GELIFOB

  (GRICAR İTALİYA)

Tərkibi:

 

Hər 5 ml-də

Qərənfil çiçəyi ekstraktı                                   (Syzigium aromaticum)     - 0.08mq

Balqabaq toxumu ekstraktı                              (Semina Cucurbitae)         - 0.08mq

Acı yovşan ekstraktı                                        (Artemisia absinthium L.)  - 0.08mq

Estraqon (tərxun) ekstraktı                              (Artemisia dracunculus)   - 0.08mq

Qreypfrut qabığının və toxumunun ekstraktı   (Citrus paradisi)               - 0.08mq

Sarımsaq ekstraktı                                            (Allium sativum)                - 0.22mq

Zəncirotu kökünün tozu                                    (Taráxacum)                     - 0.08mq

Solucanotu çiçəkləri                                        (Fanacetum)                      - 0.08mq

Acıçiçək kökü                                                   (Gentiana lutea L.)            - 0.08mq

 

Farmakoloji xüsusiyyətləri: dərman bitkilərin quru ekstraktlarının su və fruktoza siropunda həll edilmiş kombinasiyası olub, qurdəleyhinə, protazoyəleyhinə, mikrobəleyhinə və hepatoprotektor xüsusiyyətlərə malikdir.

Bu bitki kombinasiyası orqanizmdə olan müxtəlif növ qurd invaziyalarının müalicə və profilaktikası məqsədi ilə istifadə olunur. Bundan başqa tərkibinə daxil olan komponentlərin konsentrasiyası nəinki yetkin parazitləri həmçinin parazitlərin süfrələrinidə məhv etməyə imkan verir.

Preparatın xüsusiyyətləri aşağıda göstərilən bitkilərin müalicəvi təsiri nəticəsində müşahidə olunur:

Qərənfil çiçəyi ekstraktı    

Əsas komponenti evgenol olub, güclu qurdəleyhinə, göbələkəleyhinə, antiseptik, iltihabəleyhinə, spazmolitik, iştahartırıcı təsirə malikdir. Bağırsaqda çürümə və qıcqırma prosseslərini zəiflədir, bağırsaq selikli qişaaltı sinir kələfini (Meysner kələfini) stimulyasiya etməklə bağırsaq peristaltikasını artırır və qurd qovucu effekti bunun hesabına daha da aktivləşir. Həzm prosesini və ödün fəaliyyətini yaxşılaşdırır. Antiparazitar təsir özünü daha çox parazitin süfrə və yumurta mərhələsində göstərir. Tərkibindəki efir yağları askaridanın əzələ qatını iflic edir.

Balqabaq toxumu ekstraktı                            

Tərkibi zülallar, yağlar və vitamin B,C selen, maqnezium, sink və s. komponentlər ilə zəngindir. Qurdəleyhinə, ödqovucu, iltihabəleyhinə təsir edir. Enli lentşəkilli (öküz və donuz soliterinin)  qurdların orqanizmdən xaric olmasına səbəb olur. Heç bir əlavə təsiri yoxdur.

Acı yovşan ekstraktı                                       

Tərkibindəki efir yağlarından bioloji aktiv karboksid əmələ gəlirki, yapon tədqiqatçıları onu çox güclü antibiotik hesab edirlər. Antibakterial, antifunqal, iltihabəleyhinə, antihelmint təsirindən başqa çox güclü antiprotazoy (lyambliya, amyöba) təsirə malik olaraq, lyamblioz zamanı çox effektivdir.

Estraqon (tərxun) ekstraktı                             

Həzmi normallaşdırır, meteorizmi aradan götürür, spazmolitik, iltihabəleyhinə, qurdəleyhinə təsir göstərir.

Qreypfrut qabığının və toxumunun ekstraktı    

1964 cü ildə amerikalı həkim Ceyko Xarris tərəfindən öyrənilərək məlum olmuşdur ki, çox güclü antibakterial, antifunqal, virusəleyhinə, antiparazitar təsirə malikdir. Axırıncı tədqiqatlar sübut etmişdir ki, qreypfrut toxumunun ekstraktı  800-dən artıq bakteriya ştamlarına və 100-ə yaxın göbələk növünə təsir edir. Antioksidant təsirə malik olub, orqanizmi sərbəst radikalların təsirindən qoruyur. Antiallergik və iltihabəleyhinə təsirə malikdir.

Sarımsaq ekstraktı

Antibakterial, antifunqal, antihelmint, antiprotazoy, virusəleyhinə, antispastik, antioksidant, immunostimulyator təsirə malikdir. İştahı artırır, MBT-nin fəaliyyətini normallaşdırır. Tərkibindəki fitonsitlər, karotin, selen və s. hüceyrələri sərbəst radikalların təsirindən qoruyaraq antioksidant təsir edir.                                       

Zəncirotu kökünün tozu                                 

İltihabəleyhinə, spazmolitik, qastroprotektor, hepatoprotektor təsirə malikdir. İştah artırıcı təsiri var.

Solucanotu çiçəkləri                                 

Qurdəleyhinə, iltihabəleyhinə, spazmolitik, ödqovucu təsirə malikdir. Yumru qurdların (askarida, bizquyruq) həmçinin lyambliozun müalicəsində çox güclü effektə malikdir. Öd yollarının və qaraciyər xəstəliklərinin müalicəsində çox geniş tətbiq olunur.

Acıçiçək kökü                                               

İltihabəleyhinə, antibakterial, antiparazitar, spazmolitik, qastroprotektor və hepatoprotektor təsirə malikdir. MBT sekretor və motor funksiyasını normallaşdırır.

Göstərişlər:

Müxtəlif növ qurd invaziyalarının müalicəsi məqsədilə

·         Trematodlar (yastı qurdlar): opistorx, klonorx, fasiola, şistosom

·         Nematodlar (yumru qurdlar): askarida, filyariya, tükbaşqurd, bizquyruq, strongiloid, ankilostoma, trixinella

·         Şistomalar (lentşəkilli qurdlar): öküz və donuz soliteri, exinokok

·         İbtidailər: amyöba, lyambliya, xlamidiya, trixamonas

·         Göbələklər: kandida

Müxtəlif növ qurd invaziyalarının profilaktikası məqsədilə

· Qurd invaziyasına şübhə olan hallarda (çay balıqları, kürü, kifayət qədər termiki təsirə uğramayan ət məhsulları ilə qidalanma, ev heyvanları ilə təmas)

İstifadə qaydası və dozası :

1-5 yaş 1.25 ml gündə 1 dəfə

5-12 yaş 2.5 ml gündə 1 dəfə

12 yaşdan böyük uşaqlar və böyüklər 5ml gündə 1 dəfə

Preparat təmiz halda və ya su, meyvə şirəsi və s. ilə qarışdırılaraq qəbul oluna bilər.

Preparat yeməkdən 15 dəqiqə əvvəl 15-20 gün təyin edilir. Müalicə kursu 20-30 gündən sonra təkrarlana bilər. Müalicə bütün ailə üzvləri arasında aparılmalıdır.

Əks göstəriş

Tərkibindəki hər hansı bir komponentə qarşı yüksək həssaslıq, hamiləlik və laktasiya dövrü.

Buraxılış forması

GELİFOB, sirop 100 ml flakon