TAXIME

(PHARMATEX İTALİYA)

Beynəlxalq patentləşdirilməmiş adı: Cefotaxime Sodium

Tərkibi
Taksim 1q yalnız əzələdaxili istifadə üçün.
Təsiredici maddə: 1 flakonda 1q sefotaksimə ekvivalent olan 1,048 q sefotaksim-natrium vardır.
Köməkçi maddə: 1 ədəd 4 ml-lik ampulada 40 mq lidokain (1%-li) və 2 ml-ə qədər həll edici (inyeksiya üçün su) vardır.

Farmakoterapevtik qrupu
Yarımsintetik sefalosporin.

ATC kodu: J01DA10

Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Taksim – geniş antibakterial təsir spektrinə malik yarımsintetik sefalosporindir. Parenteral istifadə üçündür. Qrammənfi mikroorqanizmlərə, əsasən Escherichia coli, Haemophilus influenzae, Klebsiella spp., Proteus (indolmüsbət və indolmənfi ştammları), Enterobacter, Neisseria spp., Shigella spp., Salmonella spp.,Providencia spp., Citrobacter, Serratia spp.; və qrammüsbət bakteriyalara, xüsusilə qanın laxtalanmasına müsbət və mənfi təsir göstərən, stafilokokklara (penisillinaza hasil edən ştammlar da daxil olmaqla), betahemolitik və digər streptokokklara, qismən Str.pyrogens, Str.viridans və faecalis, Clostridium spp. – qarşı aktivdir. Beta-laktamazaların, pennisillinazaların və sefalosporinazaların təsirinə qarşı yüksək davamlılığa malikdir. In vitro Pseudomonas və Bacteroides - ə qarşı aktivdir.
Pseudomonas spp. tərəfindən törənən ağır infeksiyalarda aminoqlikozid antibiotiklərlə birlikdə istifadə olunması lazım gələ bilər.
Müəyyən qrammənfi bakteriyalar arasında (məs., Pseudomonas aeruginosa) bəzi ştammlar sefotaksimin təsirinə qarşı rezistent ola bilər. Metisillinə (və kloksasillinə) qarşı rezistent olan stafilokokklar həmişə sefotaksimin təsirinə qarşı da rezistent olurlar. Taksimlə müalicə bakterioloji müayinələrin nəticələrinə adekvat şəkildə aparılmalıdır.
Farmakokinetikası
Əzələdaxili inyeksiyadan 30 dəq sonra sefalosporin qan zərdabında özünün pik konsentrasiyasına çatır. Yarımparçalanma dövrü 1,2 saat, yaşlı xəstələr üçün 1,7 saat təşkil edir. Yüksək dozalarda istifadə edildikdə, xüsusilə meningitdə, antibiotik onurğa beyni mayesinə nüfuz edir. Plazma zülalları ilə birləşməsi 20-40% təşkil edir. Antibiotiklər eksudatlara və ana südünə keçir. Orqanizmə yeridilmiş dozanın 60%-ə qədəri dəyişikliyə uğramadan sidiklə xaric olur, 20% -ə qədəri isə metabolitlər şəklində, əsasən diasetil törəməsi şəklində xaric olur.

İstifadəsinə göstərişlər
Sefotaksimin təsirinə qarşı həssas olan bakteriyaların törətdiyi ağır infeksiyaların müalicəsi.
Əsas göstərişlər aşağıdakılardır:
- respirator infeksiyalar, o cümlədən ağır və xroniki bronxitlər, bakterial pnevmoniya, ağ ciyərlərin abssesi;
- sidik sisteminin infeksiyaları, o cümlədən ağır və xroniki piyelonefrit, sistit və simptomatik bakteriuriya;
- sellülit, qızıl yel, peritonit, absseslər və yara infeksiyaları kimi yüngül toxuma infeksiyaları;
- osteomiyelit, bakterial artrit kimi osteoartikulyar infeksiyalar;
- mama-ginekoloji infeksiyalar, o cümlədən böyrək ləyənlərinin yüngül iltihabı xəstəlikləri;
- süzənək (xüsusilə penisillin G-nin təsirinə qarşı davamlı olan qonokokkların törətdiyi);
- septisemiya və meningit də daxil olmaqla digər infeksiyalar.

Əks göstərişlər
Sefotaksimə və digər sefalosporinlərə qarşı yüksək həssaslıq.
Lidokainə qarşı yüksək həssaslığı məlum olan xəstələrə həlledicisinin tərkibində lidokain olduğu üçün, əzələdaxili inyeksiya üçün nəzərdə tutulan sefotaksimdən istifadə etmək olmaz.

Ehtiyat tədbirləri
Anamnezində allergik reaksiyalar, hər hansı dərmana qarşı müəyyən allergiyası olan xəstələrə preparat ehtiyatla təyin olunmalıdır. Əvvəllər penisillinə qarşı anafilaktik reaksiyası olmuş şəxslərə də Taksim təyin olunarkən ehtiyatlı olmaq vacibdir. Böyrək çatışmazlığında preparatın dozası azaldılmalıdır.
Nəhayət, kombinəolunmuş müalicə məqsədilə istifadə etdikdə və həmçinin, hamiləlik və laktasiya dövründə də ehtiyatlı olmaq zəruridir.
Taksimi heç vaxt Lidokainlə birlikdə istifadə etmək olmaz: venadaxili yeritmə zamanı; uşaqlara; kəskin ürək çatışmazlığı olan və ya preparatın komponentlərinə qarşı hiper həssaslığı məlum olan xəstələrə.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Qlükozuriyanı müəyyən etmək üçün aparılan qeyri-enzimatik testlərdə yalnış müsbət nəticələr alına bilər.
Aminoqlikozid antibiotikləri və ya furosemid kimi güclü diuretiklərlə uzun müddət kombinəedilmiş şəkildə istifadə olunduğu zaman nefrotoksik təsirin güclənməsi qeydə alınmamışdır.

Həmiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik: Taksim plasentar baryerdən keçir. Ona görə həmiləlik dövründə, xüsusilə hamiləliyin 1-ci trimestrində istifadə olunması məsləhət görülmür (anaya olan faydanın dölə qarşı mümkün riskdən daha çox olduğu hallar istisna olmaqla).
Laktasiya: Taksim ana südünə keçir.

İstifadə qaydası və dozası
Orqanizmə parenteral yolla yeridilir. Preparatın dozası və orqanizmə yeridilmə yolu mikroorqanizmlərin preparatın təsirinə qarşı həssaslığından, infeksiyanın tipindən və xəstənin vəziyyətindən asılı olaraq müəyyən edilir.

Tövsiyə olunan dozalar aşağıdakılardır:
Yenidoğulmuşlar üçün: sutkalıq doza bədən kütləsinin hər kq-na 50 mq (50mq/kq/b.k)olmaqla gündə 2-4 dəfə yeridilir. Preparatı həll etmək üçün yalnız inyeksiya üçün su istifadə olunmalıdır.
Uşaqlar üçün: sutkalıq doza bədən kütləsinin hər kq-na 100-150 mq (100-150 mq/kq/b.k) olmaqla gündə 2-4 dəfə əzələ daxilinə və ya venaya yeridilir.
Maksimal doza: 3-4 dəfə əzələdaxili inyeksiya üçün 200 mq/kq/b.k
Böyüklər üçün: gündə 2 dəfə, hər dəfə 1-2 q əzələdaxili və ya venadaxili inyeksiya.
Gündəlik maksimal doza: 12 q (3-4 dəfəyə)

Flakonun ölçüsü

Durulaşdırmaq üçün əlava olunmalıdır

 

500 mq ə/d – v/d istifadə üçün

 

1 q yalnız ə/d istifadə üçün

(əgər həlledici kimi lidokaindən istifadə edilərsə)

 

1q ə/d – v/d istifadə üçün

 

2 q v/d və ya damcı üsulu ilə infuziya üçün

 

2ml inyeksiya üçün su

 

4 ml inyeksiya üçün su 40 mq lidokainlə birlikdə

 

 

4 ml inyeksiya üçün su

 

10 ml inyeksiya üçün su və ya izotonik məhlul

Böyrəklərin funksional pozğunluğu zamanı doza azaldılmalıdır.

Lidokainə qarşı yüksək həssaslığa malik olan xəstələrə həlledicisi lidokain olan və yalnız əzələdaxili inyeksiya üçün nəzərdə tutulmuş preparatdan istifadə etmək olmaz.

İstifadə qaydası

Əzələdaxili (ə/d): 4 ml inyeksiya üçün su (40 mq lidokainlə) taksim flakonuna (1 q) əlavə edilir, çalxalanır və şprisə çəkilərək sona qədər əzələnin dərin qatına yeridilir. Preparat tərkibində lidokain olan həlledicidə həll edildikdə onu venaya yeritmək olmaz!
Venadaxili (v/d): 4 ml inyeksiya üçün su Taksim flakonuna (1 q) əlavə edilir, çalxalanır və şprisə çəkilərək tədricən venaya yeridilir və ya damcı infuziya üsulu ilə 20-60 dəq müddətində venaya
yeridilir.

Əlavə təsirləri
Preparat adətən, orqanizm tərəfindən yaxşı qəbul edilir və əlavə təsirləri nisbətən nadir hallarda baş verir, adətən yüngül olur və keçici xarakter daşıyır. Onların arasında daha tez-tez rast gələn aşağıdakılardır:
- allergik reaksiyalar: səpgi, eritema, bədən temperaturunun yüksəlməsi;
- uzun müddətli istifadə etdikdə mədə-bağırsaq pozğunluqları, psevdomembranoz kolit, diareya, ürəkbulanma, qusma, qranulositopeniya və cox nadir hallarda aqranulositoz inkişaf edə bilər;
- venadaxili inyeksiyadan sonra tromboflebit, əzələdaxili inyeksiya zamanı inyeksiya nahiyəsində ağrı.
Digər antibiotiklərdə olduğu kimi, preparatdan uzun müddət istifadə edilməsi onun təsirinə qarşı qeyri-həssas mikroorqanizmlərin, o cümlədən Candida, Clostridium difficile mikroorqanizmlərinin intensiv şəkildə artmasına səbəb ola bilər.

Doza həddinin aşması
Xüsusilə böyrək çatışmazlığında dönər ensefalopatiya riski vardır.

Buraxılış forması
1 ədəd flakon müvafiq həlledici və içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti
25°C –dən aşağı temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Hazırlanmış məhlul 24 saat müddətində soyuducuda (+2°C - +8°C) saxlanmalıdır. 24 saatdan sonra istifadə edilməmiş məhlul atılmalıdır.

Yararlılıq müddəti
3 ildir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti
Həkim reseptilə buraxılır.

İstehsalçı
Fisiopharma Srl - Nucleo Industriale - Palomonte (SA) Italy
Geydiyyat Şǝhadǝtnamǝsinin Sahibi
Pharmatex Italia Srl - Via Appiani 22 - 20121 Milan - Italy