COMPOSOR GLYCYRRHIZA CОМPLEX 18

(SORIA NATURAL İSPANİYA)

Quru ekstraktlar:

Dazıotu (Hypericum perforatum L.)........................................................4, 92%

Biyan kökü (Glycyrrhiza glabra L.)......................................................... 4, 92%

Boymadərən (Achillea millefolium L.)...................................................4, 92%

Gülxətmi (Althaea officinalis.)…….........................................................4, 92%

Propolis (Propolis)………………………………………………….…..1, 76%

Efir yağları:

Qaraqınıq (Origanum majorana L.)………………………………......0, 23%

Kəklikotu (Thymus vulgaris L) ……………………………………......0, 10%                        

Bitki qliserini və distillə olunmuş su ...................................................78, 35%

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏR

КОМPOSOR GLİSİRRİZA KOMPLEKS 18 - bitki gliserinində və suda həll olmuş müxtəlif otlalın guru eksraktı və efir yağlarından alınmış miksturadır.

Bu otların kombinasiyası spazmolitik, iltihabəleyhinə, ağrıkəsici kimi təsirlərə malikdir, mə'də və 12-barmag bağırsag xorasının sağalmasını sürətləndirir.

Biyan kökü

Biyan kökünün tərkibindəki likviritin flavanoidi xoraəleyhinə və spazmolitik təsirə malikdir; qlisirrizin isə iltihabəleyhinə təsir göstərir.   

Dazıotu

Tərkibində müxtəlif maddələr (flavanoid, azulen, karotin, efir yağları askorbin turşusu, saponinlər), büzücü, qansaxlayıcı, iltihabəleyhinə, ağrıkəsici , antiseptik, ödqovucu təsir göstərir.

Boymadərən

Tərkibindəki axillein qlikoalkoloidi, efir yağları iltihabəleyhinə və bakteriosid xüsusiyyətlərinə malikdir.  

Gülxətmi

Tərkibində selik  ve kraxmal olduğuna görə Gülxətmi bürüyücü, iltihabəleyhinə, ağrıkəsici kimi təsirləri var. Tərkibinə, həmçinin,  qalaktoza, arabinoza, yağlar, asparagin, lesitin, fitosterinlər, pektinlər, mineral duzlar və çox migdarda selik daxildir.

Propolis

Arıların həyat faliyəti nəticəsində yaranan maddədir. Propolis regenerasiya prosesini stimullaşdırır, xoraəleyhinə xüsusiyyətlərinə malikdir, mədənin sekretor funksiyasını normallaşdırır.

Qaraqınıq

Efir yağının tərkibinə daxil olan flavanoidlər, vitaminlər, büzücü maddələr Qaraqınıq otunun geniş spektrli farmakoloji aktivliyini tə'min edir – bağırsağın motor funksiyasını tənzimləyir, ödqovucu, iltihabəleyhinə, antimikrob, ağrıkəsici kimi.

Kəklikotu

Güclü iltihabəleyhinə, mikrobəleyhinə təsiri var, mədə-bağırsag traktının spazmını aradan qaldırır.

GÖSTƏRİŞLƏR

  • Duadeno-qastral reflyuks
  • Qastritlər (kəskin, xroniki hiperasid, erroziv, atrofik, hipertrofik formalar, rezeksiyadansonrakı hallar)
  • Mədə və 12-barmaq bağırsağın xora xəstəliyi

DOZALAMA QAYDASI

Böyüklər Preparatı 1 ml-dən ( təqribən 25 damcı), əvvəlcədən suda həll etməklə, gündə 3 dəfə qəbul etmək məsləhət görülür.

Uşaqlar  5 yaşa qədər – sutkada 1 ml (8 damcı gündə 3 dəfə).

Uşaqlar  5 yaşdan 15 yaşadək - böyüklər üçün nəzərdə tutulmuş dozanın yarısı qədər  tə'yin olunur.

QARŞILIQLI TƏSİRİ

Hipotenziv və kortikosteroidlərlə tərkibində Biyan kökünün mövcud olmasına görə uyğunlaşmır. 

Tövsiyə edilmiş dozalarda qəbul etdikdə əlavə təsirlər qeyd olunmur. Uzun müddət yüksək dozada qəbul etdikdə baş ağrısı və yuxluluq müşahidə oluna bilər.

Arterial hipertenziya hamiləlik dövrü (tərkibində Biyan kökünün mövcud olmasına görə).

ƏLAVƏ TƏSİRLƏR

Tövsiyə edilmiş dozalarda qəbul etdikdə əlavə təsirlər qeyd olunmur. Uzun müddət yüksək dozada qəbul etdikdə baş ağrısı və yuxluluq müşahidə oluna bilər.

XÜSUSİ GÖSTƏRİŞLƏR

Qəbuldan əvvəl çalxalamaq lazımdır.

BURAXILIŞ FORMASI

COMPOSOR GLYCYRRHIZA COMPLEX, 50 ml tünd flakonda pipetka ilə.