zamanı iltihaba uğramış, qızarmış selikli qişalarda daha aydın təzahür edir.
Dəyirmiyarpaqlı evkalipt.
Evkalipt yağı yuxarı tənəffüs yollarının iltihabi xəstəlikləri zamanı inhalyasiya məqsədilə antiseptik və iltihab əleyhinə vasitə kimi təyin edilir. Bitkinin əsas komponenti olan sineol antibakterial və yara sağaldıcı təsir göstərir.
Adi kəklikotu.
Bitkinin əsas komponenti olan timol antiseptik, dezinfeksiya edici və bakterisid təsirlərə malikdir. Eləcə də patogen kokklara və göbələklərə qarşı bakterisid təsir göstərir.

GÖSTƏRİŞLƏR
Faringitlət
Тоnzillitlər
Gingivitlər
Stomatitlər

TƏYİNAT QAYDASI VƏ DOZALAR
Gündəlik olaraq 3-4 saatdan bir 1-2 inhalyasiya təyin edilir. Profilaktik dozada 6 saatdan bir 1 inhalyasiya təyin edilir. 6 yaşdan yuxarı uşaqlara 8 saatdan bir 1-2 inhalyasiya təyin edilir.
İstifadədən öncə flakonu çalxalamaq lazımdır.

ƏLAVƏ TƏSİRLƏR
Müəyyən edilməmişdir.

ƏKS GÖSTƏRİŞLƏR
Preparatın komponentlərinə qarşı fərdi uyğunsuzluq.   

XÜSUSİ GÖSTƏRİŞLƏR 
6 yaşdan kiçik uşaqlara təyin etmək olmaz.

HAMİLƏLİK VƏ LAKTASİYA
Tərkibində evkalipt yağı olduğundan preparatın hamiləlik zamanı istifadəsi tövsiyyə edilmir.

BURAXILIŞ FORMASI
COMPOSOR THYMUS COMPLEX 1, inhalyator, 30 ml.