You are using an outdated browser. For a faster, safer browsing experience, upgrade for free today.

Yükləmə...

Göstərişlər

Köməkçi vasitə kimi sidik yollarının infeksion-iltihabi xəstəlikləri (piyelonefrit, sistit, uretrit) zamanı istifadə olunur.  

  • İstehsalçı

    SORIA NATURAL (İSPANİYA)

  • Buraxılış forması

    Flakon 50ml

  • Kateqoriya

    Uroantiseptik

Ətraflı məlumat

BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ

Tərkibi:                                                                                                                                                             

Ayıqulağı (Arctostaphylos uva-ursi Sprengel.)………….. 7%                                                                          

Süpürgə kolu (Calluna vulgaris L.)……………..………...5%                                                                                    

Tozağacı (Betula alba L.)  ……………...………………...4%                                                                                                                                  

 Şam ağacının efir yağı (Pinus sylvestris L.)..................0.3%                                                                                                                              

Bitki qliserini və distilləolunmuş su ………….....………..83.7%                                                                                                                          

Xüsusiyyətləri:

Komposor Uva-Ursi Kompleks 24 dərman bitkilərinin bitki qliserində həll edilmiş miksturasıdır. Bu bitki kombinasiyası sidik yollarının infeksion xəstəliklərinin (sistit, uretrit, piyelonefrit xə s.)  müalicəsi ücün təyin olunur, antiseptik və diuretik təsir göstərir. Ayıqulağının əsas təsiri arbutin qlikozodi ilə bağlıdır, hansı ki, orqanizmdə qlükoza və hidroxinona parçalanaraq, qıcıqlandırıcı və dezinfeksiyaedici təsir göstərir. Böyrəklərdən xaric olaraq, hidroxinon diurezi artırır və dezinfeksiyaedici təsir göstərir. 

Süpürgə kolu. Tərkibində arbutin və parçalanma maddəsi olan hidroxinon, fermentlər büzücü və mineral maddələr (əhəng, silisium turşusu), saponinlərin təsiri ilə bağlıdır. Sidikqovucu, iltihabəleyhinə, mikrobəleyhinə və büzücü təsir göstərir.                                                                                     

Tozağacı. Tərkibindəki flavanoidlər (hiperozid, kvarsetol-3-qalaktozid) diuretik efekt göstərir.    

Şam ağacı. Şam ağacının efir yağının təkibinə pinen, borneol, limonen, bornilasetat, kerdinen daxildir. Antiseptik, sidikqovucu təsir göstərir.  

Göstərişlər                                                                                                                                                                                

Köməkçi vasitə kimi sidik yollarının infeksion-iltihabi xəstəlikləri (piyelonefrit, sistit, uretrit) zamanı istifadə  olunur.                   

İstifadə qaydası və dozası                                                                                                                           

Komposor Uva-Ursi Kompleks 24 aşağıdakı qaydada qəbul edilməsi  məsləhət görülür: Böyüklər və 14 yaşdan böyük uşaqlar – gün ərzində 3 dəfə olmaqla 1 ml.                           

Əvvəlcədən az miqdarda suda durulaşdırılıb qəbul edilməsi məsləhət görülür. İstifadədən öncə flakonu çalxalamaq lazımdır. Müalicə kursu on dörd gündən artıq davam etməməlidir.                                                                                                                         

Əlavə təsirləri

Aşkar olunmayıb.

Əks-göstərişlər                               

Tərkib hissələrinə qarşı yüksək həssaslıq.  

Ehtiyyat tədbirləri                                                                       

Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Uşaqların əli çatmayan yerdə saxlayın.

Buraxılış forması                                      

Komposor Uva-Ursi Kompleks 24, 50 ml-lik tünd flakonda pipetlə birlikdə buraxılır.

DƏRMAN VASİTƏSİ DEYİL.

İstehsalçı

SORİA NATURAL, S.A

La Sacea№1, Tel. 975 252 046

GARRAY, SORIA, SPAIN.