ERGATEN

(GRİCAR İTALİYA)

Tərkibi:

Hər yumşaq jelatin kapsulun tərkibində:

Koenzim Q10 (Coenzyme Q10) – 50 mq

L-karnitin (L-carnitine) - 150 mq

Köməkçi maddələr: mikrokristalik sellüloza, jelatin, silisium, talk, titan dioksidi.

Farmakoloji qrupu

Metabolik.

Farmakoloji təsiri

Koenzim Q10 (Ubixinon) – endogen mənşəli vitaminəbənzər birləşmə olub, hər bir canlının qaraciyərində istehsal olunur.  “Cavanlıq vitamini” adlanır. Orqanizmdə hüceyrələrdə hidroksimetilqlutarilkoenzim A-dan hidroksimetilqlutarilkoenzim A reduktaza fermentinin iştrakı ilə sintez olunur. Molekul quruluşuna görə A və K vitamininə oxşayır.

Əsas funksiyası orqanizmin həyat fəaliyyəti üçün vacib olan ATF (adenozintrifosfat)-ın sintezində iştirak etməsidir. Koenzim Q10 - təbii yağda həll olan antioksidantdır. Orqanizmin antioksidant funksiyasının 71%-ni yerinə yetirir. Orqanizmi sərbəst radikalların mənfi təsirindən mühafizə edərək, hüceyrə membranının tamlığını qoruyur. Qanda aşağı sıxlıqlı lipoproteinlərin və triqliseridlərin miqdarını azaldır, antiaterosklerotik təsir göstərir. Baş beyin toxumasında asetilxolinin sintezini və xolinergik prosesləri sürətləndirir. Güclü təbii immunmodulyator olub, immun sisteminin funksional çatışmazlığını tez və effektiv bərpa edir, orqanizmin antimikrob və virus əleyhinə müdafiyəsini aktivləşdirir.

L-karnitin - anabolik, antihipoksant təsirə malik olub, lipid mübadiləsini stimulə edir. B qrupu vitaminlərinə mənsubdur. Anabolik təsirə malik olmaqla, əsas mübadiləni zəiflədir, zülalların və karbohidratların parçalanmasını ləngidir. Uzunzəncirli yağ turşularını (palmitin və b.) mitoxondrilərin daxili membranından keçirərək, parçalanmasını və asetil- KoA-nın əmələ gəlməsinə səbəb olur. Mərkəzi sinir sisteminə zəif sakitləşdirici təsir göstərir, həzm şirələrinin (mədə və bağırsaq) sekresiyasını və fermentativ fəallığını artırır, qidanın mənimsənilməsini yaxşılaşdırır. Artıq bədən çəkisini və əzələlərdəki yağların miqdarını azaldır. Fiziki gərginliyə qarşı dözümlülüyü artırır, ağır fiziki işdən sonrakı asidozu aradan qaldırır.

L-karnitin qaraciyərdə və əzələlərdə qlikogen ehtiyatını artırır və onun daha qənaətli sərfinə səbəb olur. Neyrotrofik təsir göstərir, apoptozun qarşısını alır, zədələnmiş ocağı məhdudlaşdırır və sinir toxumasını bərpa edir. Daxilə qəbul edildikdən 3 saat sonra plazmada konsentrasiyası maksimuma çatır və 9 saat ərzində qanda terapevtik konsentrasiyasını saxlayır.

Göstərişləri

  • Ürəyin işemik xəstəliyi
  • Hipertoniya
  • Ateroskleroz
  • Ürəkdə aparılan əmaliyyatlardan əvvəl və sonrakı dövrlərdə
  • Detoksikasiya məqsədilə
  • Fiziki gərginlik halları
  • Alkoqolizm
  • Xroniki yorğunluq sindromu
  • Asteniya
  • İmmunodefisit halları
  • Çəkinin azaldılması məqsədilə

Əks göstirişləri

Preparatın komponentlərinə fərdi həssaslıq, kəskin qlomerulonefrit.

Əlavə təsirləri

Dispepsiya, epiqastral nahiyədə ağrılar.

Dozası və istifadə qaydası

Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara 1 kapsuldan gündə 1 dəfə təyin olunur. Müəyyən hallarda sutkalıq doza 2-3 kapsul təşkil edə bilər.

Müalicə kursu həkim tərəfindən təyin edilir.

Buraxılış forması

Yumşaq jelatin kapsul N30.