ACEFFECT

(GRICAR İTALİYA)

Hər 10  ml siropun tərkibində:
N-Asetilsistein – 200 mq
Vitamin C 50% - 40 mq

Kəklikotu (Thymus vulgaris L.) – 67 mq
Dərman bəlğəmotu (Altea officinalis L.) – 67 mq
Şehçiçəyi (Drosera) – 67 mq
Daşsarmaşığı (Hedera helix) – 67 mq
 

Farmakoloji xüsusiyyətlər

N-Asetilsistein amin turşusu olub, güclü mukolitik, detoksikant, bəlğəmgətirici təsirlərə malikdir. Mukopolisaxaridlərin bisulfid  rabitələrini dağıtmaqla, özüllü bəlğəmlə müşahidə olunan infeksion xəstəliklər zamanı bəlğəmi sürətli durulaşdırma xüsusiyyətinə malikdir. 

Vit C - oksidləşmə-bərpa proseslərini, birləşdirici toxuma metobolizmini, karbohidrat mübadiləsini, steroid hormonların sintezini, qanın laxtalanmasını və toxuma regenerasiyasını, kapilyar keçiriciliyini requlə edir. Vitamin C  orqanizmin infeksiyalara qarşı müqavimətini artırır, iltihabi reaksiyanı azaldır.

Kəklikotu (Thymus vulgaris L.) ekstraktının əsas komponenti olan timol antiseptik, dezinfeksiya edici və bakterisid təsirlərə malikdir, eləcə də patogen kokklara və göbələklərə qarşı bakterisid təsir göstərir. Bəlğəmgətirici, quru öskürəyi sakitləşdirici, bakterisid, mikrobəleyhinə xüsusiyyətlərə malikdir.

Şehçiçəyi (Drosera ramentacae Burch ex DC) spazmalitik, bəlğəmgətirici təsir göstərir, yuxarı tənəffüs yollarının iltihabı, bronxial astma zamanı istifadə olunur. Uşaqlarda reflektor öskürək və göy öskurək zamanı kliniki effektivliyinin yüksək olması sübut olunub.

Hedera (Hedera helix L.) - yarpaqlarında olan bioloji aktiv maddələr bəlğəmgətirici, spazmolitik, iltihabəleyhinə, mikrobəleyhinə, göbələkəleyhinə təsir göstərirlər.

Dərman bəlğəmotu (Altea officinalis L.) tərkibindəki aktiv maddələrin hesabına kiprikli epitelin aktivliyini və tənəffüs bronxiolların peristaltikasını və  bronxial vəzlərin sekresiyasını artırır, bəlğəmgətirici, iltihabəleyhinə təsir göstərir və toxuma regenerasiyasını gücləndirir.

Göstərişlər

Tənəffüs orqanlarının kəskin və xroniki xəstəlikləri:

Bronxit, traxeobronxit, bronxial astma

Ağciyərlərin xroniki obstruktiv xəstəlikləri

Bronxektaziya xəstəliyi

Pnevmoniya

Mukovissidoz

İstifadə qaydası və dozalanma

Göstərilən dozalara müvafiq  gündə  2-3 dəfə  yeməkdən 20 dəqiqə sonra təyin edilir. Müalicə müddəti 1- 4 həftədir. Preparat təmiz halda və ya su ilə qarışdırılaraq qəbul oluna bilər.

1 yaşa qədər uşaqlar – 2,5 ml

1-3 yaş – 4,5 ml

3-5 yaş – 6,5 ml

5-8 yaş – 10 ml

8-12 yaş – 15 ml

12 yaşdan yuxarı uşaqlar və böyüklər – 20 ml

Əlavə təsirlər

Nadir hallarda dispeptik əlamətlər, başgicəllənmə və allergik reaksiyalar.

Əks göstərişlər

Hiperhəssaslıq, mədə və 12- barmaq bağırsağın xora xəstəliyinin kəskinləşmiş dövrü.

Doza həddinin aşılması, halsızlıq, ürəkbulanma, qusma.

Buraxılış forması

Flakon150 ml, içlik vərəqi ilə birgə.

Saxlanma qaydası

Quru, işıq düşməyən və uşaqların əli çatmayan yerdə  26 ºC–dən yuxarı  olmayan  temperaturda  saxlanılmalıdır.

İstifadə müddəti 

Qutunun və flakonların üzərində göstərilir. Yararlıq müddəti bitdikdən sonra qəbulu məsləhət deyil.