OPTIPROST

(GRİCAR - İTALİYA)

TƏRKİBİ

Hər tabletin tərkibində:

Sabal palmasının ekstraktı (Saw palmetto) – 320 mq

Gicitkən ekstraktı (Urtica dioica ) – 240 mq

Sink oksid  (Zinc oxide 100%) – 12,5 mq (Zn= 10 mq)

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ

Optiprost bitki ekstraktlarından ibarət olan, sidikçıxarıcı yolların və prostat vəzinin normal funksiyasını təmin edən vasitədir.  Tərkibindəki komponentlər prostat vəzi hüceyrələrinin funksiyasını yaxşılaşdırır, artıq proliferasiyanın qarşısını alır, prostat vəzidə olan androgen reseptorlarının həssaslığını azaldır, sidikqovucu, iltihabəleyhinə, antiseptik təsir göstərir. Optiprost qalıq sidiyin miqdarını azaldır, cinsi aktivliyi artırır.

Sabal palmasının ekstraktı  5 alfa-reduktaza fermentini ingibə etməklə testosteronun dihidrotestosterona çevrilməsinin qarşısını alır. Aromataza fermentini ingibə edir, testosteron və androstendionun estrogenlərə konversasiyasını azaldır. Fosfolipaza A-2 aktivliyini və araxidon turşusunun xaric olmasını ingibə edərək iltihabəleyhinə təsir göstərir, damar keçiriciliyini və prostat vəzi toxumasında ödemi azaldır. Bununla da, vəzin ölçülərinin kiçilməsinə səbəb olur (hipertrofiyanın qarşısını alır). Testosteronun səviyyəsini və spermanın sintezini yaxşılaşdırır. Müntəzəm istifadədə hormonal sistemin fəaliyyətini stimullaşdırır, potensiyanı və libidonu artırır.

Gicitkən ekstraktı kişi cinsi hormonlarının metabolizmini normallaşdırır, reproduktiv funksiyaya müsbət təsir göstərir, cinsi zəifliyi və  inpotensiyanı aradan qaldırır. Sidikqovucu təsirə malikdir. Tərkibinə K, C, B vitaminləri, karotin, K, Fe, orqanik turşular, alkaloidlər, qlikozidlər və s. daxildir.

Sink – qanda testosteronun səviyəsini normada saxlayır, spermanın keyfiyyətini və cinsi aktivliyi artırır.

GÖSTƏRİŞLƏR

  • Prostatit
  • Prostat vəzinin xoşxassəli hiperplaziyası (I və II dərəcə)
  • Oliqospermiya
  • Kişi sonsuzluğu
  • Libidonun zəifləməsi
  • Prostat vəzi xərçənginin profilaktikası

İSTİFADƏ QAYDASI VƏ DOZASI

Optiprost  1 tablet gündə bir dəfə qida qəbulundan sonra daxilə qəbul edilir. Uzun müddət istifadə olunur. Müsbət təsir 3-6 həftədən sonra müşahidə olunur.

ƏLAVƏ TƏSİRLƏRİ

Aşkar olunmayıb.

ƏKS-GÖSTƏRİŞLƏR

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

BURAXILIŞ FORMASI

OPTİPROST, 30 tablet.