COMPOSOR SİNUSOL 16

(SORIA NATURAL İSPANİYA)

TƏRKİBİ

Propolis (Propolis)… …………………..................................................32 ml      
Nazikyarpaq exinaseya (Echinacea angustifolia L.)…......................4 ml
Ensizyarpaq yağıotu (Lythrum salicaria)...... ………...........................2 ml
Qarağat (Ribes nigrum L.).........….………………................................2 ml
Həmişəyaşıl sərv ağacının yağı (Cupressus sempervirens L.)..…5 ml     
Adi kəklikotu yağı (Thymus vulgaris)……………….……....................2 ml  
İstiot nanəsinin yağı (Mentha piperita L.)…….…………....................2 ml
Əlavə qatqılar……………………………………..……..........................100 ml

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ

COMPOSOR SİNUSOL 16 dərman bitkilətinin izotonik məhlulda həll edilmiş miksturasından ibarət nazal spreydir. Dərman bitkilərinin bu kombinasiyası antiseptik, büzücü, ödeməleyhinə, iltihabəleyhinə və allergiyaəleyhinə təsirlərə malikdir. Sinusitlərin, eləcə də burun tənəffüsünün istənilən pozğunluqlarının (allergiya, qrip, soyuqdəymə və s.) müalicəsi üçün məsləhət görülür.

Propolis                                                                                                                                                                                                                                                      

Propolis bakteriostatik, bakterisid, iltihab əleyhinə, virusosid, ağrıkəsici (novokaindən 2-3 dəfə güclüdür), antikoaqulyant təsirlərə malikdir, regenerasiyanı aktivləşdirir, mikrosirkulyasiyanı yaxşılaşdırır.

Nazikyarpaqlı exinaseya                                                                                                                                                                                                            

Exinaseya ekstraktı qansaxlayıcı, allergiya əleyhinə təsir göstərir, eləcə də immun sistemi stimulə edir. Tərkibində exinakozid, polisaxaridlər, efir yağları, polifenollar, flavonoidlər, alkaloidlər, betain, fermentlər və fitosterinlər vardır.

Ensizyarpaq yağıotu    

Büzücü, iltihab əleyhinə, ağrıkəsici, qansaxlayıcı, yara sağaldıcı təsirlərə malikdir. Tərkibində aşılayıcı maddələr (3-4%), saponinlər (izləri), qlikozidlər, C vitamini, efir yağları var.

Qarağat      

Qarağat allergiya əleyhinə və iltihab əleyhinə aktivliyə malikdir. Xaricə istifadə zamanı tərkibində olan flavonoidlər və antosian piqmentlərinin sayəsində büzücü, hemostatik təsir göstərir.

Həmişəyaşıl sərv ağacı    

Tərkibində olan tanninlər, leukantosianlar, katexollar və P vitamini sayəsində büzücü, damardaraldıcı, antihemorragik, angioprotektor təsir göstərir. Antiseptik aktivliyə (sedrol, sekvilerpenlər və b.) malikdir.

Adi kəklikotu                                   

Bu bitkinin əsas komponenti olan timol antiseptik, dezinfeksiyaedici və bakterisid xassələrə malikdir. O həmçinin patogen kokklara və göbələklərə qarşı bakterisid aktivlik göstərir.

İstiot nanəsi 

Antiseptik, dezodorasiya edici və təravətləndirici təsirlərə malikdir.

GÖSTƏRİŞLƏR

  • Sinusitlər;
  • Burun tənəffüsünün müxtəlif mənşəli pozğunluqları (allergiya, qrip, soyuqdəymə və s.);
  • Bronxial astma və öskürək zamanı kombinə olunmuş müalicənin tərkib hissəsi kimi.

TƏYİNAT QAYDASI VƏ DOZALAR

Gündəlik hər burun keçəcəyinə 2-3 instilyasiya. Daha yaxşı effektə nail olmaq üçün dərman preparatının udlağa və qırtlağa çatdığından əmin olun. İstifadədən öncə preparatı çalxalayın.

ƏLAVƏ TƏSİRLƏRİ
Müəyyən edilməmişdir.

ƏKS GÖSTƏRİŞLƏR  

Preparatın komponentlərinə qarşı fərdi həssaslıq.

BURAXILIŞ FORMASI

COMPOSOR SİNUSOL 16, nazal sprey - 25 ml.