You are using an outdated browser. For a faster, safer browsing experience, upgrade for free today.

Yükləmə...

Göstərişlər

Orqanizmin qeyri-spesifik müdafiyə reaksiyalarının stimulyasiyası məqsədi ilə istifadə olunur

  • İstehsalçı

    GRICAR (İTALİYA)

  • Buraxılış forması

    Flakon 50ml

  • Farmko-terapevtik qrup

    Immunostimulyator

Ətraflı məlumat

BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ

Tərkibi:

Nazikyarpaqlı exinaseyanın quru ekstraktı (Echinacea angustifolia L.) …..........10%   

Propolis (Propolis) …………........................…………………………...……..........5.55%   

Adi kəklikotu efir yağı (Thymus vulgaris L.)………………….…..…………...........0.5%

Bitki  qliserini və distillə edilmiş su ……..…………….......................……….…….83.95% 

Xüsusiyyətləri:

Komposor Exina Kompleks 8 dərman bitkilərin quru ekstraktlarının və  essensial yağların bitki qliserində həll edilmiş kombinasiyasıdır. Bu bitki kombinasiyası orqanizmin müdafiyə (immun) sistemini stimullaşdırır. İnfeksion xəstəliklərin müalicə və profilaktikası məqsədi ilə istifadə olunur.                                                                            

Nazikyarpaqlı exinaseyanın tərkibindəki bioloji-aktiv maddələr orqanizmin qeyri-spesifik müdafiə reaksiyalarını aktivləşdirir. Aktiv maddələr leykositlərin (qranulositlərin) miqdarını artıraraq və faqositozu stimullaşdıraraq, mikroorqanizmlərin böyümə və çoxalmasının qarşısını alır. Həmçinin, qrip və herpes viruslarına qarşı virusəleyhinə təsir göstərir.

Propolis antibakterial, iltihabəleyhinə təsir göstərir, orqanizmə tonuslayıcı təsir göstərir, immun sistemini stimulə edir, təbii ağrıkəsicidir, mikrisirkulyasiyanı yaxşılaşdırır, hüceyrə regenerasiyasını aktivləşdirir.

Kəklikotu efir yağının əsas tərkib hissəsini timol təşkil edir, spazmolitik, antiseptik, bakteriosid təsir göstərir.

Göstərişlər

Orqanizmin qeyri-spesifik müdafiyə reaksiyalarının stimulyasiyası məqsədi ilə istifadə olunur. 

İstifadə qaydası və dozası

Komposor Exina Kompleks 8 aşağıdakı qaydada qəbul edilməsi  məsləhət görülür:

Böyüklər və 14 yaşdan böyük uşaqlar – gün ərzində 3 dəfə olmaqla 1 ml.                                                                      

Əvvəlcədən az miqdarda suda durulaşdırılıb qəbul edilməsi məsləhət görülür. İstifadədən öncə flakonu çalxalamaq lazımdır.  

Əlavə təsirləri

Aşkar olunmayıb.

Əks göstərişlər

Tərkib hissələrinə qarşı yüksək həssaslıq.

Buraxılış forması

Komposor Exina Kompleks 8, 50 ml-lik flakonda pipetlə birlikdə buraxılır.

DƏRMAN VASİTƏSİ DEYİL.

İstehsalçı

SORİA NATURAL, S.A

La Sacea№1, Tel. 975 252 046

GARRAY, SORIA, SPAIN.