Yükləmə...
Göstərişlər
Köməkçi vasitə kimi sidik yollarının infeksion-iltihabi xəstəlikləri (piyelonefrit, sistit, uretrit) zamanı istifadə olunur.
SORIA NATURAL (İSPANİYA)
Flakon 50ml
Uroantiseptik
BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ
Tərkibi:
Ayıqulağı (Arctostaphylos uva-ursi Sprengel.)………….. 7%
Süpürgə kolu (Calluna vulgaris L.)……………..………...5%
Tozağacı (Betula alba L.) ……………...………………...4%
Şam ağacının efir yağı (Pinus sylvestris L.)..................0.3%
Bitki qliserini və distilləolunmuş su ………….....………..83.7%
Xüsusiyyətləri:
Komposor Uva-Ursi Kompleks 24 dərman bitkilərinin bitki qliserində həll edilmiş miksturasıdır. Bu bitki kombinasiyası sidik yollarının infeksion xəstəliklərinin (sistit, uretrit, piyelonefrit xə s.) müalicəsi ücün təyin olunur, antiseptik və diuretik təsir göstərir. Ayıqulağının əsas təsiri arbutin qlikozodi ilə bağlıdır, hansı ki, orqanizmdə qlükoza və hidroxinona parçalanaraq, qıcıqlandırıcı və dezinfeksiyaedici təsir göstərir. Böyrəklərdən xaric olaraq, hidroxinon diurezi artırır və dezinfeksiyaedici təsir göstərir.
Süpürgə kolu. Tərkibində arbutin və parçalanma maddəsi olan hidroxinon, fermentlər büzücü və mineral maddələr (əhəng, silisium turşusu), saponinlərin təsiri ilə bağlıdır. Sidikqovucu, iltihabəleyhinə, mikrobəleyhinə və büzücü təsir göstərir.
Tozağacı. Tərkibindəki flavanoidlər (hiperozid, kvarsetol-3-qalaktozid) diuretik efekt göstərir.
Şam ağacı. Şam ağacının efir yağının təkibinə pinen, borneol, limonen, bornilasetat, kerdinen daxildir. Antiseptik, sidikqovucu təsir göstərir.
Göstərişlər
Köməkçi vasitə kimi sidik yollarının infeksion-iltihabi xəstəlikləri (piyelonefrit, sistit, uretrit) zamanı istifadə olunur.
İstifadə qaydası və dozası
Komposor Uva-Ursi Kompleks 24 aşağıdakı qaydada qəbul edilməsi məsləhət görülür: Böyüklər və 14 yaşdan böyük uşaqlar – gün ərzində 3 dəfə olmaqla 1 ml.
Əvvəlcədən az miqdarda suda durulaşdırılıb qəbul edilməsi məsləhət görülür. İstifadədən öncə flakonu çalxalamaq lazımdır. Müalicə kursu on dörd gündən artıq davam etməməlidir.
Əlavə təsirləri
Aşkar olunmayıb.
Əks-göstərişlər
Tərkib hissələrinə qarşı yüksək həssaslıq.
Ehtiyyat tədbirləri
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Uşaqların əli çatmayan yerdə saxlayın.
Buraxılış forması
Komposor Uva-Ursi Kompleks 24, 50 ml-lik tünd flakonda pipetlə birlikdə buraxılır.
DƏRMAN VASİTƏSİ DEYİL.
İstehsalçı
SORİA NATURAL, S.A
La Sacea№1, Tel. 975 252 046
GARRAY, SORIA, SPAIN.