Yükləmə...
Göstərişlər:
Vaklatol aşağıdakı infeksiyaların yerli müalicəsi üçün istifadə olunur:
• göbələklər tərəfindən (xüsusilə Kandida növlü göbələklər tərəfindən) törədilən vaginal infeksiyalar;
• trixomoniaz.
• Klötrimazola həssas mikroorqanizmlər tərəfindən törədilən vaginal superinfeksiyalar
MAGİSTRA (RUMINİYA)
Vaginal tablet №12
İmidazol törəmələrinə aid göbələkəleyhinə (antifunqal) preparat.
VACLATOL
Beynəlxalq patentləşdirilməmiş adı: Clotrimazole
Tərkibi
Təsiredici maddə: hər vaginal tabletin
tərkibində 100 mq klotrimazol vardir.
Köməkçi maddələr: laktosa monohidrat, qarğıdalı nişastası, mikrokristallik sellüloza, natruim bikarbonat,tartrat turşusu, maqnezium stearat, hipromelloza 4000, susuz kolloidal silisium dioksid.
Təsviri
Ağdan demək olar ki ağ rəngə qədər, uzunsov, hər iki ucu girdə, hər iki tərəfdən üstü qabarıq tabletlərdir.
Farmakoterapevtik qrupu
İmidazol törəmələrinə aid göbələkəleyhinə (antifunqal) preparat.
ATC kodu: G01AF02.
Farmakoloji xüsusiyətləri
Vaklatol imidazol törəməli dərman preparatıdır və göbələk infeksiyalarının müalicəsi üçün istifadə olunur.
İstifadəsinə göstərişlər
Vaklatol aşağıdakı infeksiyaların yerli müalicəsi üçün istifadə olunur:
• göbələklər tərəfindən (xüsusilə Kandida növlü göbələklər tərəfindən) törədilən vaginal infeksiyalar;
• trixomoniaz.
• Klötrimazola həssas mikroorqanizmlər tərəfindən törədilən vaginal superinfeksiyalar Trichomonas vaginalis tərəfindən törədildiyi diaqnozlaşdırılan infeksion xəstəliyin tam müalicəsi üçün trixomonazın müalicəsi üçün digər peroral dərman vasitələri ilə birlikdə istifadə edilməlidir.
Əks göstərişlər
Klotrimazola və ya bu dərman vasitəsinin tərkibinə daxil olan komponentlərdən hər hansı birinə (bax: "Tərkibi") qarşı allergiya (yüksək həssaslıq).
Xəbərdarlıqlar və ehtiyat tədbirləri
Aşağıdakı hallardan hər hansı biri mövcud olarsa, Vaklatol istifadə etməzdən əvvəl bu barədə həkiminizə və ya eczacnııza məlumat verin:
-əgər Sizdə infeksiyanın olduğuna əminsinizsə;
-əgər Sizdə son altı ay ərzində kandidal vaginitin ikidən çox infeksiyası olubsa;
-əgər sizdə və ya cinsi tərəfdaşınızda cinsi yolla keçən xəstəlik varsa və ya nə
vaxtsa olmuşdursa;
- əgər Siz hamiləsinizsə və ya hamilə olduğunuza şübhəniz varsa;
- əgər Siz 16 yaşdan aşağı yeniyetməsinizsə və ya 60 yaşdan yuxarı qadınsınızsa;
- əgər imidazollara və ya digər vaginal antifunqal preparatlara qarşı allergiyanız varsa.
Əgər Sizdə aşağıdakı simptomlar varsa:
- qeyri-müntəzəm vaginal qanaxma;
- anormal vaginal qanaxma və ya qanlı ifrazat;
- vulval və ya vaginal xoralar, qabarlar və ya yaralar;
- qarının altında ağrı və ya dizuriya;
- müalicə ilə bağlı qızartı, qıcıqlanma və ya şişkinlik kimi hər hansı əlavə təsir;
- qızdırma və ya titrətmə;
- ürəkbulanma və ya qusma;
- diareya;
- pis iyli vaginal ifrazat.
Menstruasiya dövründə klotrimazolla müalicə aparılmır.
