You are using an outdated browser. For a faster, safer browsing experience, upgrade for free today.

Yükləmə...

Göstərişlər:

Lizinoprillə hidroxlortiazidin kombinəedilmiş müalicəsinin uyğun gəldiyi hallarda essensial hipertenziyanm müalicəsi üçün istifadə olunur.

  • İstehsalçı

    PHARMINISIO S.L. (İSPANİYA)

  • Buraxılış forması

    Tablet№28

  • Farmko-terapevtik qrup

    Antihipertenziv təsirli dərman vasitəsi

Ətraflı məlumat

Beynəlxalq patentləşdirilməmiş adı: Lisinopril + Hydrochlorothiazide

Tərkibi: Təsiredici maddələr: hər tabletin tərkibində 20 mq lizinopril (susuz), 12,5 mq hidroxlortiazid vardır. Köməkçi maddələr: mannitol, ikiəsaslı kalsium-fosfat, qarğıdalı nişastası, jelatinləşdirilmiş nişasta, maqnezium-stearat.
Təsviri: Girdə və üstündə kəsiyi olan tabletlərdir.

Farmakoterapevtik qrupu: Antihipertenziv təsirli dərman vasitəsi
ATC kodu: C09BA

Farmakoloji xüsusiyyətləri
TENSİKEY COMPLEX-in tərkibində iki təsiredici dərman vasitəsi - lizinopril və hidroxlortiazid vardır. Lizinopril angiotenzinçevirən fermentin (AÇF) inhibitorları qrupuna aid olub antihipertenziv (arterial təzyiqi aşağı salan) təsirə malikdir. Hidroxlortiazid isə tiazidlər qrupuna mənsub olan diuretik (sidikqovucu) dərman vasitəsidir. Hər iki dərman vasitəsinin təsirlərinin məcmusu - additiv (təsirlərin toplanması) antihipertenziv effektin yaranmasına səbəb olur.

İstifadəsinə göstərişlər
TENSİKEY COMPLEX lizinoprillə hidroxlortiazidin kombinəedilmiş müalicəsinin uyğun gəldiyi hallarda essensial hipertenziyanm müalicəsi üçün istifadə olunur.

Əks göstərişlər
• Lizinoprilə, hidroxlortiazidə və preparatın tərkibində olan köməkçi maddələrdən hər hansı birinə qarşı allergiya.
• AÇF-in inhibitorları qrupundan olan dərman maddələrinə və ya sulfonamid qrupuna aid olan digər dərman vasitələrinə qarşı allergiya.
• Əvvəllər lizinoprillə eyni qrupdan olan preparatların (AÇF-in inhibitorları) qəbulu zamanı əllərin, ayaqların, ovucun, sifətin, dodaqların, dilin və/və ya udlağın şişməsinə, udqunmanın və tənəffüsün çətinləşməsinə səbəb olan allergik reaksiyalar baş vermişsə.
• İrsi və ya idiopatik angioödem.
• Anuriya (sidik ifrazının zəifləməsi).
• Böyrək çatışmazlığı.
• Hamiləlik və laktasiya dövrü.

Ehtiyat tədbirləri Aşağıdakı hallarda Tenzikey kompleksdən istifadə edərkən xüsusilə ehtiyatlı olmaq lazımdır:
- Preparatın birinci dozasının gəbulundan sonra güclu hipotenziya yaranarsa.Əgər birinci və ya ikinci dozadan sonra və ya dozanı azaltdıqdan sonra hipotenziya baş verərsə həkimlə məsləhətləşmək lazımdır.
- Aşağıdakı xəstəliklərdə və situasiyalarda təzyiqin qəflətən və çox aşağı düşməsinin qarşısını almaq üçün doza tənzimlənməlidir:
• Böyrəklərin və qaraciyərin funksional dəişikliyi (o cümlədən böyrək arteriyalarının stenozu,qaraciyər xəstəliyinin şiddətlənməsi).
• Hər hansı ürək xəstəliyi (o cümlədən işemik kardiopatiya, hipertrofık miokardiopatiya, serebrovaskulyar xəstəlik, aortamn stenozu).
• Dializ olunan xəstələr.
• Diuretiklərin qəbulu.
• Elektrolit çatışmazlığı, duzsuz pəhriz saxlanması, qusma və ya aramsız diareya.
- Böyrək köçürülməsinə məruz qalan və ya hemodializə ehtiyacı olan xəstələr preparatı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşməlidir.
- Əgər cərrahi müdaxilə üçün xəstəxanaya müraciət olunubsa TENSİKEY COMPLEX-dən istifadə olunduğu barədə həkimə xəbərdarlıq edilməlidir.Ümumi və ya yerli anesteziyadan əvvəl həkimə, anestezioloqa və ya stomatoloqa TENSİKEY COMPLEX istifadə olunduğu barədə məlumat verilməlidir
- Qalxanabənzər ətraf vəzlərin funksional testi zamanı TENSİKEY COMPLEX qəbul edilərsə bu barədə həkimi xəbərdar etmək lazımdır.
- Əgər TENSİKEY COMPLEX-lə müalicə zamanı tənəffüs çətinləşərsə, sifət, dodaqlar, dil və/və ya udlaq şişərsə müalicəni dayandırmaq və dərhal həkimə məlumat vermək lazımdır.
- Allergiyaya görə desenzibiləedici müalicə alan xəstələr (məs.,həşarat dişləməsi nəticəsində baş verən qaşınma).
- Sistem eritematoz qurdeşənəyindən əziyyət çəkən xəstələr,belə ki, TENSİKEY COMPLEX bu xəstəliyi şiddətləndirə və ya onun əlamətlərini pisləşdirə bilər.
- İnsulindənasılı diabetdən əziyyət çəkən xəstələr müalicəni aşağı dozalarla və həkim nəzarəti altında başlamahdır. Diabatəleyhinə dərmanların,o cümlədən insulinin dozasının tənzimlənməsi lazım gələ bilər,çünki TENSİKEY COMPLEX orqanizmin qlükozaya qarşı dözümlülüyünü (tolerantlığını) dəyişə bilər. Yuxarıda qeyd edilən hallardan hər hansı birinin baş verdiyi təqdirdə həkimlə məsləhətləşmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər TENSİKEY COMPLEX-lə müalicədən əvvəl hər hansı dərman vasitəsi qəbul edilmişsə və ya hazırda qəbul edilirsə (hətta reseptsiz buraxılan dərman maddəsi olsa belə) bu barədə həkimə məlumat verilməlidir. Həkimin göstərişi olmadan hər hansı dərman preparatını qəbul etmək tövsiyə olunmur, belə ki, bəzi dərman preparatlarının kombinasiyasından qaçmaq lazım gələ bilər.

