STEROBİON

(Sterop, Belçika)

STEROBİON 2ml     inyeksiya üçün məhlul
 
Buraxılış forması
Təsiredici maddə:   2ml (1 ampul) məhlulun  tərkibində 100mq B1vitamini (tiamin hidroxlorid),
                               100mq B6 vitamini (piridoksin hidroxlorid) və 1mq B12 vitamini vardır.                             
Köməkçi maddələr:  natrium metabisulfit (E223), inyeksiya üçün su.
 
Təsviri
STEROBİON qırmızı rəngli, şəffaf steril inyeksiya üçün məhluldur.
 
Farmakoterapevtik qrupu
Kombinə olunmuş vitamin preparatı (vitamin B1, vitamin B6 ,  vitamin B12  kompleksi).
 
İstifadəsinə göstərişlər

STEROBİON korreksiyası pəhriz vasitəsi ilə mümkün olmadıqda və daxilə qəbulu mümkün olmadığı zaman B1, B6 və  B12 vitamin çatışmazlığının müalicəsi üçün istifadə olunur.
 
Əks göstərişlər
B1, B6, B12 vitaminlərinə, kobalta və ya bu dərman vasitəsinin hər hansı digər inqrediyentinə qarşı allergiya. Allergiyanın əlamətlərinə səpgi, qaşınma və ya tənəffüs problemləri və dodaqlarda, boğazda və ya dildə şişkinlik aid ola bilər.
Levodopa ilə birlikdə istifadə (bax. “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”) 
Əgər siz bu göstərilənlərdən əmin deyilsinizsə, STEROBİON qəbul etməzdən əvvəl həkiminizə və ya tibb bacısına müraciət edin.
 
Xəbərdarlıq və ehtiyat tədbirləri
Əgər hər hansı digər dərman vasitəsinə qarşı, qida, konservant və ya boya maddələrinə qarşı allergiyanız varsa, bunu həkiminizə söyləyin.
 
STEROBİON-un istifadəsindən əvvəl aşağıdakılar barədə həkiminizə, əczaçıya və ya tibb bacısına söyləyin:
Əgər siz fol turşusu çatışmazlığından əziyyət çəkirsinizsə. Bu zaman B12 vitamininin müali-cəvi təsiri azala bilər.
Əgər siz Leber xəstəliyindən (görmə sinirinin irsi atrofiyası) əziyyət çəkirsinizsə. B12 vitami-ni görmə atrofiyası riskini yüksəldə bilər, bu isə görmə qabiliyyətinin itməsi ehtimalını artıra  bilər.
Əgər siz böyrək pozğunluğundan əziyyət çəkirsinizsə. B12 vitamininin uzunmüddətli istifadə-si alüminiumun toksikliyi riskini yüksəldə bilər, xüsusilə vaxtındanəvvəl doğulmuş körpələrdə.
Əgər siz anemiyadan əziyyət çəkirsinizsə. B12 vitamini pernisioz anemiya əlamətlərini gizlə-də bilər, ona görə də müalicəyə başlamazdan əvvəl dəqiq diaqnozun qoyulması tövsiyə olu-nur.
Əgər sizdə nə vaxtsa hər hansı digər vitaminə və ya vitamin kompleksinə qarşı yüksək həs-saslıq olubsa. 
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər siz hazırda hər hansı digər dərman vasitəsi qəbul edirsinizsə və ya yaxın zamanlarda qəbul etmisinizsə və ya qəbul etməyi planlaşdırırsınızsa, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. Bura həmçinin  reseptsiz buraxılan dərman vasitələri və bitki mənşəli preparatlar da daxildir.
 
STEROBİON-un digər dərman vasitələri ilə qəbul edilməsi bu dərman vasitələrinin təsir mexanizminə və ya STEROBİON-un təsir mexanizminə təsir göstərə bilər. Bu dərman vasitələrinə aiddir:
Levodopa (Parkinson xəstəliyinin müalicəsi üçün), B6 vitamini ilə birgə istifadəsi levodopa-nın təsirini zəiflədə bilər.
B6 vitamini ilə birgə istifadə altretaminin (xərçəngin müalicəsi üçün) təsirini azalda bilər.
Flüorurasil (xərçəngin müalicəsi üçün), B1 vitamini bu dərman vasitəsinin səviyyəsini azalda bilər (B1vitaminin 100mq/gün hesabı ilə qəbulu zamanı).
Kolxisin (podaqranın müalicəsi üçün) B12 vitamininin absorbsiyasını azalda bilər.
C  vitamini B12 vitamininin səviyyəsini azalda bilər.
Xloramfenikol (infeksiyaların müalicəsi üçün) B12 vitamininin təsirini zəiflədə bilər.
Omeprazol (dispepsiyanın və peptik  xoranın müalicəsi üçün) B12 vitamininin absorbsiyasını azalda bilər. 

