You are using an outdated browser. For a faster, safer browsing experience, upgrade for free today.

Yükləmə...

Göstərişlər

Psixi aktivliyin azalması ilə müşahidə olunan əqli inkişafdan geri qalma

  • İstehsalçı

    GRICAR (İTALİYA)

  • Buraxılış forması

    Flakon 150 ml

  • Kateqoriya

    Neyroprotektor

Ətraflı məlumat

BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ

TƏRKİBİ

QAYT - 250 mq

Qlutamin-150 mq

İnozitol - 40 mq

L-karnitin - 27 mq

Maqnezium - 56 mq

XÜSUSİYYƏTLƏR

Baş beyində metabolizm proseslərini bərpa edir, beyin tərəfindən qlukozanın  mənimsənilməsini və mübadilə prosesləri zamanı əmələ gələn toksiki maddələrin xaric olmasını təmin edir. Sinir sisteminin oyanıqlığını azaldaraq və baş beyin qabığında tormozlanma proseslərini gücləndirərək sakitləşdirici təsir göstərir; yaddaşı yaxşılaşdırır, beyin qan dövranının pozulması nəticəsində əmələ gələn hərəki və nitq qüsurlarının aradan qaldırılmasına müsbət təsir göstərir. Antihipoksik və qıcolmaəleyhinə təsirə malikdir. Uşaqlarda (həmçinin, əqli inkişafdan geri qalanlarda) yaddaş və təhsilə mənfi təsir göstərən faktorları (baş beynin degenerativ zədələnmələri, hipoksiya, travmalar və s.) aradan qaldırır.

GÖSTƏRİŞLƏR

·         Psixi aktivliyin azalması ilə müşahidə olunan əqli inkişafdan geri qalma

·         Sinir gərginliyi, nevrozlar, sayrışan hallar, yuxusuzluq

·         Nitq pozğunluqları

·         Epilepsiya

·         Diqqət defisiti və/və yaxud hiperaktivlik

·         Uşaq serebral iflici

İSTİFADƏ QAYDASI

5 yaşdan yuxarı uşaqlara - 10 ml gündə 2 dəfə (sutkalıq doza 20 ml).

Preparat təmiz halda və ya az miqdarda suda həll olunmuş halda içilir.  

ƏLAVƏ TƏSİRLƏR

Ağızda quruluq hissi, ağızın selikli qişasının qıcıqlanması, allergik reaksiyalar, ürəkbulanma, qusma. 

ƏKS GÖSTƏRİŞLƏR

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

EHTİYYAT TƏDBİRLƏRİ                                                                                                                                           

Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Uşaqların əli çatmayan yerdə saxlayın.              

BURAXILIŞ FORMASI

Sirop 150 ml.

DƏRMAN VASİTƏSİ DEYİL.

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ

Gricar Chemical S.r.l.

Via San Giuseppe 18/20

Brugherio (MB)

İtaliya