You are using an outdated browser. For a faster, safer browsing experience, upgrade for free today.

Yükləmə...

Göstərişlər

·          Ürəyin işemik xəstəliyi, hipertoniya, ateroskleroz, ürəkdə aparılan əmaliyyatlardan əvvəl və sonrakı dövrlərdə

·          Detoksikasiya məqsədilə

·          Fiziki gərginlik halları

  • İstehsalçı

    GRICAR (İTALİYA)

  • Buraxılış forması

    Kapsul №30

  • Kateqoriya

    Antioksidant

Ətraflı məlumat

BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ

TƏRKİBİ:

Hər yumşaq jelatin kapsulun tərkibində:

Koenzim Q10 (Coenzyme Q10) – 50 mq

L-karnitin (L-carnitine tartrate - 214 mq) - 150 mq

Köməkçi maddələr: mikrokristalik sellüloza, jelatin, silisium, talk, titan dioksid.

XÜSUSİYYƏTLƏRİ

Koenzim Q10 (Ubixinon) – endogen mənşəli vitaminəbənzər birləşmə olub, hər bir canlının qaraciyərində istehsal olunur.  “Cavanlıq vitamini” adlanır. Orqanizmdə hüceyrələrdə hidroksimetilqlutarilkoenzim A-dan hidroksimetilqlutarilkoenzim A reduktaza fermentinin iştrakı ilə sintez olunur. Molekul quruluşuna görə A və K vitamininə oxşayır.

Əsas funksiyası orqanizmin həyat fəaliyyəti üçün vacib olan ATF (adenozintrifosfat)-ın sintezində iştirak etməsidir. Koenzim Q10 - təbii yağda həll olan antioksidantdır. Orqanizmin antioksidant funksiyasının 71%-ni yerinə yetirir. Orqanizmi sərbəst radikalların mənfi təsirindən mühafizə edərək, hüceyrə membranının tamlığını qoruyur. Qanda aşağı sıxlıqlı lipoproteinlərin və triqliseridlərin miqdarını azaldır, antiaterosklerotik təsir göstərir. Baş beyin toxumasında asetilxolinin sintezini və xolinergik prosesləri sürətləndirir. Güclü təbii immunmodulyator olub, immun sisteminin funksional çatışmazlığını tez və effektiv bərpa edir, orqanizmin antimikrob və virus əleyhinə müdafiyəsini aktivləşdirir.

L-karnitin - anabolik, antihipoksant təsirə malik olub, lipid mübadiləsini stimulə edir. B qrupu vitaminlərinə mənsubdur. Anabolik təsirə malik olmaqla, əsas mübadiləni zəiflədir, zülalların və karbohidratların parçalanmasını ləngidir. Uzunzəncirli yağ turşularını (palmitin və b.) mitoxondrilərin daxili membranından keçirərək, parçalanmasını və asetil- KoA-nın əmələ gəlməsinə səbəb olur. Mərkəzi sinir sisteminə zəif sakitləşdirici təsir göstərir, həzm şirələrinin (mədə və bağırsaq) sekresiyasını və fermentativ fəallığını artırır, qidanın mənimsənilməsini yaxşılaşdırır. Artıq bədən çəkisini və əzələlərdəki yağların miqdarını azaldır.

Fiziki gərginliyə qarşı dözümlülüyü artırır, ağır fiziki işdən sonrakı asidozu aradan qaldırır.

L-karnitin qaraciyərdə və əzələlərdə qlikogen ehtiyatını artırır və onun daha qənaətli sərfinə səbəb olur.

Neyrotrofik təsir göstərir, apoptozun qarşısını alır, zədələnmiş ocağı məhdudlaşdırır və sinir toxumasını bərpa edir. Daxilə qəbul edildikdən 3 saat sonra plazmada konsentrasiyası maksimuma çatır və 9 saat ərzində qanda terapevtik konsentrasiyasını saxlayır.

İSTİFADƏSİNƏ DAİR TÖVSİYƏ

Aşağdakı halların kompleks müalicəsində köməkçi vasitə kimi istifadə olunur.

· Ürəyin işemik xəstəliyi, hipertoniya, ateroskleroz, ürəkdə aparılan əmaliyyatlardan əvvəl və sonrakı dövrlərdə

· Detoksikasiya məqsədilə

· Fiziki gərginlik halları

· Alkoqolizm

· Xroniki yorğunluq sindromu, asteniya

· İmmunodefisit halları

· Çəkinin azaldılması proqramında

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA

Böyüklərə və 14 yaşdan yuxarı uşaqlara 1 kapsuldan gündə 1 dəfə.

ƏLAVƏ TƏSİRLƏR

Dispeptik əlamətlər.

ƏKS GÖSTİRİŞLƏR

Komponentlərə qarşı fərdi həssaslıq, kəskin qlomerulonefrit.

EHTİYYAT TƏDBİRLƏRİ

Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Uşaqların əli çatmayan yerdə saxlayın.

SAXLANMA ŞƏRAİTİ

Quru, günəş şualarından və istilik mənbələrindən uzaq saxlanılmalıdır.

BURAXILIŞ FORMASI

Yumşaq jelatin kapsul №30.

DƏRMAN VASİTƏSİ DEYİL

İSTEHSALÇI

Gricar Chemical S.r.l.

Via San Giuseppe 18/20

Brugherio (MB)

İtaliya