TENSİKEY COMPLEX aşağıdakı dərman preparatları ilə birlikdə qəbul edilməməlidir
• Tubokurarin, belə ki, tiazidlər,o cümlədən hidroxlortiazid onun təsirini zəiflədə bilər.
• Diuretiklər, belə ki, təzyiqin düşməsi arta bilər.
• Kalium əlavələri və ya tərkibində kalium olan duzlar və ya dərmanlar. Bunlar qanda kaliumun səviyyəsini yüksəldə bilər.
• Litium (müəyyən depressiya növlərinin müalicəsi üçün istifadə olunur).
• Anesteziyaedici, narkotik və hipnotik dərman maddələri.
• Digər antihipertenziv maddələr, belə ki, bu zaman qan təzyiqinə olan təsir arta bilər.
• İndometasin (artritlərin və əzələ ağrılarının müalicəsi üçün istifadə olunur).
• Şəkərli diabetin müalicəsi üçün istifadə olunan dərman vasitələri (insulin və ya oral antidiabetik maddələr). Lizinopril onların təsirini gücləndirə bilər.
• Qeyri-steroid quruluşlu iltihabəleyhinə dərman vasitələri (qızdırma, ağrı və iltihab zamanı simtomatik müalicə məqsədilə istifadə olunan dərman vasitələri).

Hamiləlik və laktasiya dövründə istifadəsi
TENSİKEY COMPLEX-i qəbul etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Angiotenzinçevirən fermentin inhibitorları (lizinoprilin daxil olduğu qrup) dölün zədələnməsinə və tələf olmasına səbəb ola bilər. Əgər hamiləlik aşkar edilərsə bu qrupa daxil olan dərman preparatlarının qəbulu dərhal dayandırılmalıdır. Bu preparat ana südünə keçir. Deməli, laktasiya dövründə ya preparatla müalicə dayandırılmalı və ya uşaq ana südü ilə qidalandırılmamalıdır.

Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir. Lakin, nadir hallarda Tenzikey kompleks tabletlərinin qəbulu zamanı başgicəllənmə, əzginlik və ya yorğunluq baş verə bilər. Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarə edən zaman bunu nəzərə almaq lazımdır.

