MEDENZA

(GRİCAR-İTALİYA)

Təsiredici maddələr:

Papaya-50mq, Papain-75mq, Bromelain-50mq, Enzim kompleksi (lipaza, amilaza, proteaza, laktaza, pektin, selluloza, qlükoza)-50mq, Adi şüyüd 0.9% - 85 mq.

Farmakodinamika:
Medenza biki və heyvan mənşəli olan yüksəkaktivli fermentlərin kombinasiyasıdır. İmmunomodulyator, iltihabəleyhinə, fibrionolitik, antiaqreqant, ödeməleyhinə təsirə malikdir.

Medenza iltihab prossesinin gedişatına müsbət təsir göstərir, patoloji autoimun və imunokompleks prosseslərini məhdudlaşdırır, orqanizmin imunoloji reaktiv göstəricələrinə müsbət təsir göstərir.

Farmakokinetika

Medenzanın qəbulundan sonra, preparatın tərkibinə daxil olan fermentlər nazik bağırsaqdan rezorbsiya yolu ilə sovrularaq və qanın nəqliyyat zülalları ilə birləşərək, qan dövranına daxil olurlar. Bundan sonra fermentlər qan dövranında miqrasiya edərək, patoloji ocaqda toplanırlar.

Preparat tromboksanın konsentrasiyasını və trombositlərin aqreqasiyasını azaldaraq, qanın reoloji göstəricilərini və  mikrosirkulyasiyanı yaxşılaşdırır.

Medenza lipid mübadiləni normallaşdırır, endogen xolesterinin sintezini azaldır, YSLP səviyyəsini artırır.

Medenza antibiotiklərin plazamda və iltihab ocağında konsentrasiyasını artıraraq, antibiotikoterapiyanın effektivliyini artırır.

Medenza müqavimətin qeyrispesifik mexanizmlərini requlə edərək (interferonun sintezi), virusəleyhinə və mikrobəleyhinə təsir göstərir.

İstifadəsinə göstərişlər

Angiologiya: tromboflebitlər, postflebetik sindrom, səthi venaların kəskin tromboflebitləri,  asağı ətraf arteriyaların obliterasiyaedici aterosklerozu, residiv gedisli flebitlərin profılaktikası, limfatik ödem.

Urologiya: sistit, sistopielit, cinsi yolla keçən infeksiyalar.

Ginekologiya: urogenital yolların xroniki infeksiyaları, adneksit, hestozlar, mastopatiyalar, hormonal müalicə zamanı orqanizmdə baş verən xoşagəlməz əlamətləri azaltmaq və aradan qaldırmaq məqsədi ilə.

Kardiologiya: gərginlik stenokardiyası, miokard infarktının yarımkəskin dövrü (qanın reoloji xüsusiyyətlərini yaxsılasdırmaq üçün).

Pulmanologiya: sinusit, bronxit, pnevmoniya.

Qastroenterologiya: pankreatit, hepatit.

Nefrologiya: piyelonefrit, qlomerulonefrit.

Endokrinologiya: diabetik angiopatiya, diabetik retinopatiya, autoimmun tireoidit.

Revmatologiya: birləşdirici toxumanın diffuz xəstəlikləri, revmatoid artrit, reaktiv artrit, ankilozlaşdırıcı spondiloartrit, osteoartrit.

Dermatologiya: atopik dermatit, sızanaqlı səpgi.

Cərrahiyyə: əməliyyatdan sonrakı agırlaşmaların profilaktikası və müalicəsi (iltihab, tromboz, ödem), posttravmatik və limfatik ödemlərin müalicəsi, plastik və rekonstruktiv əməliyyatlardan sonra bitişmə xəstəliyi.

Travmatologiya: travmalar, sınıqlar, distorsiyalar, xroniki posttravmatik prosseslər, yumşaq toxumaların iltihabı, bag aparatının zədələnməsi, idman travmaları.

Nevrologiya: dağınıq skleroz, osteoxondroz.

Pediatriya: atopik dermatit, tənəffüs yollarının müxtəlif infeksion və iltihabı xəstəlikləri (yuxarı və asağı tənəffüs yollarının iltihabı, pnevmoniya), yuvenil revmatoid artrit, cərrahi müdaxilədən sonrakı ağırlaşmaların müalicə və profilaktikası (sağalmayan və irinli yaralar, bitişmələr, yerli ödem).

Oftalmologiya: uveit, iridosiklit, hemoftalm, diabetik retinopatiya, müxtəlif cərrahi əməliyyatlardan sonra.

Profilaktika: Medenza, onkoloji xəstələrdə kimyəvi və ya şüa üsulları ilə müalicə zamanı, xəstənin həyat tərzini yaxsılasdırmaq və infeksion ağırlaşmaların profilaktikası məqsədi ilə təyyin oluna bilər.

Hamiləlik və laktasiya

Əks göstəriş yoxdur.

Əlavə təsirlər

Nadir hallarda allergik reaksiyalar.

Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası

1 tabletdən gündə 1 dəfə yeməkdən 30 dəqiqə sonra. Müalicə kursu 1 ay.

Preparatın doza həddinin aşılması hallarına rast gəlinməyib.

Buraxılış forması

30 üstü örtülü tablet, blisterlərdə.

Saxlanma şəraiti

15°-25°C temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.