You are using an outdated browser. For a faster, safer browsing experience, upgrade for free today.

Yükləmə...

Göstərişlər:

Liberon aşağıdakı xəstəliklərinin kompleks müalicəsində köməkçi vasitə kimi istifadə olunur:

-          Qaraciyər xəstəlikləri (hepatit, sirroz, qaraciyərin piy distrofiyası və s.)

-          Qaraciyərin toksiki, alkoqol, virus, dərmanlarla, şüa və kimya terapiyadan sonra (antibiotiklər, vərəm və virus əleyhinə preparatlar, hormonal preparatlar, trisiklik antidepressantlar,                                 peroral kontraseptivlər) zədələnmələri;

-          Öddaşı xəstəliyi, öd yollarının diskineziyası;

-          Peşə xəstəlikləri;

-          İntoksikasiyalar;

-          Ateroskleroz

  • İstehsalçı

    GRİCAR (İTALİYA)

  • Buraxılış forması

    Tablet № 60

  • Kateqoriya

    Hepatoprotektor

Ətraflı məlumat

BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ

TƏRKİBİ:

Silimarin…………..100 mq   

Qlütation …...........75 mq

Ornitin……………75 mq

İnositol……...........75 mq

Choline bitartrate…56.25 mq

Vitamine E………..95 mq

 XÜSUSİYYƏTLƏRİ:

Silimarin tərkibi flavon birləşmələrindən ibarət təbii vasitədir. Silimarin regenerasiyaedici, hepatoprotektor, detoksikant və iltihabəleyhinə təsirə malikdir. Təsir mexanizmi RNT-polimerazanı aktivləşdirməklə, hepatositlərdə müxtəlif həyati vacib zülalların və fosfolipidlərin sintezini sürətləndirməsi ilə əlaqədardır. Silimarin güclü antioksidant təsir göstərməklə hüceyrələri sərbəst radikalların və peroksid birləşmələrin zədələyici təsirlərindən müdafiə edir. Silimarin lipidlərin peroksidləşmə reaksiyalarını blokada edərək, hüceyrə strukturunun zədələnməsinin qarşısını alır və regenerasiya proseslərini sürətləndirir. Silimarin alkoqol intoksikasiyaları zamanı asetaldehidin yaranmasının qarşısını alır. 

Qlütation – güclü antioksidantdır. Qlütationreduktaza fermentinin təsirilə oksidləşir. Leykotrienlərin sintezində iştirak edir, qlütationperoksidaza fermentinin kofaktorudur. Qlütation hidrofil molekul olub, qaraciyərin fermentləri ilə birləşərək hidrofob toksik maddələrin biotransformasiya prosesini həyata keçirərək, ödlə xaric olunur.

Ornitin hepatoprotektor, detoksikant, hipoazotemik təsirlərə malikdir. Amin qruplarının sidik cövhəri sintezinə (ornitin dövranı) sərf olunmasını sürətləndirir. Ammonyakın qan plazmasında konsentrasiyasını azaldır, orqanizmdə turşu-qələvi balansının normallaşmasını təmin edir. İnsulinin və somatotropin hormonunun sintezini aktivləşdirir. Müxtəlif xəstəliklər zamanı zülal mübadiləsini yaxşılaşdırır.

İnositol B qrup vitaminlərə aid olub, hepatositləri destruksiyadan qoruyur, yeni hepatositlərin əmələ gəlməsinə səbəb olur. Xolin inozitolun iştrakı ilə lesitinin sintezində iştrak edir. Ödün qovulmasını yaxşılaşdırır. 

Xolin B qrupu vitaminlərinə bənzər özəlliyə sahibdir. Qaraciyər hüceyrələrinin fəaliyyətini artıraraq, qaraciyərin funksiyasını yaxşılaşdırır və lipid mübadiləsini normallaşdırır. Orqanizmdə yağların parçalanması prosesini sürətləndirir, xolesterinin səviyyəsini aşağı salır, sinirlərin mielin qişalarını bərpa edir.

Vitamin E güclü antioksidantdır. Alkoqol, dərman maddələri, stress və s. xroniki qaraciyər xəstəliklərinin əsas səbəbləridir. Vitamin E isə aktiv antioksidant olub onları zərərsizləşdirmək qabiliyyətindədir. 

GÖSTƏRİŞLƏRİ:

Liberon aşağıdakı xəstəliklərinin kompleks müalicəsində köməkçi vasitə kimi istifadə olunur:

-          Qaraciyər xəstəlikləri (hepatit, sirroz, qaraciyərin piy distrofiyası və s.)

-          Qaraciyərin toksiki, alkoqol, virus, dərmanlarla, şüa və kimya terapiyadan sonra (antibiotiklər, vərəm və virus əleyhinə preparatlar, hormonal preparatlar, trisiklik antidepressantlar, peroral kontraseptivlər) zədələnmələri;

-          Öddaşı xəstəliyi, öd yollarının diskineziyası;

-          Peşə xəstəlikləri;

-          İntoksikasiyalar;

-          Ateroskleroz

DOZALANMASI: 

1 tabletdən gündə 2 dəfə yeməkdən sonra daxilə təyin edilir.

ƏLAVƏ TƏSİRLƏRİ: 

Nadir hallarda dəri reaksiyaları, ürəkbulanma.

ƏKS GÖSTƏRİŞLƏRİ: 

Tərkibindəki komponentlərə qarşı hiperhəssaslıq, 16 yaşa qədər şəxslər, hamiləlik və laktasiya dövrü.

EHTİYYAT TƏDBİRLƏRİ                                                                                                                                           

Preparatı müəyyən edilmiş dozada qəbul etmək lazımdır. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Uşaqların əli çatmayan yerdə saxlayın.                                                                                                                       

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ

Hamilələlik zamanı preparatın qəbulu həkim nəzarəti altında aparılmalıdır. Müalicə dövründə südverməni dayandırmaq lazımdır.

BURAXILIŞ FORMASI

Tablet № 60.

DƏRMAN VASİTƏSİ DEYİL.

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ

Gricar Chemical S.r.l.

Via San Giuseppe 18/20

Brugherio (MB)

İtaliya