OTOPROFEN

(BRUSCHETTİNİ S. r.l. İTALİYA)

OTOPROFEN  1% + 5% qulaq damcısı

Tərkibi 
Təsiredici maddələr: 100 ml məhlulun tərkibində 1 q (0,866 əsası prokainə bərabər) prokain hidroxlorid, 5 q fenazon vardır
Köməkçi maddələr: qliserol.

Farmakoloji xüsusiyyətləri
Otoprofen qulaq damcısı məhluludur, ağrıkəsici və anesteziyaedici təsirlərə malik otoloji dərmandır.

İstifadəsinə göstərişlər
Otoprofen otalgiya (qulaq ağrıları) zamanı istifadə olunur.

Əks göstərişlər
Aşağıdakı hallarda Otoprofendən istifadə etmək olmaz:
Otoprofenin təsiredici maddələrinə (prokain-hidroxlorid və/və ya fenazon) və ya köməkçi maddələrinə və ya kimyəvi cəhətdən oxşar olan digər maddələrə qarşı yüksək həssaslıq (allergiya).
Əgər bunların Sizdə olmasına şübhəniz varsa, o cümlədən keçmişdə bu halların olmasına şübhəniz varsa, o zaman həkimlə məsləhətləşməniz məqsədəuyğun hesab edilir.

Yuxarıdakı məlumata diqqət edin
Əgər qısamüddətli müalicədən sonra əhəmiyyətli nəticə əldə olunmazsa, o zaman həkiminizlə məsləhətləşin.

OTOPROFEN-in qida və içkilərlə birlikdə qəbulu: fərqi yoxdur.

Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik: hər hansı dərman vasitəsini qəbul etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşin.
Ana südü ilə qidalandırma: hər hansı dərman vasitəsini qəbul etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşin.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Otoprofen nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.

Otoprofenin bəzi köməkçi maddələri barədə mühüm məlumat
Məlumat yoxdur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Reseptsiz buraxılan dərman vasitələri də daxil olmaqla  hər hansı digər dərman vasitəsi qəbul edirsinizsə, bu barədə həkimə və ya əczaçıya məlumat verin.

İstifadə qaydası və dozası
Otoprofeni həmişə dəqiq olaraq həkimin təlimatına uyğun şəkildə istifadə edin.
Əgər Siz əmin deyilsinizsə, o zaman həkimlə və ya əczaçı ilə məsləhətləşməlisiniz.
Adi doza:
Böyüklərə: 5-8 damcı gündə 2-4 dəfə istifadə edilməlidir.
Uşaqlara: 4-5 damcı gündə 2-4 dəfə istifadə edilməlidir.
Otoprofen xarici eşitmə kanalına instillyasiya edilməlidir.
Əgər Otoprofenin təsirinin həddindən artıq güclü və ya həddindən artıq zəif olduğunu hiss etsəniz, o zaman məlumat üçün həkiminizə və ya əczaçıya müraciət edin. Əgər əhəmiyyətli effekt hiss etməsəniz Otoprofeni uzun müddət istifadə etməyin. Əgər xəstəlik təkrarlanarsa və ya Siz onun xarakteristikasında heç bir dəyişiklik hiss etməsəniz, o zaman həkimlə məsləhətləşin.

Doza həddinin aşılması
Əgər lazım olduğundan artıq miqdarda Otoprofen istifadə etmisinizsə: dərhal həkimlə məsləhətləşin və ya yaxınlıqdakı xəstəxanaya müraciət edin.

Əgər Otoprofen istifadə etməyi unutmusunuzsa
Buraxılmış dozanı kompensə etmək üçün ikiqat doza istifadə etməyin.

Otoprofenlə müalicəni dayandırdıqda meydana çıxan təsirlər
Heç bir təsir baş vermir.

Mümkün əlavə təsirləri
Bütün dərman vasitələri kimi Otoprofen də arzuolunmaz təsirlərə malik ola bilər.
İçlik vərəqədə göstərilən təlimata əməl edilməsi arzuolunmaz təsirlərin meydana çıxması riskini azaldır. Təbil pərdəsinin perforasiyası (deşilməsi) zamanı, dərman vasitəsinin qulağın xəstə quruluşu ilə təması bu səviyyədə arzuolunmaz təsirlərə səbəb ola bilər.
Fenazonun hətta sistem istifadəsi aqranulositozun yaranmasının yüksək riskinə səbəb olur;  bu əczaçılıq məhsulu prokain kimi həssas şəxslərdə allergik reaksiya törədə bilər və sistem absorbsiyadan sonra, həmçinin anafilaktik nəticə baş verə bilər.
Əgər Siz bu içlik vərəqədə qeyd edilməyən hər hansı arzuolunmaz təsir müşahidə etsəniz, bu barədə həkimə və ya əczaçıya məlumat verin.

Buraxılış forması
10 ml məhlul flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti
Xüsusi saxlanma şəraiti tələb olunmur. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti
Reseptsiz  buraxılır.

İstehsalçı
Lab. Chim. Farmaceutico A. Sella S.r.l.
Via vİcenza 67, Schio (VI – İtaliya).

Marketinq icazəsinin sahibi
BRUSCHETTİNİ S. r.l., Via lsonzo 6 Genova (İtaliya).