STEROBİON-un qida və içkilərlə qəbulu
Uyğun deyildir.
 
Hamiləlik və laktasiya dövründə istifadəsi
Əgər siz hamiləsinizsə və ya südəmər uşağınız varsa, hamiləliyə şübhəniz varsa və ya ana olmağı planlaşdırırsınızsa, bu dərman vasitəsini qəbul etməzdən əvvəl məsləhət üçün həkiminizə və ya əczaçıya müraciət edin. STEROBİON-un sizə uyğun olub olmamasına həkim qərar verməlidir.
 
Hamiləlik zamanı bu dərman vasitəsini qəbul etmək olar. Bu dərman vasitəsinin sizə və ya dölə zərərli təsir göstərə bilməsi barədə dəlillər yoxdur.
 
Baxmayaraq ki, o ana südünün azalmasına səbəb ola bilər, Siz bu dərman vasitəsini ana südü ilə qidalandırma dövründə istifadə edə bilərsiniz.
 
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Bu dərman vasitəsi sürücülük və ya mexanizmlərdən istifadə qabiliyyətinə təsir göstərmir.
 
STEROBİON-un bəzi inqrediyentləri barədə vacib məlumat
STEROBİON-un tərkibində sulfitlər olduğu üçün  bir sıra allergik reaksiyalara və tənəffüsün çətinləşməsinə səbəb ola bilər.
 
İstifadə qaydası və dozası
Bu dərman vasitəsini hər zaman həkim təyinatına müvafiq olaraq istifadə edin.Əgər əmin deyilsinizsə, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
STEROBİON sizə mütəxəssis tibb işçisi tərəfindən əzələ daxilinə (əzələdaxili inyeksiya) yeridilmək üçün təyin olunmuşdur. Preparatın böyük sağrı əzələsinə dərinə yeridilməsinə üstünlük verilir.
 
Dozalanma, təyinolunma tezliyi və müalicənin müddəti həkiminiz tərəfindən müəyyən olunmalıdır.
 
Adi dozalar
Böyüklər
Çatışmazlıq simptomlarının intensivliyindən asılı olaraq, bədəndə ehtiyatı bərpa olunana qədər həftədə 2-3 ampuldan gündə 1 ampula qədər.
 
Uşaqlar
Bu dərman vasitəsi uşaqlara təyin olunmamalıdır.
 
Doza həddinin aşılması
B6 vitamininin gündəlik 1q-dan çox (10 ampul) dozada uzunmüddətli istifadə olunması zamanı həssaslıq problemləri meydana çıxa bilər.
STERBİON ixtisaslı tibb işçisi tərəfindən yeridildiyi üçün doza həddinin aşılması az ehtimal olunur.
Əgər siz hesab edirsiniz ki, sizə həddindən artıq STEROBİON istifadə olunub, təcili olaraq həkiminizə, tibb bacısına, əczaçıya və ya təxirəsalınmaz tibbi yardıma müraciət edin və ya məsləhət üçün Toksikologiya Mərkəzinə zəng vurun.
Hər zaman markalanmış dərman qutusunu və içlik-vərəqəni özünüzlə götürün.Bu, dərman vasitəsinin daha asanlıqla ayırd edilməsinə imkan yaratmış olacaq.
 
Əgər siz STEROBİON-un qəbulunu unutmusunuzsa
İnyeksiya sizə ixtisaslı tibb işçisi tərəfindən təyin yeridildiyi üçün bu, az ehtimal olunur, lakin əgər siz dozanın az olmasından narahatsınızsa, həkiminizə və ya tibb bacısına söyləyin.
 
Unudulmuş dozanın bərpası üçün ikiqat dozadan istifadə edilməməlidir.
 
Əgər siz STEROBİON-un qəbulunu dayandırmısınızsa
Müalicənin qəflətən dayandırılması zamanı (əgər doza gündə 2 ampuldan daha çoxdursa) B6 vitamininə görə ləğvetmə simptomları yarana bilər.
 
