You are using an outdated browser. For a faster, safer browsing experience, upgrade for free today.

Yükləmə...

Göstərişlər:

Preparat orqanizmdə infeksiya törədən bakteriyalara bakterisid təsir göstərir və ağciyərlərin, sidikçıxarıcı yolların, o cümlədən böyrəklərin və sidik kisəsinin, prostat vəzinin və yumşaq toxumaların xroniki infeksiyalarının müalicəsi üçün istifadə olunur.

 

  • İstehsalçı

    Help S.A. (YUNANISTAN)

  • Buraxılış forması

    Flakon 100 ml

  • Farmko-terapevtik qrup

    Antibakterial vasitə

Ətraflı məlumat

TƏRKİBİ

1ml məhlulun tərkibində 5 mq levofloksasin vardır.

Köməkçi maddələr: natrium xlorid, natrium hidroksid, xlorid turşusu, inyeksiya üçün su.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ

Floksitard-ftorxinolonlar qrupundan olan, geniş təsir spektrli sintetik antibakterial dərman vasitəsi olub, tərkibində təsiredici maddə kimi ofloksasinin sol izomeri olan levofloksasin vardır. Levofloksasin DNT-girazanı (topoizomeraza II) və topoizomeraza IV inhibə edərək, superspirallaşma və DNT qırılmasının bitişməsini pozaraq DNT sintezini inhibə edir, sitoplazma, hüceyrə divarı və membranında dərin morfoloji dəyişiklik törədir. Levofloksasin bir çox mikroorqanizm ştammlarına qarşı fəaldır:

Aerob qrammüsbət mikroorqanizmlər: Corynebacterium diphteriae, Enterococcus faecalis, Enterococcus spp., Listeria monocytogenes, Staphylococcus coagulase-negative methi-S (I)(metisillinəhəssas- metisillinə-nisbi həssas), Staphylococcus epidermidis methi-S, Staphylococcus  spp (CNS), C və G qrup Streptococci, Streptococcus agalactiae, Streptococcus pneumoniae peni I/S/R (penisillinəhəssas –nisbi həssas/-rezistent), Staphylococcus pyogenes, Viridans streptococci peni-S/R.

Aerob qrammənfi mikroorqanizmlər: Acinetobacter baumannil, Acinetobacter spp., Actinobacillus actinomycetemcomitans, Citrobacter freundii, Eikenella corrodens, Enterobacter aerogenes, Enterobacter agglomerans, Enterobacter cloacae, Enterobacter spp., Escherichia coli, Gardnerella  vaginalis, Haemophilus ducreyi, Haemophilus influenzae ampi-S/R (ampisillin-həssas-rezistent), Haemophilus parainfluanzae, Helicobacter pylori, Klebsiella spp, Moraxella catarrhalis β+β-, Morganella morganii, Neisseria gonorrhoeae non PPNG/PPNG, Neiseria meningitidis, Pausterella multocida, Pasteurella spp, Pasteurella conis, Pasteurella dagmatis, Proteus mirabilis, Proteus vulgaris, Providencia spp, Pseudomonas aeruginosa, Pseudomonas spp, Salmonella spp, Serratia marcescens, Serratia spp.

Anaerob mikroorqanizmlər: Bacteroides fragilis, Bifidobacterium spp, Clostridium perfringes, Fusobacterium spp, Peptostreptococcus, Propionibacterium spp, Veilonella spp.

Digər mikroorqanizmlər: Bartonella spp, Chlamydia pneumoniae, Chlamydia psittaci, Chlamydia trachomatis, Legionella spp, Mycobacterium spp, Mycobacterium leprae, Mycobacterium tuberculosis, Mycoplasma hominis, Mycoplasma pneumoniae, Ricketsia spp, Ureaplasma urealyticum.

500 mq Levofloksasinin sağlam könüllülərdə 60 dəqiqəlik venadaxili infuziyasından sonra qan plazmasında Сmax orta hesabla 6,2 mkq/ml təşkil etmişdir. Levofloksasinin farmakokinetikası 50 mq dozadan 1000 mq-a qədər diapazonda xətti xarakter daşıyır.500mq levofloksasinin sutkada 1 ya 2 dəfə istifadəsi zamanı plazmada maksimal konsentrasiyası 48 saata əldə olunur.

10 gün ərzində 500mq Floksitard preparatı sutkada 1 dəfə vena daxilinə yeridildikdən sonra levofloksasinin

C max konsentrasiyası 6,4±0,8mkq/ml, Cmin konsentrasiyası  isə (növbəti dozanın yeridilməsindən qabaq)

0,6±0,2 mkq/ml təşkil edir.

