SALUKEYA
(PHARMINICIO S.L. İSPANİYA)

TƏRKİBİ
Hər kapsulun tərkibində:
Soya izoflavonları – 87,5 mq; 
Onaqra yağı – 500 mq;
Tokoferol asetat – 10 mq.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Soya izoflavones – tərkibində fitoestrogenlər, polidoymamış yağ turşuları və E vitamini olan kombinə olunmuş preparatdır. Qadın orqanizmində estrogen hormonların çatışmazlığını ardan qaldıran əvəzedici hormonal terapiyanın alternatividir.  
Soya izoflavonları (fitoestrogenlər) – quruluşuna görə estradiol ilə oxşardır və yumurtlaıqlarda, süd vəzilərində estrogen reseptorları ilə selektiv şəkildə birləşərək estrogendən asılı törəmələrin (süd vəzinin bədxassəli şişləri, yoğun bağırsaq və düz bağırsaq xərçəngi) inkişafının qarşısını alır.  Soya izoflavonları klimakterik mənşəli psixoemosional və vegetativ-damar pozğunluqlarının (isti basmaları, baş ağrısı, uşaqlıq yolunun quruluğu, qeyri-müntəzəm aybaşı, əhval-ruhiyyənin dəyişməsi, ümumi narahatlıq) təzahürünü əhəmiyyətli dərəcədə azaldır. Soya izoflavonları hüceyrə proliferasiyasına, fermentlərin aktivliyinə təsir göstərməklə, həm də antioksidant xassələri sayəsində osteoporozun və ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır.
Onaqra yağı – tərkibində prostaqlandinlərin sələfləri olan külli miqdarda polidoymamış yağ turşuları vardır ki, bunun sayəsində qanda xolesterinin səviyyəsini azaldır. Qan dövranını yaxşılaşdırır, arterial təzyiqi aşağı salır və tromb əmələ gəlmə riskini azaldır. Mərkəzi sinir sistemini sakitləşdirir, nevroz və əsəbilik əlamətlərini aradan qaldırır. Orqanizmin hormonal balansını tənzimləyir.
Tokoferol аsетат (Е vitamini) – aydın təzahür edən antioksidant xassələri vardır, hem və zülal sintezində hüceyrə proliferasiyasında, toxuma tənəffüsündə iştirak edir. E vitamini eritrositlərin hemolizinin qarşısını alır, kapilyarların kövrəkliyini və keçiriciliyini azaldır. Birləşdirici toxumanın hüceyrəarasi maddəsinin, kollagen və elastin liflərinin, damarların saya əzələlərinin formalaşmasını stimulə edir.

GÖSTƏRİŞLƏR
Klimakterik dövrdə müşahidə edilən pozğunluqlar zamanı aparılan əvəzedici hormonal müalicənin təbii alternativi olub, estrogendən asılı şişlərin (süd vəzisinin xərçəngi, yoğun bağırsaq və düz bağırsağın xərçəngi) inkişafının qarşısını alır.
Preklimakterik və klimakterik dövrdə sinir-vegetativ pozğunluqların (isti basmaları, emosional həssaslıq və s.); dəridə atrofik proseslərin (derematit, ekzema, seboreya) və sidik-cinsiyyət üzvlərinin selikli qişalarının quruluğunu aradan qaldırılması və yüngülləşdirilməsi məqsədi ilə təyin edilir.
Postmenopauza dövründə osteoporozun və ürək damar xəstəliklərinin (hipertoniya xəstəliyi, ateroskleroz və s.) inkişafının profilaktikası məqsədi ilə təyin edilir.

İSTİFADƏ QAYDASI VƏ DOZASI
Preparat gündə bir dəfə, 1 kapsuladan qida qəbulundan asılı olmayaraq, daxilə qəbul edilir.

ƏLAVƏ TƏSİRLƏRİ
Allergiya reaksiyalarının baş verməsi mümkündür.

ƏKS-GÖSTƏRİŞLƏR
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

BURAXILIŞ FORMASI
SALUKEYA, 50 kapsul.