TİAPOL      
(Gricar İtaliya)   
   

                                       
TƏRKİBİ
Alfa-lipoy turşusu               600mq                                                                                             
Vitamin B6                          3mq        
Vitamin B1                          1,4mq

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏR
Alfa-lipoy (tiokt turşusu) piroüzüm turşusu və alfa-ketoturşularının oksidləşmə fosforlaşma reaksiyalarında koferment funksiyasını yerinə yetirərək, bir sıra metabolik funksiyalara təsir edir, hüceyrələri sərbəst radikalların toksiki təsirindən qoruyur, həmçinin orqanizmə keçən ekzogen toksiki birləşmələri zərərsizləşdirir. Endogen antioksidant – qlütationun konsentrasiyasını artırmaqla, polineyropatiyaların nəzərə çarpan simptomlarının azalmasına səbəb olur. Qanda insulinlə sinergist təsir göstərərək qlükozanın miqdarını azaldır, qaraciyərdə qlikogenin miqdarını artırır, insulinə qarşı rezistentliyi aşağı salır. Lipid və karbohidrat mübadiləsində iştirak edir, xolesterin mübadiləsini stimulə edir, qaraciyərin funksional fəaliyyətini yaxşılaşdırır.
Vitamin B6 (piridoksin) - bir çox metabolik proseslərdə iştirak edir, mədə- bağırsaqdan maqneziumun sovrulmasını və hüceyrələrə keçməsini asanlaşdırır, yağların və karbohidratların mübadiləsində mühüm rol oynayır, qan hüceyrələrinin və hemoqlobinin yaranmasında iştirak edir, nuklein turşularının sintezini və hüceyrələrin qlükozayla təchizatını,  mərkəzi və periferik sinir sisteminin normal fəaliyyətini təmin edir; qanda xolesterin və lipidlərin səviyyəsini aşağı salır.                                                                Vitamin B1 (tiamin) – karbohidrat, zülal və yağ mübadiləsində mühüm rol oynayır. Tiamin hüceyrə membranlarını peroksidləşmə məhsullarının toksiki təsirindən qoruyur. Orqanizmdə fosforlaşma prosesləri nəticəsində kokarboksilazaya çevrilib, bir çox fermentativ reaksiyalarda koenzim rolunu oynayır.  

GÖSTƏRİŞLƏR
  • Diabetik polineyropatiya və retinopatiya
  • Dismetabolik ensefalopatiya
  • Xroniki hepatitlər, qaraciyər sirrozu
  • Qaraciyərin piy distrofiyası
  • Xroniki beyin qan dövranı pozğunluqları
  • Ürəyin işemik xəstəlikləri
  • Görmə sinirinin atrofiyası və nevriti, qlaukoma, katarakta
  • Alkoqol polineyropatiyalar, intoksikasiyalar. 
İSTİFADƏ QAYDASI
1 həbdən  gündə 1 dəfə daxilə qəbul edilir. Həblər çeynənilmədən və kifayət qədər su ilə daxilə qəbul olunur.
 
ƏLAVƏ TƏSİRLƏR          
TİAPOL-un qəbulu zamanı allergik reaksiyalar, dispeptik əlamətlər, hipoqlikemik hallar müşahidə oluna bilər.
 
ƏKS GÖSTƏRİŞLƏR
Tərkibindəki maddələrə qarşı yüksək həssaslıq, 16 yaşa qədər uşaqlar .
 
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜ
Hamiləlik zamanı və laktasiya dövründə təyyin edilmir.
 
XÜSUSİ GÖSTƏRİŞLƏR
TİAPOL qəbul edən xəstələr alkoqol qəbulundan imtina etməlidirlər. Şəkərli diabet xəstələrində, xüsusən müalicənin  başlanğıcında, daimi olaraq qanda qlükozanın səviyyəsi nəzarətdə saxlanılmalıdır. Bəzi hallarda hipoqlikemiyanın qarşısını almaq üçün təyin olunan  insulin və yaxud peroral hipoqlikemik vasitələrin dozaları korreksiya olunmalıdır.
 
BURAXILIŞ FORMASI
TİAPOL, həb №30.