10 gün ərzində 500mq Floksitard preparatı sutkada 2 dəfə vena daxilinə yeridildikdən sonra levofloksasinin Cmax konsentrasiyası 7,9±1,1mkq/ml, Cmin konsentrasiyası isə (növbəti dozanın yeridilməsindən qabaq) 2,3±0,5 mkq/ml təşkil edir.

Plazma zülalları ilə birləşmə-30-40%. Orqan və toxumalara nüfuzu yüksəkdir: ağciyər, bronxların selikli qişası, bəlğəm, sidik cinsiyyət sistemi orqanlarına, sümük toxumasına, onurğa beyni mayesinə, prostat vəziyə, polimorfhüceyrəli leykositlərə, alveolyar makrofaqlara.

Qaraciyərdə bir hissəsi oksidləşir və/və ya dezasetilləşir. Floksitard venadaxili yeridildikdən sonra plazmadan zəif xaric olunur - T1/2 6-8 saat təşkil edir. Xaric olma əsasən böyrəklər vasitəsilədir (qəbul olunmuş dozanın 85%-dən çoxu). 500mq birdəfəlik istifadədən sonra levofloksasinin ümumi klirensi 175±29.2 ml/dəq təşkil edir.Levofloksasinin venadaxili və ya daxilə istifadəi zamanı farmakokinetikasında əhəmiyyətli fərq mövcud deyil, ona görə də, venadaxili və peroral istifadəsi qarşılıqlı əvəz oluna bilər.

GÖSTƏRİŞLƏR

Preparata qarşı həssas mikroorqanizmlərin törətdiyi infeksion-iltihabi xəstəliklər:

  • Xəstəxanadankənar  pnevmoniya;
  • Sidikçıxarıcı yolların ağırlaşmış infeksiyaları (pielonefrit daxil olmaqla);
  • Yumşaq toxumaların və dərinin infeksiyaları;
  • Xroniki bakterial prostatit
  • Yuxarıda təsvir edilən göstərişlər zamanı yaranan septisemiya/bakteriemiya;
  • İntraabdominal infeksiyalar;
  • Vərəmin dərmana-həssas formalarının kompleks müalicəsi üçün.

İSTİFADƏ QAYDASI VƏ DOZASI

Preparat həkim və ya tibb bacısı tərəfindən müəyyən bəlli bir zaman ərzində venalardan birinə tətbiq edilir. Floksitard 500 mq məhlulu üçün bu müddət 60 dəqiqə və ya bir qədər artıq ola bilər. Preparatın yeridilmə müddətində ürək ritminə və qan təzyiqinə nazarət olunmalıdır. Çünki ürək ritminin pozulması və qan təzyiqinin müvəqqəti olaraq düşməsi antibakterial dərman vasitələrinin venadaxili yeridilməsi zamanı yarana biləcək əlavə təsirlərdir. Əgər levofloksasinin təyini müddətində qan təzyiqi əhəmiyyətli dərəcədə düşmüşsə, preparatın qəbulunu təcili olaraq dayandırmaq lazımdır.

Xəstəxanadankənar pnevmoniya: gündə 1-2 dəfə 500mq  

Sidikçıxarıcı yolların, sidik kisəsinin və böyrəklərin infeksiyon xəstəlikləri: gündə 1 dəfə 250 mq (ağır infeksiyalar zamanı doza artıtıla bilər)

Prostat vəzinin infeksiyası: gündə 1dəfə 500mq

Dəri və dərialtı toxuma infeksiyaları: gündə 1-2 dəfə 500mq  

Böyrək problemləri zamanı doza azaldıla bilər.

ƏKS GÖSTIRİŞLƏR

Levofloksasinə və ya digər xinolonlara qarşı hiperhəssaslıq; epilepsiya; xinolonlarla erkən aparılmış müalicə zamanı vətərlərin zədələnməsi; 18 yaşa qədər uşaqlar və yeniyetmələr; hamiləlik və laktasiya dövrü.

ƏLAVƏ TƏSİRLƏRİ

Dəri reaksiyaları və ümumi hiperhəssaslıq reaksiyaları: qaşınma və dərinin qızarması, övrə, bronxların daralması və mümkün ola biləcək ağır boğulma  simptomları ilə təzahür edən ümumi hiperhəssaslıq reaksiyaları (anafilaktik və anafilaktoid reaksiyalar), dərinin və selikli qişaların ödemi (məsələn, üz və udlaqda), arterial təzyiqin qəflətən düşməsi və şok, günəş şüalarına və  ultrabənövşəyi şüalanmaya qarşı yüksək həssaslıq, vaskulit, dəri səpgisi, Stivens-Jonson sindromu, toksiki epidermal nekroliz (Layell sindromu) ekssudativ multiformal eritema.

