VITA BALANCE

(YESFAL İSPANİYA)

TƏRKİBİ

Vitamin C (L-Ascorbic acid)                    60,0 mg

Vitamin A (Retinol acetate)                     800 mkg

Vitamin D3 (Cholecalciferol)                   5 mkg

Vitamin E (tocopheryl acetate)               10,0 mg 

Vitamin K1 (Phytomenadione)                20mkg

Vitamin B1 (Thiamine hydrochloride)    1,4 mg

Vitamin B2 (Riboflavin)                           1,6 mg

Vitamin B3 (Niacin -Nicotinamide)         18,0mg         

Vitamin B5  (Pantothenic Acid )              6,0 mg            

Vitamin B6 (Hydrochloride pyridoxine)  2,0 mg

Vitamin B7  (Biotin )                                  150 mkg 

Vitamin B9 (Folic acid )                             200 mkg               

Vitamin B12 (Cyanocobalamin)                1 mkg                                                

Tri-calcium phosphate                              515,6 mg (Ca 200,0mg)  

Magnesium Phosphate                             230,8 mg (P143.5 mg )

Magnesium Oxide                                     119,03 mg (Mg 120 mg)

Ferrous Fumarate                                     42,5mg (Fe 14,0 mg)

Zinc Oxide                                                 18,7 mg (Zn 15,0 mg)

Manganese Sulphate                                3,1 mg  (Mn -1,0mg)

Copper Sulphate                                       1,8 mg (Cu- 0,7 mg)  

Chromium trichloride                               380 mkg (Cr 100 mkg)

Potassium iodide                                      200 mkg  (I150 mkg) 

Sodium selenite                                        50 mkg (Se 70 mkg )

Lutein                                                         1 mg                  

Resveratrol                                                1 mg                                                                                     

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ

Vitabalans 13 vitamin, 10 mineral və 2 təbii komponentdən ibarət vitamin- mineral kompleks olub, orqanizmin funksional aktivliyini artırır.

Vitamin A –zülülların, yağların, mukopolisaxaridlərin sintezində iştirak edir, dərinin,selikli qişaların, görmə orqaninın normal fəaliyyətini təmin edir.

В qrup vitaminlər – maddələr mübadiləsini requlə edən bir çox fermentlərin sintezində iştirak edir

Vitamin B1  - karbohidrat mübadiləsində iştirak edir və sinir sisteminin normal fəaliyyətini təmin edir.

Vitamin B2 - hüceyrə tənəffüs prosesinin katalizatorudur və görməni yaxşılaşdırır. DNT sintezində və toxuma regenerasiyasında iştirak edir.

Vitamin B6 – zülül və amin turşu metobolizmində iştirak edir.

Vitamin B12 –fol turşusu ilə birlikdə nukleotidlərin sintezində iştirak edir, boy inkişafı üçün lazımlı olan eritositlərin və mielin hüceyrələrin sintezində iştirask edir.

Vitamin B9 –fol turşusu qanyaranmanı təmin edən aminturşuların sintezində iştirak edir, eritropoezi stimulə edir.

Vitamin E –təbii antioksidantdır. Periferik qan dövranını yaxşılaşdırır, qanın laxtalanmasının normadan çox olmasının qarşısını alır. Zülalların, hemoqlobinin, hüceyrələrin  sintezində, skelet, ürək əzələlərinin, ürəyin, damarların, cinsiyyət vəzlərinin normal fəaliyyətinin təmin olunmasında iştirak edir.

Vitamin C  - oksidləşmə -bərpa proseslərini, birləşdirici toxuma metobolizmini, karbohidrat mübadiləsini, steroid hormonların sintezini, qanin laxtalanmasını və toxuma regenerasiyasını, kapilyar keçiriciliyini requlə edir. Vitamin C  orqanizmin infeksiyalara qarşı müqavimətini artırır, iltihabi reaksiyanı azaldır.

