OSTIN

(GRICAR İTALİYA)

TƏRKİBİ
Hər 5 ml siropda:
Kalsium laktat - 278 mg (Ca 50 mq)              
Maqnezium xlorid - 28 mq
Vitamin D3 - 400 BV        
Sink qlukonat - 1,5 mq
Köməkçi maddələr: kalium sorbat, natrium benzoat.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Kalsium, maqnezium, sink və D3 vitamin çatmamazlığını bərpa edir. Orqanizmdə xüsusilə də sümük toxumasında kalsium mübadiləsini requlə edir. Farmakoloji xüsusiyyətləri tərkib komponentlərinin birgə effekti ilə müəyyən olunur. Kalsium dayaq-hərəkət aparatının formalaşmasını və fəaliyyətini (uşaqlarda sümüklərin normal inkişafını, böyüklərdə sümüklərin möhkəmliyini, yaşlılarda sümük sınıqlarının qarşısını alır) və dişlərin minerallaşmasını təmin edir. Sink və maqnezium – sümüklərin normal inkişafında böyük rol oynayır.
Maqnezium kalsium metobolizmini, sümüklərin böyümə və minerallaşmasında iştirak edir, vitamin D3 ilə birgə sümük homeostazını təmin edir. Vitamin D3 kalsiumun mədə-bağırsaq traktından sorulmasını və sümük toxuması ilə birləşməsini təmin edir. Sümük toxumasının rezorbsiyasının stimulyatoru olan paratrioid hormonun artmasının qarşısını alır.
Farmakodinamika
Sümük toxumasının minerallaşmasını və sınıqların tez bitişməsini sürətləndirir. Sümüklərin, dişlərin, ürəyin, əzələlərin və sinirin normal fəaliyyətini təmin edir.

GÖSTƏRİŞLƏR    
Kalsium maqnezium, sink və D3 vitamin defisitinin profilaktikası:       
• Uşaqlarda pubertant dövrdə boy artımını sürətləndirmək məqsədilə;
• Raxitin müalicə və profilaktikası məqsədilə;
• Spazmofliya;
• Kariyes;
• Osteoparozun profilaktikası və kompleks müalicəsində (qadınlarda preklimakterik, klimakterik, postklimakterik dövrdə və yaşlılarda);
• Hamiləlik və laktasiya dövründə kalsium metabolizminin korreksiyası məqsədilə;
• Sümük sınıqlarının qarşısının alınması, reparasiyası və sümüklərin möhkəmlənməsi məqsədilə;
• Rekonvalesensiya;
• İdmanla aktiv məşğul olanlar və pəhriz saxlayan şəxslərdə kalsium defisitinin profilaktikası məqsədilə;
• Kalsium və D vitaminin sorulmasının azalması (malabsorbsiya sindromu,enteropatiyalar, pankreatit);
• Fenobarbital, antibiotiklər, diuretiklərin uzunmüddətli qəbulu zamanı.

ƏKS GÖSTƏRİŞLƏR   
Hiperkalsemiya, nefrolitiaz, ağır böyrək çatmamazlığı, vərəmin aktiv forması.

İSTİFADƏ QAYDASI
0-12 aylıq uşaqlara - ½  çay qaşığı gündə 1 dəfə
1-4 yaşlı uşaqlara - ½ çay qaşığı gündə 2 dəfə
5-12 yaşlı uşaqlara - 1 çay qaşığı gündə 2 dəfə
Böyüklərə - 1 desert qaşığı gündə 2 dəfə
Hamiləlik və laktasiya dövrü – 1 desert qaşığı gündə 2 dəfə
Səhər saatlarında yeməkdən aslı olmayaraq istifadəsi məsləhətdir. Preparat təmiz halda, su, süd və ya digər məhlullar vasitəsilə durulaşdırılaraq içilir. İstifadədən əvvəl flakonu çalxalamaq lazımdır.

EYTİYYAT TƏDBİRLƏRİ
Məsləhət görülən dozanı artırmaq olmaz. 3 yaşdan kiçik uşaqlara həkim təyinatı olmadan vermək olmaz. Preparat balanslaşdırılmış qidanı əvəz etmir.

BURAXILIŞ FORMASI
OSTIN, sirop 150 ml flakonda.

İSTEHSALÇI
Gricar -İtaliya