You are using an outdated browser. For a faster, safer browsing experience, upgrade for free today.

Yükləmə...

Göstərişlər

Köməkçi vasitə kimi böyrək daşlarının (kalsium-oksalat) əmələ gəlməsinin və formalaşmasının qarşısının almaq məqsədi ilə istifadə olunur. 

  • İstehsalçı

    SORIA NATURAL (İSPANİYA)

  • Buraxılış forması

    Flakon 50ml

  • Kateqoriya

    Litolitik

Ətraflı məlumat

BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ

Tərkibi:                                                                                                                                                               

Enli yarpaqlı tərə (Lepidium latifolium L.)…......…................……… 7%                                                                                                                                                                              

Adi ayıqulağı otu (Arctostaphylos uva-ursi Sprengel)..................….5%   

Adi qızılsəbət otu (Solidago virga-aurea L.)….………………………5%                                                                                   

Bitki mənşəli qliserin və distillə edilmiş su…………………………....83%

Xüsusiyyətləri:

Komposor Lepidium Kompleks 25 dərman bitkilərin ekstraktlarının və  essensial yağların bitki mənşəli qliserində həll edilmiş kombinasiyasından ibarətdir. Bitkilərin bu kombinasiyası böyrək daşlarını, əsasən kalsium oksalat tərkibli daşlarını əritmək xassəsinə malikdir. Bu vasitənin antikalkulyoz, sidikqovucu, antiseptik və büzücü təsirləri var. 

Enli yarpaqlı tərə. Litolitik təsiri sayəsində böyrək daşlarını, əsasən də kalsium oksalat tərkibli daşları əridir. Eləcə də antiseptik, sidikqovucu və büzücü təsirlərə malikdir.                                                                                                                            

Adi ayıqulağı otu. Müalicəvi təsiri xəstə orqanizmdə hidroliz nəticəsində meydana çıxan arbutin sayəsində həyata keçirilir. Sidikqovucu və antiseptik təsir göstərir (uroantiseptik).     

Adi qızılsəbət otu. Bu bitkinin tərkibinə sidikqovucu təsir göstərən flavanoidlər, fenol turşuları, kumarinlər daxildir.  Spazmolitik və ağrıkəsici təsirləri aydın təzahür edir. Böyrəklərdə və sidik kisəsində olan daşların əriməsinə səbəb olur.                                                                                                                                      

Göstərişlər

Köməkçi vasitə kimi böyrək daşlarının (kalsium-oksalat) əmələ gəlməsinin və formalaşmasının qarşısının almaq məqsədi ilə istifadə olunur. 

İstifadə qaydası və dozası                                                                                                                           

Komposor Lepidium Kompleks 25 aşağıdakı qaydada qəbul edilməsi məsləhət görülür:                          

Böyüklər və 14 yaşdan böyük uşaqlar – gün ərzində 3 dəfə olmaqla 1 ml.                                                                  

Vasitənin əvvəlcə az miqdarda suda durulaşdırılıb qəbul edilməsi məsləhət görülür. İstifadədən öncə flakonu çalxalamaq lazımdır. Müalicə kursu on dörd gündən artıq davam etməməlidir.                                                                                                                                                                          

Əlavə təsirlər                                                              

Aşkar olunmayıb.                                                                                                                                                              

Əks-göstərişlər                                                                                                                      

Tərkib hissələrinə qarşı yüksək həssaslıq.

Ehtiyyat tədbirləri         

Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Uşaqların əli çatmayan yerdə saxlayın.                                                                                       

Buraxılış forması

Komposor Lepidium Kompleks 25, 50 ml-lik tünd flakonda pipetlə birlikdə buraxılır.                                                           

DƏRMAN VASİTƏSİ DEYİL.

İstehsalçı

SORİA NATURAL, S.A

La Sacea№1, Tel. 975 252 046

GARRAY, SORIA, SPAIN.