İnfeksiyanın yenidən baş verməsinin qarşısını almaq üçün şəxsi çamaşırlar (dəsmallar, paltarlar, əsasən pambıqdan) hər gün dəyişdirilməlidir.
Müalicədən sonrakı günlərdə və həftələrdə vaginal duşlardan (uşaqlıq yolunun
yuyulmasından) qaçmaq lazımdır. Xarici cinsiyyət nahiyələrinin müalicəsi və yanaşı profilaktik müalicə üçün yerli antifunqal dərmanların istifadəsi məsləhət görülür.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər hər hansı digər dərman preparatı istifadə edirsinizsə və ya yaxın zamanlarda istifadə etmisinizsə və ya istifadə edə bilərsinizsə, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. Birlikdə istifadə zamanı klotrimazol lateks tərkibli kontraseptivlərin (prezervativ və diafraqma) zədələnməsinə və onların effektivliyinin və təhlükəsizliyinin zəifləməsinə səbəb ola. Vaginal spermisidlərin də effektivliyi zəifləyə bilər. Klotrimazolla müalicə müddətində və müalicənin dayandırılmasından sonra ən azı 5 gün müddətində digər kontraseptiv tədbirlərin görülməsi tövsiyə olunur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Əgər hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə, hamilə olmağı və ya uşaq sahibi olmağı planlaşdırırsınızsa, bu dərmanı istifadə etməzdən əvvəl məsləhət üçün həkiminizə və ya əczacıya müraciət edin.
Klotrimazol hamiləlik dövründə yalnız həkim tərəfindən ana üçün fayda və döl üçün potensial risk nisbətinin diqqətlə qiymətləndirilməsindən sonra istifadə edilə bilər.
Uşaqlarda və yeniyetmələrdə istifadəsi
16 yaşdan aşağı uşaqlarda və yeniyetmələrdə vaklatolun istifadəsi tövsiyə olunmur.
Nəqliyyat vasitələrini və potensial
təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Vaklatol nəqliyyat vasitələrini və digər
potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
İstifadə qaydası və dozası
Bu dərmanı istifadə edərkən, bu içlik vərəqədə təsvir edilən tövsiyələrə və ya həkiminizin və ya əczaçnıızın tövsiyələrinə hər zaman ciddi əməl edin. Nəyəsə əmin deyilsinizsə, həkiminizə və ya əczaçıya müraciət edərək dəqiqləşdirə bilərsiniz. Tövsiyə olunan doza 6 ardıcıl gün ərzində gündə 100 mq-lıq 1 vaginal Vaklatol tableti (100 mq klotrimazol) və ya 3 ardıcıl gün ərzində gündə 100 mq-lıq 2 vaginal Vaklatol tableti (200 mq klotrimazol), təşkil edir. Lazım gələrsə, müalicəni təkrar etmək olar.Əgər xəstəliyin simptomları 7 gündən artıq davam edərsə, xəstəyə həkim tərəfindən təyin edilmiş müalicə tələb oluna bilər.
İstifadə qaydası
Vaginal tablet, yatmazdan əvvəl uşaqlıq yoluna mümkün qədər dərinə yeridilir. Vaginal tabletin istifadəsi arxası üstə uzanıqlı, ayaqları aralı və bir az əyilmiş vəziyyətdə həyata keçirilir. Birdəfəlik əlcəklərdən istifadə məsləhət görülür.
Vaginal tabletin tamamilə həll olması onu nəm şəkildə uşaqlıq yoluna yeritmək lazımdır, əks halda tabletin həll olmamış parçaları vaginadan (uşaqlıq yolundan) çıxa bilər. Həll olmamış vaginal tablet parçaları uşaqlıq yolu quru olan qadınlar tərəfındən hiss edilə bilər. Bunun qarşısını almaq üçün pessari (uşaqlıq halqası) yatarkən uşaqlıq yoluna mümkün qədər yuxarı yeridilməlidir.
