You are using an outdated browser. For a faster, safer browsing experience, upgrade for free today.

Yükləmə...

Göstərişlər

Dissirkulyator ensefalopatiyalar (insultun fəsadları, baş-beyin travmaları, yaşlanma dövrü), yaddaş və diqqətin pozulması, intelektual qabiliyyətin zəifləməsi, həyacan və qorxu hissi.

  • İstehsalçı

    GRICAR (İTALİYA)

  • Buraxılış forması

    Tablet №30

  • Farmko-terapevtik qrup

    Neyroprotektor

Ətraflı məlumat

BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ

TƏRKİBİ:

Hər həbin tərkibində:

QAYT (Gamma-amino-butyric acid - GABA)                150 mq

Qlütamin (Glutamine)                                                      120 mq

Ginkqo biloba (Ginkgo biloba d.e. 3%)                           80 mq

Vitamin B6 (Vitamin B6)                                                 5 mq

Maqnezium laktat (Magnesium lactate)                          231 mq (Mg 21.9 mq)

Köməkçi maddələr: mikrokristalik selluloza, bitki mənşəli maqnezium stearat, silisium.

XÜSUSİYYƏTLƏRİ

QAYT. MSS-də oyanma və tormozlanma proseslərini tənzimləməklə, normal psixo-emosional vəziyyəti bərpa edir. Neyronlara membranstabilləşdirici təsir edir, bioenergetik və metabolik prosesləri yaxşılaşdırmaqla nootrop təsir göstərir. Həmçinin hipoksiyaəleyhinə və qıcolmaəleyhinə effektə malikdir.

Qlutamin. Beyin hüceyrələrini zədələnmədən mühafizə edir, membranoprotektor təsiri göstərir, sinir toxumasının strukturunu bərpa edir, beyin hüceyrələrinin metabolizmini yaxşılaşdırır. QAYT -un miqdarını artırır, baş beyində yüksək metabolik aktivlikli neyromediator rolunu oynayır, oksidləşmə-bərpa prosseslərini, zülal mübadiləsini stimulə edir.

Ginkqo biloba. Damar spazmını aradan qaldırmaqla beyində mikrosirkulyasiyanı yaxşılaşdırır. Yaş dövrü ilə əlaqəli olan yaddaş, eşitmə və görmə qabiliyyəti, nitqi və hərəki funksiyaların pozğunluqlarını aradan qaldırır;  damarların elastikliyini və möhkəmliyini bərpa edir, trombositlərin aqreqasiyasının qarşısını alır, sinir hüceyrələrinin maddələr mübadiləsini və oksigenlə təchizatını təmin edir, ürək əzələsinin qidalanmasını yaxşılaşdırır, sedativ və spazmolitik təsir göstərir.

Piridoksin (Vitamin B6). Maddələr mübadiləsində aktiv iştirak etməklə beyin toxumasında metobolizmi yaxşılaşdırır, qlutamin turşusunun QAYT-a çevrilməsində iştrak edir, QAYT-un endogen sintezini aktivləşdirir. Sinir sistemində neyromediatorların sintezini stimullaşdırır. Əqli və fiziki əmək qabiliyyətini artıır, yaddaşı və əhval-ruhiyəni yaxşılaşdırır.

Maqnezium hüceyrələrin həyati vacib elementi kimi maddələr mübadiləsinin bir sıra reaksiyalarında iştirak edir. Sinir impulslarının otürülməsində, zülalların sintezində iştirak edir. Sinir sisteminin oyanıqlığını azaldaraq və baş beyin qabığında tormozlanma proseslərini gücləndirərək sakitləşdirici təsir gostərir. Maqnezium defisiti orqanizmdə tremor, tetaniya, ataksiya, yüksək reflektor oyanıqlıq, yuxu pozğunluğu, ürək ritmi pozğunluğu, mədə-bağırsaq traktının motorikasının pozğunluğu və diareya kimi patologiyaların əmələ gəlməsinə səbəb olur.

İSTİFADƏSİNƏ DAİR TÖVSİYƏ

Aşağdakı halların kompleks müalicəsində köməkçi vasitə kimi istifadə olunur.

·           Dissirkulyator ensefalopatiyalar (insultun fəsadları, baş-beyin travmaları, yaşlanma dövrü), yaddaş və diqqətin pozulması, intelektual qabiliyyətin zəifləməsi, həyacanlanma, qorxu;

·           Parkinson və Alsheymer xəstəliyi, demensiya, yuxu pozğunluğu, epilepsiya;

·           Baş beyinin travması zamanı yaranan astenik, psixogen, nevrotik hallar;

·           Diqqət və yaddaşın artırılması məqsədi ilə;

·           Neyrosensor pozğunluqlar (başgicələnmə, qulaq küyləri, hipoakuziya).

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA

Böyüklərə və 14 yaşdan yuxarı uşaqlara 1 həb gündə bir dəfə.

ƏLAVƏ TƏSİRLƏR

Nadir hallarda dispeptik pozğunluqlar, başgicələnmə, allergik reaksiyalar.

ƏKS GÖSTƏRİŞLƏR

Tərkibinə daxil olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq, mədə və 12-barmaq bağırsaq xora xəstəliyinin kəskin dövrü, eroziv qastrit, beyin qan dövranının kəskin pozğunluğu, kəskin miokard infarktı.

EHTİYYAT TƏDBİRLƏRİ

Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Uşaqların əli çatmayan yerdə saxlayın.

SAXLANMA ŞƏRAİTİ

Quru, günəş şualarından və istilik mənbələrindən uzaq saxlanılmalıdır.

BURAXILIŞ FORMASI

Tablet №30.

DƏRMAN VASİTƏSİ DEYİL

İSTEHSALÇI

Gricar Chemical S.r.l.

Via San Giuseppe 18/20

Brugherio (MB)

İtaliya