Vitamin D – orqanizmdə kalsium və fosfor balansını tənzimləyir.Osteoparozun qarşısını alır. Vitamin B3 (Niacin -Nicotinamide) toxuma tənəffüsündə , yağ və karbohidrat mübadiləsində iştirak edir

Kalsium – sümük toxumasının formalaşmasında,qanın laxtalanmasında, sinir impulslarının ötürülməsində,saya əzələ və skelet əzələlərinin yığılmasında, ürək fəaliyyətinin requlə olunmasında iştirak edir.

Maqnezium - qıcıqlanmanı azaldır, bir sıra fermentativ proseslərdə iştirak edir.

Xrom – qanda şəkərin miqdarını tənzimlənməsində, aterosklerozun və ürək-damar pozğunluğunun profilaktikasında iştirak edir, qanda xolesterinin səviyyəsini azaldır, orqanizmin hüceyrələrində yağların toplanmasının qarşısını alır.

Dəmir - eritropoezdə iştirak edir, hemoqlobinin tərkibində toxumaları oksigenlə təmin edir.

Yod-endemik zobun inkişafının qarşısını alır.

Mis – toxuma tənəffüsündə , qanyaranmada, immun raeksiyalarda iştirak edir.

Manqan – sümük toxumasının inkişafıda, toxuma tənəffüsündə və immun reaksiyalarda iştirak edir.

Selen – təbii antioksidantdır. Orqanizmi sərbəst radikalların təsirindən qoruyur. Selen çatmamazlığı ürək-damar xəstəliklərinin yaranmasına səbəb ola bilər.

Sink - B qrup vitaminlərin sorulmasını yaxşılaşdırır. Sümük toxumasının normal inkişafını təmin edir. Bir sıra hormonların sintezində iştirak edir.

Lutein -  billurda və torlu qişanın mərkəzində toplanır və burada hissə- hissə zeaksantinə transformasiya olunur. Lutein və zeaksantin işıq filtri funksiyasını həyata keçirir. Göz strukturunu daha aqressiv faktorların və gün işığının göy spektrinin təsirindən qoruyur. Güclü antioksidant təsirə malik olub, sərbəst radikalların təsirini neytrallaşdırır, torlu qişanın dağılmasının və billurun bulanıqlaşmasının qarşısını alır.

Resveratrol - polifenol qrupundan olan təbii bioloji aktiv maddə olub, güclü antioksidant, şişəleyhinə, hepatoprotektor, iltihabəleyhinə təsirlərə malikdir. Toxuma tənəffüsünü təmin edir, qanın reoloji xüsusiyyətlərini yaxşılaşdırır, qaraciyərdə piy mubadılısini requlə edir, damar divarının möhkəmliyini və keçiricilik xüsusiyyətini normallaşdırır. XX əsrin sonu XXI əsrin əvvəllərində alimlər kəşf ediblər ki, resveratrol  cavanlıq və uzun ömürlülük sirridir.

Mineral və vitaminlərlə zəngin tərkibinə görə, Vita Balans təbii müdafiyəni artıraraq, immun sistemini qorumağa köməklik edir, əqli və fiziki aktivliyi artırır, insan bədəninin düzgün bir şəkildə fəaliyətini təmin edir.

GÖSTƏRİŞLƏR:

  • Hipovitaminoz, avitaminoz və mikroelement çatmamazlığının müalicə və profilaktikası
  • Qeyridüzgün və balanslaşdırılmamış qidalanmalar
  • Fiziki və əqli iş qabiliyyətinin enməsi, yorğunluq, diqqət pozğuluqlqrı
  • Orqanizmin vitaminlərə, makro və mikro elementlərə təlabatın artması zamanı (stres, qorxu, yorğunluq,keçirilmiş xəstəliklərdən, cərrahi əməliyyatlardan, radioterapiyadan sonrakı bərpa dövründə, orqanizmin immun sisteminin aktivləşməsi məqsədilə)
  • Orqanizmin fiziki fəaliyyətini artırmaq məqsədilə

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Gündə 1 dəfə səhər yeməyi zamanı 1 tablet. Kurs müalicə 1 aydır.

ƏKS GÖSTƏRİŞ

Preparatın hər hansı bir komponentinə qarşı həssaslıq olarsa.

BURAXILIŞ FORMASI

Vita Balans, 30 həb.