VENOSMİL gel     
(FAES  İSPANİYA)

Beynəlxalq patentləşdirilməmiş adı: Hidrosmin

Tərkibi:
Təsiredici maddə:  100 q gelin tərkibində 2 q hidrosmin vardır.
Köməkçi maddələr: karbopol, trietanolamin, metilparaben, propilparaben, distillə suyu.

Farmakoterapevtik qrupu
Flebotonik dərman vasitəsi.

Farmakoloji xüsusiyyətləri
Venosmil flebotonik dərman vasitəsi olub, qan dövranına aktivləşdirici təsir göstərir. Preparatın təsiredici maddəsi sadə kimyəvi quruluşa malik olub, FAES FARMA, S.A. tərəfindən sintez edilmiş və onun venoz hemodinamikanı yaxşılaşdırdığı, kapillyarların müqavimət qabiliyyətini artırdığı sübut  edilmişdir. Venosmil vaskulyar homeostazı yaxşılaşdırır, kapillyar keçiriciliyi azaltmaqla hemorragik (qansızma) riski azaldır. 

İstifadəsinə göstərişlər
Təzahür edən venoz çatışmazlığın yerli müalicəsi.

Əks göstərişlər
Məlum deyil və ya göstərilməmişdir.

Ehtiyat tədbirləri
Məlumat yoxdur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri yoxdur.

Hamiləlik və laktasiya dövründə istifadəsi
Məlumat yoxdur.

İstifadə qaydası və doza
Gel, gündə 3 dəfə nazik təbəqə şəklində yüngül əl hərəkətləri ilə xəstə nahiyəyə sürtülür.

Əlavə təsirləri
Məlumat yoxdur.
Preparatdan istifadə edərkən hər hansı lokal reaksiya müşahidə edilərsə bu barədə həkimə və ya əczaçıya məlumat vermək lazımdır.

Doza həddinin aşılması
Preparatdan istifadə zamanı doza həddinin aşılması əlamətləri müşahidə edilməmişdir. Əgər belə hal müşahidə eilərsə Toksikoloji Məlumat Xidmətinə məlumat vermək lazımdır.

Buraxılış forması
60 q gel alüminium tublarda, içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti
30 C-dən yuxarı olmayan temperaturda, havası təmiz olan, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti
Yararlılıq müddəti tubun  və yerləşdirildiyi qutunun üzərində göstərilmişdir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti
Həkim reseptilə buraxılır.

İstehsalçı
FAES FARMA, S.A.
C/Mbximo Aguirre, 14
48940 Leioa (Espasa-Espagne-Spain).