You are using an outdated browser. For a faster, safer browsing experience, upgrade for free today.

Yükləmə...

Göstərişlər

Yüksək sinir oyanıqlığı, qıcıqlanma, yuxusuzluq.

  • İstehsalçı

    SORIA NATURAL (İSPANİYA)

  • Buraxılış forması

    Flakon 50ml

  • Farmko-terapevtik qrup

    Sakitləşdirici vasitə

Ətraflı məlumat

BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ

 Tərkibi:

Qonaqotu (Passiflora incarnata L.)……………..12%

Yemişan (Crataegus oxyacantha L.)….. …….….....7%

Pişikotunun (Valeriana officinalis L.)………….......6%  

quru ekstraktı.

Narınc yağı (Citrus aurantium L.)…...………….0.15%      

Bitki mənşəli qliserin və distillə edilmiş su …...74.85%

Xüsusiyyətləri:

Komposor 5 dərman bitkilərin ekstraktlarının və  essensial yağların bitki mənşəli qliserində həll edilmiş kombinasiyasından ibarətdir. Dərman bitkilərinin bu kombinasiyası sedativ, spazmolitik, və zəif hipotenziv təsirə malik olub, müxtəlif sinir pozulmalarında istifadə olunur.

Qonaqotu. Tərkibinə indol alkaloidləri (qarmin, qarman və qarmol), qamma-piron derivatları (maltol, etilmaltol) və flavonoid derivatları (kversetol, apigenol,viteksin, oriyentin və s.) daxil olub, sedativ və spazmolitik  təsir göstərirlər.                                                                                           

Yemişan. Tərkibinə daxil olan polifenol substansiyaları (flavonoidlər, katexinlər, oliqomerlər və s.), triterpen derivatları (krateqol, ursol, oleanol turşuları), esterollar, amin turşuların derivatları və s. kardiotonik, damargenişləndirici, spazmolitik, sedativ, hipotenziv və diuretik təsir göstərirlər.

Pişikotu. Pişikotu sedativ, spazmolitik və zəif yuxugətirici təsirə malikdir. Tərkibinə alkaloidlər, essensial yağlar və efirlər daxildir.

Narınc yağı. Tərkibində limonenlə, linalonla zəngin olan essensial yağlar olduğundan, spazmolitik, zəif sedativ və yuxugətirici təsirə malikdir.

Göstərişlər

Sakitləşdirici vasitə kimi aşağıdaki hallarda istifadə oluna bilər:

- yüksək sinir oyanıqlığı, qıcıqlanma, yuxusuzluq.

İstifadə qaydası və dozası

Komposor 5 aşağıdakı qaydada qəbul edilməsi  məsləhət görülür:

Böyüklər və 14 yaşdan böyük uşaqlar – gün ərzində 3 dəfə olmaqla 1 ml.                                                                  

Əvvəlcədən az miqdarda suda durulaşdırılıb qəbul edilməsi məsləhət görülür. İstifadədən öncə flakonu çalxalamaq lazımdır.   

Əlavə təsirləri

Aşkar olunmayıb.

Əks-göstərişlər                                                                                                                                                        

Tərkib hissələrinə qarşı yüksək həssaslıq.

Buraxılış forması

Kоmposor 5, 50 ml-lik tünd flakonda pipetlə birlikdə buraxılır.

DƏRMAN VASİTƏSİ DEYİL.

İstehsalçı

SORİA NATURAL, S.A

La Sacea№1, Tel. 975 252 046

GARRAY, SORIA, SPAIN.