Menstruasiya zamanı müalicə aparılmamalıdır, belə ki, bu zaman menstrual axın tərəfindən vaginal tabletlərin yuyulması riski mövcuddur. Müalicəni menstruasiya başlamazdan əvvəl bitirmək lazımdır. Klotrimazolla müalicə dövründə tamponlardan, vaginal duşlardan, spermisidlərdən və ya digər vaginal məhsullardan istifadə edilməm əlidir. Klotrimazoldan istifadə zamanı cinsi əlaqədən qaçmaq lazımdır, çünki infeksiya cinsi tərəfdaşa ötürülə və müalicənin effektivliyi və lateks məhsullarının təhlükəsizliyi (məsələn, prezervativlər, diafraqmalar) azala bilər.
Əgər Siz, vaklatolu istifadə etməyi unutmusunuzsa
Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza istifadə etməyin. Əgər Siz, vaklatolun bir dozasını istifadə etmisinizsə, onu xatırlayan kimi, dərhal istifadə edin.
Əgər vaklatolun istifadəsini dayandırırsınızsa
Əgər bu dərman preparatının istifadəsinə dair əlavə suallarnıız olarsa, həkiminizə və ya əczaçıya müraciət edin.
Vaklatolla müalicəni qəflətən dayandırmaym, belə ki, bu, infeksiyanın tam müalicə olunmamasına və simptomların yenidən meydana çıxmasına səbəb ola bilər.
Simptomlar aradan qalxdıqdan sonra müalicə dayandırılmamalı, sistematik şəkildə daha 3 gün müddətində davam etdirilməlidir.
Əlavə təsirləri
Bütün dərman preparatları kimi, bu dərman da əlavə təsirlər törədə bilər, baxmayaraq
ki, bu, hər kəsdə baş verməyə bilər.
Əgər Sizdə aşağıdakı simptomlar meydana çıxarsa, Siz vaklatolun istifadəsini
dayandırmalı və mümkün qədər tez bir zamanda həkiminizə müraciət etməlisiniz:
qızartı, yanma, qaşınma və ya şişkinliyin daha da pisləşməsi. Bəzi qadınlarda
klotrimazola qarşı allergiya ola bilər. Əgər bu dərman maddəsinə qarşı allergiyanız
olarsa, əlavə təsirlər dərhal meydana çıxır. Allergik reaksiyalar səpgi, ürəkbulanma,
üzdə solğunluq və ya şişkinlikdir.
İmmun sistemdə baş verən pozğunluqlar:
-allergik reaksiya (sinkope, hipotenziya,
təngnəfəslik, övrə, qaşınma).
Reproduktiv sistemdə və süd vəzisində baş verən pozğunluqlar:
-qenital nahiyədə qabiq vermə, qaşınma, səpgi, ödem, qızartı, diskomfort hissi, yandırma hissi, qıcıqlanma, çanaq nahiyəsində ağrı, vaginal qanaxma.
Mədə-bağırsaq traktında baş verən pozğunluqlar:
-abdominal (qarın nahiyəsində) ağrı.
Əlavə təsirlər haqqında məlumatın verilməsi
Hər hansı bir əlavə təsir meydana çıxarsa, bu barədə həkiminizə və ya əczaçınıza məlumat
verin. Bura, bu içlik vərəqədə qeyd edilməyən mümkün əlavə təsirlər də daxildir. Əlavə təsirlər barədə birbaşa milli hesabat sistemi vasitəsilə də məlumat verə bilərsiniz.
Əlavə təsirlər barədə məlumat verməklə, Siz, bu dərman preparatının təhlükəsizliyi haqqında daha ətraflı məlumatın toplanmasına kömək edə bilərsiniz.
Doza həddinin aşılması
Əgər Siz, lazım olduğundan artıq vaklatol qəbul etmisinizsə, lütfən, bu barədə həkiminizə məlumat verin.
Buraxılış forması
6 vaginal tablet, alüminium/PVX blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlanmaq lazimdir.
Hər hansı dərman preparatı çirkab sularının və ya məişət tullantılarının içərisinə atılmamalıdır. Artıq istifadə edilməyən dərman preparatının hara atılmalı olduğunu əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin qorunmasına xidmət edir.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində EXP-dən sonra qeyd edilmişdir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
Marketinq icazəsinin sahibi və istehsalçı
S.C.MAGISTRA C&C S.R.L., 82A Aurel Vlaicu.
blvd., city Constanta, code 900055, country Romania (Rumıniya).
Tel.:/Faks: +4 0241634742.
e-mail: office@magistracc.com