RİBAKTİV
Gricar (İtaliya)
 
TƏRKİB
Hər 1 ml-da:
Sitidin – 33 mq
Uridin – 33 mq
Maqnezium – 10 mq
Vitamin B6 – 0,7 mq
 
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
RİBAKTİV-in tərkibinə daxil olan sitidin və uridin hematoensefalitik baryeri keçərək mərkəzi sinir sistemində bir sıra prosesləri (Krebs, pentozomonofosfat, suksinat və qlükuron tsiklini) aktivləşdirir, hətta işemiya şəraitində toxuma tənəffüsünü və enerji sintezini təmin edir. Süd turşusu və ammonyakın yığılmasının qarşısını alaraq asidozu və xroniki yorğunluğu aradan qaldırır. Sitidin və uridin mielin qişasının əsas tərkib hissəsi olan sfinqomielin və serebrozidlərin sintezini stimulə edərək sinir liflərinin mielinizasiyasını, zədələnmiş akson və mielin qişasının regenerasiyasını və əzələ trofikasını təmin edir. Orqanizmdə asetilxolin sintezini azaltmadan membran fosfolipidlərinin sintezini stimulə edir. Nəticədə sinir keçiriciliyi, hissi və hərəki funksiyalar yaxşılaşır, iltihab əlamətləri, ağrı və keyimə hissi azalır. RİBAKTİV neyromediator sintezini və neyronlararası əlaqələri artıraraq koqnitiv funksiyaların (yaddaş, diqqət, məntiq və s.) yaxşılaşmasına səbəb olur.
 
GÖSTƏRİŞLƏR
  • Kəskin və xroniki beyin qan dövranı pozğunluqları;
  • Koqnitiv pozğunluqlar və yaddaş zəifliyi ilə müşayiət olunan xəstəliklər;
  • Psixoemosional pozğunluqlar: qorxu, həyəcan, depressiya, yuxu pozğunluqları və s.;
  • Dofaminergik yolların pozğunluğu ilə müşayiət olunan xəstəliklərin kompleks müalicəsində;
  • Yenidoğulmuşların hipoksik-işemik ensefalopatiyası, uşaq serebral iflici;
  • Üçlü sinirin nevralgiyası və nevriti, üz siniri nevriti və kəllə-beyin travmaları (o cümlədən, doğuş travmaları);
  • Sinir kökləri və sinir kələflərinin zədələnmələri (radikulopatiyalar, lümbaqo, lümbalgiya, lümbo-işalqiya, pleksitlər, qabırğaarası nevralgiyalar, tunel sindromu); 
  • Müxtəlif mənşəli polineyropatiyalar (endokrin, autoimmun, alkohol);
  • Görmə sinirinin atrofiyası, retinopatiyalar, qlaukomanın kompleks müalicəsi.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:
0-2 yaş – 1 ml gündə bir dəfə;
2-12 yaş – 2 ml gündə bir dəfə;
12 yaşdan yuxarı – 4,5 ml gündə bir dəfə.
Preparat təmiz halda və ya az miqdar suya qatılaraq daxilə qəbul olunur.
 
ƏLAVƏ TƏSİRLƏRİ
Qeydə alınmayıb.

ƏKS GÖSTƏRİŞLƏR
Preparatın tərkibinə daxil olan komponentlərinə qarşı hiperhəssaslıq.

XÜSUSİ GÖSTƏRİŞLƏR
Maksimal sutkalıq dozanı aşmamalı. Preparat uşaqların əli çatmayan yerdə olmalıdır.
 
BURAXILIŞ FORMASI
RİBAKTİV, 30 ml məhlul.