FULTOPAN 

(FULTON İTALİYA)

Beynəlxalq patentləşdirilməmiş adı: Hyoscine butylbromide  

Tərkibi

Təsiredici maddə: hər şamın (rektal suppozitoriyanın)  tərkibində  10 mq hiossin butilbromid vardır.                

Köməkçi maddələr: bərk yağlar.

ATC kodu: A03BB01

İstifadəsinə göstərişlər

Sidik-cinsiyyət və ya mədə-bağırsaq yollarının spazmlarının yüngülləşdirilməsi və qıcıqlanmış bağırsaq sindromunun simptomatik müalicəsi. 

Əks göstərişlər

Miasteniya qravis, meqakolon, darbucaqlı qlaukoma. Hiossin butilbromidə və ya dərman vasitəsinin tərkibində olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hiossin butilbromidin hamiləlik dövründə istifadəsi üzrə məlumat məhduddur. Reproduktiv toksikliyinə dair heyvanlar üzrə aparılmış tədqiqatlar kifayət qədər olmamışdır. Ehtiyyat tədbiri kimi Fultopanın hamiləlik dövründə istifadəsi tövsiyə olunmur.  

Hiossin butilbromidin və onun metabolitlərinin insan südünə xaric olması haqqında məlumat kifayət qədər deyil. Ana südü ilə qidalanan uşaq üçün təhlükə riski istisna olunmur. Laktasiya müddətində Fultopanın istifadəsi tövsiyə edilmir.

Fertillik 

İnsan fertilliyinə dair tədqiqatlar aparılmamışdır.

İstifadə qaydası və dozası

Gündə 4 dəfə 2 şam düz bağırsağa dərinə yeridilir. Qıcıqlanmış bağrsaq sindromu zamanı tövsiyə olunan doza gündə 3 dəfə 1 şam təşkil edir. Ehtiyac olduqda doza gündə 4 dəfə 2 şama qədər artırıla bilər.

6-12 yaşda uşaqlar: gündə 3 dəfə 1 şam.

Yaşlılarda bu şamlardan istifadə üzrə xüsusi məlumat yoxdur. Kliniki tədqiqatlarda 65 yaşdan yuxarı pasiyentlər iştirak etmişlər və bu yaş qrupundan olan pasiyentlərdə əlavə təsirlər müşahidə olunmamışdır.

Fultopan uzun müddət davam edən səbəbi araşdırılmamış qarın ağrısı zamanı istifadə edilməməlidir.

Əlavə təsirləri və xüsusi göstərişlər

Şiddətli, səbəbi məlum olmayan qarın ağrısı davam etdiyi və ya pisləşdiyi, və ya aşağıdakı əlamətlərlə birgə meydana çıxdığı halda dərhal həkimə müraciət etmək lazımdır: yüksək hərarət, ürəkbulanma, qusma, bağırsaq peristaltikasında dəyişikliklər, qarnın gərginliyi, arterial təzyiqin enməsi, bayılma, nəcisdə qanın olması.

Fultopan taxikardiya ilə müşayiət olunan hallarda ehtiyyatla istifadə olunmalıdır, məs.: tireotoksikoz, ürək çatmamazlığı və ürəkdə əməliyyatdan sonrakı dövürdə müşayiət olunan ritminin artması.

Antixolinergik təsirə malik olduğundan, bağırsaq və sidik yollarının çıxacağının obstruksiyası zamanı ehtiyatla istifadə olunmalıdır.

Antixolinergik preparatlar tərləməni azaltma təsirinə malik olduğundan, preparat pireksiya (qıdırma, titrətmə) zamanı ehtiyatla istifadə olunmalıdır.

Antixolinergik təsirli dərmanların istifadəsi gözdaxili təzyiqin artmasına səbə olduğundan, aşkar edilməmiş və bu səbəbdən müalicə olunmayan darbucaqlı qlukoması olan pasiyentlərdə ehtiyatla istifadə olunmalıdır.

Bu səbəbdən Fultopanın istifadəsi zamanı gözdə ağrı, qızartı və görmənin itməsi müşaiyət olunduqda, pasiyentlər təcili oftalmoloqa müraciət etməlidirlər.

Buraxılış forması

10 suppozitoriya içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30°C-dən  aşağı temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

FULTON medicinali S.p.a. - Italy