Əgər bu dərman vasitəsinin istifadəsi ilə əlaqədar olaraq əlavə suallarınız yaranarsa, həkiminizə və ya əczaçıya müraciət edin.
 
Mümkün əlavə təsirləri
Bütün dərman vasitələri kimi bu dərman vasitəsi də əlavə təsirlərə səbəb ola bilər, baxmayaraq ki, bu hamıda baş vermir.
 
STEROBİON ilə müalicə zamanı aşağıdakı əlavə təsirləri müşahidə etmək olar:
Çox yayılmış (10 xəstədən birindən çoxunda):

Oynaqlarda ağrı (artralgiya).
Fiziki zəiflik və ya enerji çatışmazlığı (asteniya)
Başgicəllənmə
Başağrısı.

Məlum deyil (əldə olan məlumatlara əsasən tezliyini təyin etmək mümkün deyil):

İnyeksiya yerində yerli hiperhəssaslıq reaksiyaları və ağrı.
Hiperhəssaslıq reaksiyaları: tez-tez asqırma ilə başlayan tənəffüsün çətinləşməsi, intensiv qaşınma (qaşınma), dəri səpgisi, övrə, qarında ağrı, anafilaktik şok, dəri və selikli qişaların ödemi (Kvinke ödemi).
Dəri reaksiyaları: günəş işığına qarşı həssaslıq (fotohəssaslıq), tərləmə.
Dəridə qırmızı və ya bənövşəyi rəngli ləkələr (purpura).
Ürəkbulanma, qarında ağrı, qusma, diareya və iştahanın itməsi.
Sinirlərin zədələnməsi kimi periferik neyropatiyalar, keyləşmə, tremor, səyrimə və iynəbatma hissi, qaşınma və qıcolmalara səbəb ola bilər.
Yaddaş pozulması.
Yuxusuzluq.
Ürəkdöyünmələrin tezləşməsi (taxikardiya).
Ürək çatışmazlığı.
Periferik qan damarlarında qanın laxtalanması (tromboz).
Ağciyərlərdə maye durğunluğu (ağciyərin ödemi).
Uşaqlarda tənəffüs pozulmaları B6 vitamini ilə əlaqədar olmuşdur.
Bütün bədəndə ödem hissi.
B12 vitamini ilə bağlı Leber xəstəliyindən əziyyət çəkən xəstələrdə görmə sinirinin atrofiyası (görmənin itirilməsi) riski yüksəkdir. 
Əgər sizdə hər hansı əlavə təsirlər qeyd olunarsa, həkiminizə, tibb bacısına və ya əczaçıya müraciət edin. Bura həmçinin bu içlik-vərəqədə sadalanmayan mümkün ola biləcək əlavə təsirlər də daxildir.
 
Buraxılış forması
2ml inyeksiya məhlulu,  şüşə ampullarda.  5, 10, 50 və ya 100 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
2-8°C temperaturda (soyuducuda), işıqdan qorumaq məqsədilə orijinal qablaşdırmada  və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
 
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində EXP-dən (ay/il) sonra göstərilmişdir.
Yararlılıq müddəti bitdikdən sonra  istifadə etmək olmaz.
Yararlılıq müddətinin bitmə tarixi göstərilən ayın sonuncu günü hesab olunur.
 
Hər hansı dərman vasitəsini axar sulara və ya məişət tullantılarına atmayın.İstifadə olunmamış dərman vasitəsinin qalığının necə kənarlaşdırılması barədə əczaçıya müraciət edin.Bu tədbirlər ətraf mühütün qorunmasına yardım etmiş olacaq.
 
Əgər ampulun içində hər hansı hissəciklər aşkar olunarsa və ya istənilən halda rəngi dəyişibsə, bu dərman vasitəsini istifadə etməyin.
 
Bu dərman vasitəsi ampul açıldıqdan dərhal sonra istifadə olunmalıdır.Yalnız birdəfəlik istifadə üçün nəzərdə tutulmuşdur.
 
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
 
İstehsalçı
Laboratoriz STEROP, Avenyu de Şeut 46-50, 1070 Brussel, Belçika
Eksport üzrə sifarişçi
STEROP OVERSİZ, Avenyu de Şeut 194, 1070 Brussel, Belçika