Yükləmə...
Göstərişlər
· Faringit;
· Тоnzilit;
· Gingivit;
· Stomatit.
SORIA NATURAL (İSPANİYA)
Oral sprey, 30 ml.
Yerli antiseptik
Tərkibi
Acı Mirra tinkturası (Commiphora molmol Engler)..............14,71%
Adi adaçayı ekstraktı (Salvia officinalis L.)............................2,94%
Propolis tinkturası (Propolis)..................................................3,50%
Ayıpəncəsi (Potentilla erecta L.)............................................1,96%
Qaytarmaotu ekstraktı (Agrimonia eupatoria L.)…...............1,96%
Adi kəklikotu yağı (Thymus vulgaris)…................................0.22%
Evkalipt yağı (Eucalyptus globulus Labili)............................0,22%
Bitki qliserin və distillə olunmuş su.....................................76,46%
Xüsusiyyətləri
Komposor Timus Kompleks 1 dərman bitkilərinin bitki qliserində həll edilmiş miksturasından ibarətdir. Dərman bitkilərinin bu kombinasiyası antiseptik, büzücü, iltihabəleyhinə təsirlərə malikdir. Ağız boşluğu və udlağın iltihabi- infeksion xəstəliklərinin yerli müalicəsində istifadə etmək məsləhət görülür.
Acı mirra.
Bakteria, göbələk və virusəleyhinə təsirlərə malikdir. Bakterial və virus mənşəli xronik, süst gedişli proseslər zamanı iltihabəleyhinə və antiseptik təsir göstərir. Mirra stomatologiyada ağız boşluğunun selikli qişasının iltihabı zamanı istifadə edilir. Parodontoz zamanı effektiv vasitədir. Ağızdan xoşağəlməz qoxunu aradan qaldırır, yerli immuniteti artırır.
Adi adaçayı.
Ağız boşluğunun xəstəlikləri zamanı istifadə edilən antiseptik və iltihabəleyhinə vasitədir. Orqanizmə ümumi möhkəmləndirici təsir göstərir. Gingivit, stomatit, angina və tonzilit zamanı regenerasiya prosseslərini sürətləndirir. Səsin tez bir zamanda bərpasına səbəb olur.
Propolis.
Propolis bakteriostatik, bakterisid, iltihabəleyhinə, virusosid, ağrıkəsici, antikoaqulyant təsirlərə malikdir. Regenerasiya prosseslərini aktivləşdirir, mikrosirkulyasiyanı yaxşılaşdırır.
Ayıpəncəsi.
Bakteriya və iltihabəleyhinə, ağrıkəsici, büzücü, qansaxlayıcı təsirlərə malikdir. Tərkibində aşılayıcı maddələr, flavonoidlər, antosianlar, polisaxaridlər, kumarinlər kimi aktiv maddələr vardır. Selikli qişaların zədələnmələri və iltihabi xəstəlikləri zamanı büzücü və qansaxlayıcı vasitə kimi istifadə edilir.
Qaytarma otu.
Qaytarma otunun farmakoloji aktivliyini müəyyən edən əsas maddələrə taninlər, saponinlər və flavonoidlər aiddir. Bu bitki büzücü, bakteriosid, iltihabəleyhinə və qansaxlayıcı təsir göstərir. Bununla yanaşı kapilyar keçiriciliyi azaldır və damarları daraldır.
Adi kəklikotu.
Bitkinin əsas komponenti olan timol antiseptik və bakteriosid təsirlərə malikdir. Həmçinin patogen koklara və göbələklərə qarşı bakteriosid təsir göstərir.
Evkalipt.
Evkalipt yağı yuxarı tənəffüs yollarının iltihabi xəstəlikləri zamanı antiseptik və iltihabəleyhinə vasitə kimi təyin edilir. Bitkinin əsas komponenti olan sineol antibakterial və regenerator təsir göstərir.
Göstərişlər
· Faringit;
· Тоnzilit;
· Gingivit;
· Stomatit.
İstifadə qaydası və dozası
Gündəlik olaraq 3-4 saatdan bir ağız boşluğuna və ya boğaza 1-2 püskürtmə. 6 yaşdan yuxarı uşaqlara 8 saatdan bir 1 püskürtmə.
İstifadədən öncə flakonu çalxalamaq lazımdır.
Əlavə təsirləri
Müəyyən edilməmişdir.
Əks-göstərişlər
6 yaşdan kiçik uşaqlar. Tərkib hissələrinə qarşı yüksək həssaslıq.
Buraxılış forması
Komposor Timus Kompleks 1, oral sprey, 30 ml.
DƏRMAN VASİTƏSİ DEYİL.
İstehsalçı
SORİA NATURAL, S.A
La Sacea№1, Tel. 975 252 046
GARRAY, SORIA, SPAIN.