Mədə-bağırsaq traktına və maddələr mübadiləsinə təsiri: ürəkbulanma, diareya, iştahın itməsi, qusma, qarında ağrı, həzmin pozulması, qanlı ishal, çox nadir hallarda bağırsağın iltihabı və ya psevdomembranoz kolit əlaməti ola bilər, şəkərli diabet xəstələri üçün xüsusi vacib olan - qanda şəkərin səviyyəsinin aşağı düşməsi (hipoqlikemiya); mümkün olan hipoqlikemiya əlamətləri: iştahın artması, əsəbilik, tərləmə, titrəmə.

Sinir sisteminə təsiri: başağrısı, başgicəllənmə, yuxululuq, yuxunun pozulması, depressiya, narahatlıq, psixotik reaksiyalar (məs., hallusinasiya), xoşagəlməz hisslər (məs., əl biləklərində paresteziya), titrəmə, depressiya, oyanıqlıq vəziyyəti, qıcolma, görmənin və eşitmənin pozulması, iybilmə və dadbilmə hissinin pozulması, taktil hissiyatın azalması.

Ürək-damar sisteminə təsiri: ürək döyünmələrinin tezləşməsi, arterial təzyiqin enməsi, kollaps, QT intervalının  uzanması.

Əzələ, vətər və sümüklərə təsiri: vətərlərin zədələnməsi (tendinit daxil olmaqla), oynaq və əzələ ağrıları, vətərlərin qırılması, əzələ zədələnməsi (rabdomioliz).

Qaraciyərə və böyrəklərə təsiri: qaraciyər fermentlərinin, qan zərdabında bilirubin və kreatininin səviyyəsinin artması. Böyrək funksiyasının kəskin böyrək çatışmazlığına qədər pozulması, məs., allergik reaksiyalar nəticəsində (interstisial nefrit).

Qan sisteminə təsiri: eozinofillərin sayının artması, leykositlərin sayının azalması, neytropeniya, trombositopeniya, aqranulositoz , hemolitik anemiya, pansitopeniya.

Digər əlavə təsirlər: ümumi zəiflik (asteniya), hərarət, allergik pnevmonit.

XÜSUSİ GÖSTƏRİŞLƏR

Yaşlı xəstələrdə böyrək funksiyasının pozulması ehtimalı yüksək olduğundan, müalicə zamanı bunu nəzərə almaq lazımdır. Əvvəlcədən insult və ya ağır travma nəticəsində baş beyin zədələnməsi olan xəstələrdə Floksitard dərman vasitəsi ilə müalicə zamanı qıcolma tutmaları yarana bilər. Levofloksasindən istifadə zamanı fotosensibilizasiyanın çox nadir hallarda rast gəlməsinə baxmayaraq, xüsusi ehtiyac olmadıqda güclü günəş şüalarından və solyari qəbulundan və ya süni ultrabənövşəyi şualarından qorunmaq lazımdır. Tendinitin yaranmasına şübhə olduqda, psevdomembranoz  kolitin  yaranmasına şübhə olduqda,  allergik reaksiyalarda Floksitard dərman vasitəsinin istifadəsi təcili olaraq dayandırılmalıdır Qlükoza-6-fosfatdehidrogenaza çatışmazlığı (maddələr mübadiləsinin irsi pozğunluğu) olan xəstələrdə ftorxinolonların təsirindən eritrositlərin parçalanması baş verə bilər (hemoliz).

DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ

Qlükokortikoidlərin istifadəsi vətər qırılması riskini artırır. Teofilinin qəbulu zamanı «asmatik tutma» riski yüksələ bilər.Qeyri-steroid  iltihabəleyhinə preparatların – aspirin, ibuprofen, fenbufen, ketoprofen və indometasinin birgə qəbulu zamanı effekt güclənə bilər. Sukralfatla , maqnezium və  alüminium tərkibli antasidlərlə, həmçinin dəmir duzları ilə birlikdə istifadə zamanı Floksitardın təsiri kəskin zəifləyə bilər. Antiaritmik (xinidin, amiodaron) və antidepressant (amitriptillin, imipramin) preparatları ilə birgə təyini ürək döyüntülərinin sayına təsir göstərə bilər. Makrolid qrupundan olan antibiotiklər (eritromisin, azitromisin, klaritromisin), simetidin və probenesidin təsirindən levofloksasinin xaric olması azca ləngiyir.

BURAXILIŞ FORMASI

Floksitard, 100ml infuziya üçün məhlul, flakonda.