COMPOSOR UVA-URSI COMPLEX 24

(SORİA NATURAL  İSPANİYA)

TƏRKİBİ
Quru ekstraktlar:
Ayıqulağı (Arctostaphylos uva-ursi Sprengel.)………….. 7%
Süpürgə kolu (Calluna vulgaris L.)……………..………....5%
Tozağacı (Betula alba L.)  ……………...………………....4%
Şam ağacının efir yağı (Pinus sylvestris L.)...................0.3%
Bitki qliserini və distilləolunmuş su ………………….......83.7%

FARMAKOLOJİ XÜSUSİYYƏTİ
KOMPOSOR UVA-URSİ KOMPLEKS 24 dərman bitkilərinin bitki qliserində həll edilmiş miksturasıdır. Bu bitki kombinasiyası sidik traktının infeksion xəstəliklərinin(sistit, uretrit, piyelonefrit xə s.)  müalicəsi ücün təyin olunur, antiseptik və diuretik təsir göstərir.
Ayıqulağının əsas tə'siri arbutin glikozodi ilə bağlıdır, hansı ki, orqanizmdə qlükoza və hidroxinona parçalanaraq, qıcıqlandırıcı və dezinfeksiyaedici təsir göstərir.
Böyrəklərdən xaric olaraq, hidroxinon diurezi artırır və dezinfeksiyaedici təsir göstərir.
Süpürgə kolu.
Tərkibində arbutin və parçalanma maddəsi olan hidroxinon, fermentlər, flavoqlikozidlər, büzücü və mineral maddələr (əhəng, silisium turşusu), saponinlərin təsiri ilə bağlıdır. Sidikqovucu, iltihabəleyhinə, mikrobəleyhinə və büzücü təsir göstərir.
Tozağacı.
Tərkibindəki flavanoidlər (hiperozid, kvarsetol-3-qalaktozid) diuretik efekt göstərir.
Şam ağacı.
Şam ağacının efir yağının təkibinə pinen, borneol, limonene, bornilasetat, kerdinen daxildir. Antiseptik, sidikqovucu təsir göstərir.

GÖSTƏRİŞLƏR

  • Sidik yollarının infeksiyaları
  • Piyelonefrit
  • Sistit
  • Uretrit

DOZALAMA QAYDASI
1 ml-ə 25 damcı daxildir. Böyüklər və 12 yaşdan yuxarı uşaqlara 1 ml (25 damcı) gündə 3 dəfə, bir az suda həll edərək, təyin olunur.
5 yaşadək uşaqlara sutkalıq doza 1 ml təşkil edir (8 damcı gündə 3 dəfə).
5 yaşdan 12 yaşadək uşaqlara böyüklər üçün nəzərdə tutulmuş dozanın yarısı məsləhət görülür.
İstifadədən əvvəl flakonu çalxalamaq lazımdır.

ƏLAVƏ TƏSİRLƏR
Nadir hallarda sidiyin yaşıl rəngə boyanması qeyd oluna bilər. Tərkibində böyük miqdarda tanin olduğuna görə bəzi xəstələr preparatın qəbulu zamanı naraharçılıq keçirə bilər. Belə hallarda preparatın dozasının azaldılması məsləhət görülür.

ƏKS GÖSTƏRİŞLƏR
Preparatin komponentləlinə qarşı yüksək həssaslıq.

XÜSUSİ  GÖSTƏRİŞLƏR
Müalicə kursunun müddəti 15 gündən az olmamalıdır.

BURAXILIŞ FORMASI
COMPOSOR UVA-URSI COMPLEX 24, 50 ml-lik tünd rəngli flakonlarda, pipetka ilə.