İstifadə qaydası və dozası

Həkim tərəfındən başqa göstərişlər olmazsa, TENSİKEY COMPLEX-in qəbulu zamanı aşağıdakı göstərişlərə əməl etmək lazımdır. Preparatın vaxtında qəbul edilməsi yaddan çıxmamahdır. Həkim preparatın gündə neçə tablet və hansı müddətə qəbul olunması barədə göstəriş verəcəkdir. Arterial təzyiq sabitləşməmişdən və normaya düşməmişdən əvvəl preparatın qəbulunu dayandırmaq tövsiyə olunmur. Müalicəni həkimin müəyyən etdiyi vaxtda dayandırmaq lazımdır.
Tabletlər daxilə, kifayət qədər maye ilə (məs.,1 stəkan su ilə) qəbul edilir. Doza gündə bir dəfə, 1 və ya 2 tablet (birdəfəyə qəbul edilməlidir) təşkil edir. TENSİKEY COMPLEX hər gün eyni vaxtda qəbul edilməlidir.
Essensial hipertenziya. Tövsiyə olunan adi doza gündə 1 dəfə 1 tablet təşkil edir (hər gün eyni vaxtda qəbul etmək lazımdır). Ümumiyyətlə, əgər müalicənin davam etdirilməsi lazım gələrsə onu bu doza ilə 2 və ya 4 həftə müddətində davam etdirmək olmaz, doza gündə 1 dəfə qəbul edilməklə 2 tabletə qaldirilmalıdır.
Böyrək çatışmazhğı olan xəstələr üçün. Belə xəstələrə TENSİKEY COMPLEX ilkin müalicə üçün təyin olunmamalıdır. Yüngül böyrək çatışmazlığı olan (kreatinin klirensi >30 və<80 ml/dəq) xəstələr tərəfindən TENSİKEY COMPLEX yalnız,doza hər xəstə üçün fərdi olaraq tənzimləndikdən sonra istifadə oluna bilər.
Əvvəlcə diuretiklərlə müalicə aparıldıqda. Diuretiklərlə müalicə almış xəstələr TENSİKEY COMPLEX qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Uşaqlar tərəfindən istifadəsi: Uşaqlara təyin edilməsi tövsiyə olunmur.
Qoca adamlar tərəfindən istifadəsi: Bu qəbildən olan xəstələrin böyrəklərlə bağlı problembri olarsa,həkimlə məsləhətləşməlidirlər, çünki onlar üçün dozanın tənzimlənməsinə ehtiyac yarana bilər.

Əlavə təsirləri
Bütün digər preparatlar kimi TENSİKEY COMPLEX də əlavə effektlər törədə bilər. Preparatın malik olduğu əlavə təsirlərin əksəriyyəti yüngül və keçicidir.
• Ən çox rast gələn əlavə təsir başgicəllənmədir.
• Tez-tez baş verən digər əlavə təsirlər: başağrısı, öskürək, zəiflik, ortostatik hipotenziya (duruş vəziyyətindən asılı) da daxil olmaqla hipotenziya.
• Bəzi hallarda baş verən əlavə təsirlər: diareya, ürəkbulanma, qusma, ağızda quruluq, dərinin səpməsi, podaqra, ürək döyüntülərinin güclənməsi, döş qəfəsində narahathq, əzələ zəifliyi və spazmı, qulaqlarda küy, əzginlik və impotensiya.
• Nadir hallarda baş verən əlavə təsirlər: üzün, ətrafların, dilin, səs yarığının və/və ya udlağm iltihabı ilə xarakterizə olunan angioödem.
Bəzi hallarda aşağıdakı vəziyyətlərin bir və ya bir neçəsinin daxil olduğu simptomatik kompleks yarana bilər: Qızdırma, vaskulit (venanın iltihabı), mialgiya (əzələ ağrısı), artralgiya (oynaq ağrısı) artrit (oynaqlann iltihabı), dəri səpgisi, fotosensibilizasiya (işığa qarşı həssaslıq), qanda dəyişiklik (yüksək kürəşəkilli hissəciklərin çökməsi, eozinofıliya və leykositoz) və ya digər dermatoloji əlamətlər. Aşağıdakı əlamətlərdən hər hansı biri meydana çıxarsaTENSİKEY COMPLEX-in qəbulunu dayandırmaq və dərhal həkimə müraciət etmək lazımdır.
• Sifətin, dodaqların, dilin və/və ya udlağın şişməsi ilə bağlı və ya onlarsız tənəfflis çətinləşərsə. 
• Əllərin ayaqların və topuqların iltihabı olduqda.
• Dəridə güclü yandırıcı hiss.
Preparatla müalicə zamanı yuxarıda qeyd olunmayan hər hansı əlavə təsir baş verərsə bu barədə həkimə və ya əczaçıya məlumat vermək lazımdır.

Doza həddinin aşılması
TENSİKEY COMPLEX lazım olduğundan yüksək dozada qəbul olunarsa dərhal həkimə və ya əczaçıya müraciət olunmalıdır. Doza həddi aşıldıqda ən çox rast gələn əlamətlər: başgicəllənmə, zəiflik, əzginlik, arterial təzyiqin qəflətən və həddindən artııq aşağı düşməsi ( hipotenziya), dehidratasiya, böyrək çatışmazlığı nəticəsində sidik ifrazının azalması. Adekvat müalicə almaq üçün xəstə xəstəxanaya yerləşdirilməlidir. Doza həddi aşıldıqda və ya preparat təsadüfən udulduqda Toksikoloji Mərkəzə müraciət etmək lazımdır.
Əgər TENSİKEY COMPLEX-in qəbulu yaddan çıxarsa onu kompensasiya etmək üçün ikiqat doza qəbul edilməməlidir. Növbəti dozanı vaxtında qəbul etmək lazımdır.

Buraxılış forması

Hər qutuya 28 tablet qablaşdırılır.

Saxlanma şəraiti

Hər hansı xüsusi saxlanma şəraitinə ehtiyac yoxdur.Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti  

Qablaşdırıldığı qutunun üzərində göstərilən yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı
Generfarma S.L.
C/İsaac Peral 6, Parque Tecnologico,
46980 Paterna (Valensia)

Lisenziya sahibi
Pharminicio S.L.
Paseo de la Habana, 9-11
28036 Madrid Spain