You are using an outdated browser. For a faster, safer browsing experience, upgrade for free today.

Yükləmə...

BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ

TƏRKİBİ

Hər 10 damcının tərkibi:  

Vitamin D3 25 mkq-1000 BV ekvivalent.

Köməkçi maddələr: günəbaxan toxumu yağı və tokoferollar.

XÜSUSİYYƏTLƏRİ

D vitamini, yaxud antiraxit vitamini yağlarda həll olan vitaminlərə aiddir. Tərkibi doymamış tsiklik spirtdən ibarətdir.  

D vitamini günəş şüalarının təsirindən orqanizmdə (dəridə) sintez olunur. D vitamini kalsiumun orqanizmdə sovrulmasına və sümük toxumasının hüceyrələrinə daxil olmasına kömək edir. Kalsium sümüklərin əsas "tikinti materialıdır". D vitaminin çatışmazlığı sümüklərin daha kövrək və zəif olmasına səbəb olur. Uşaqlarda D vitaminin çatışmazlığı raxit kimi ciddi pozulmaya səbəb olur. Raxit uşaqlarda ayaqların və çanaq sümüklərinin, döş qəfəsinin əyilməsinə, fiziki inkişafın ləngiməsinə səbəb olur.

D vitamini həmçinin orqanizmdə limfokinlərin sintezini artırmaqla immun sistemini gücləndirir.

D vitamini orqanizmdə piy və əzələ toxumasında depolanır. T ½  19-25 saat təşkil edir. Böyük bir hissəsi ödlə, çox az bir hissəsi isə böyrəklərlə xaric olur.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR

D vitamini çatışmazlığının müalicə və profilaktikası.

ƏKS GÖSTƏRİŞLƏR

D vitamini hipervitaminozu, hiperkalsiemiya, hiperkalsiuriya, sidik daşı xəstəliyi, sarkoidoz, böyrəklərin kəskin və xroniki xəstəlikləri, böyrək çatışmazlığı, ağciyər vərəminin aktiv forması, D vitamininə qarşı individual hiperhəssaslıq.

XÜSUSİ GÖSTƏRİŞLƏR VƏ EHTİYAT TƏDBİRLƏRİ

Preparatı müəyyən edilmiş dozada qəbul etmək lazımdır. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Uşaqların əli çatmayan yerdə saxlayın. Tövsiyə edilən sutkalıq dozanı keçməyin.                       

İSTİFADƏ QAYDASI VƏ DOZASI

1 damcıda -100 BV-dir.

4 -14 arası uşaqlar - 5 damcı (500 BV). 

Böyüklər- 10 damcı (1000 BV). 

Gündə 1 dəfə birbaşa, çörəyə damızdırılıb və ya südə qatılıb içilə bilər. İstifadədən əvvəl flakonu çalxalamaq lazımdır.

ƏLAVƏ TƏSİRLƏRİ 

Hipervitaminoz əlamətləri: iştahanın itməsi, ürəkbulanma, qusma, baş ağrıları, əzələ və oynaq ağrıları, qəbizlik, ağızda quruluq, poliuriya, psixikanın pozulması, depressiya, bədən çəkisinin azalması, yuxu pozulması, bədən temperaturunun qalxması. D vitamini hipervitaminozu əlamətləri qeydə alınarsa dərhal Dekontrol-un qəbulu dayandırılmalıdır.

SAXLANMA ŞƏRAİTİ

Quru, qaranlıq və sərin yerdə saxlanılmalıdır. Flakon açıldıqdan sonra soyuducuda (2-8° C) 5 ay ərzində saxlanıla bilər.

BURAXILIŞ FORMASI

Flakon 15 ml/500 damcı

DƏRMAN VASİTƏSİ DEYİL.

İSTEHSALÇI

Gricar Chemical SRL, İtaliya.

 

 

 

  • İstehsalçı

    GRICAR (İTALİYA)

  • Buraxılış forması

    Flakon 15 ml

  • Kateqoriya

    D vitamini

Ətraflı məlumat