You are using an outdated browser. For a faster, safer browsing experience, upgrade for free today.

Yükləmə...

Göstərişlər

Ferment çatmamazlığına səbəb olan halların kompleks müalicəsi.

  • İstehsalçı

    GRICAR (İTALİYA)

  • Buraxılış forması

    Tablet №30

  • Kateqoriya

    Poliferment vasitə

Ətraflı məlumat

BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ

TƏRKİBİ:

Hər həbin tərkibində:

Papaya (Papaya d.e.)                   50 mq

Papain (Papain 2,5 FIP UI/mg)     75 mq

Adi şüyüd                                      85 mq

Bromelain (2500 GDU/g)              50 mq

Enzim kompleksi                          50 mq

Köməkçi maddələr: mikrokristallik sellüloza, silisium oksid, bitki mənşəli maqnezium stearat. Örtük agenti: asetillənmiş modifikə olunmuş Nişasta, Talk, Titanium dioksid, Qliserol, Sulu təbii qatran məhlulu.

 XÜSUSİYYƏTLƏRİ

Medenza bitki və mikroorqanizm mənşəli olan yüksək aktivli, turşuya davamlı fermentlərin kombinasiyası olub, həzm prosesini yaxşılaşdırır. Tərkibinə daxil olan pankreatik fermentlər (amilaza, proteaza, lipaza) zülalların, yağların, karbohidratların həzm olunmasını asanlaşdırır və nazik bağırsaqdan tam absorbsiyasını təmin edir. Peristaltikanı yaxşılaşdırır, gəyirməni, köpü və qarında ağırlıq hissiyatını azaldır. Bağırsaq mikroflorasını yaxşılaşdırır. Tərkibindəki papaya, papain, bromelain, bitki mənşəli proteolitik fermentlər olub, turş, qələvi və neytral mühitə davamlı olduğundan öz təsirini hər bir şəraitdə qoruyub saxlayırlar. Selikli qişadan 6-10% sorularaq immunomodulyator, iltihabəleyhinə, təsir göstərə bilirlər. Medenza antibakterial vasitələrin plazamda və iltihab ocağında konsentrasiyasını artıraraq, onların effektivliyini artırır.

İSTİFADƏSİNƏ DAİR TÖVSİYƏ

Ferment çatmamazlığına səbəb olan halların kompleks müalicəsində köməkçi vasitə kimi istifadə olunur:

Həzm pozğunluqları:

- Qeyri rasional qidalanma, yağlı qidaların qəbulu

- Dispepsiya, köp, disfagiya, ürəkbulanma, qusma, qıcqırma

- Mədəaltı vəzin xarici sekretor funksiyasının çatmamazlığı (xroniki pankreatit, mukovisidoz)

- Mədə-bağırsaq, qaraciyər, öd yollarının xroniki iltihabi–distrofik xəstəlikləri

- Həzm orqanlarının cərrahi və şüa müalicəsindən sonra yaranan (pankreoektomiya, mədəaltı vəzi xərçəngi, mədəaltı vəzi axacağının və ümumi öd axacağının obstruksiyası) pozğunluqları. Şvaxman-Daymond sindromu

- Uzun muddətli qlükokortikoid, QSİP, antibiotik, hormonal preparatların qəbulu zamanı əmələ gələn disbakterioz halları.

Qanın reoloji xüsusiyyətlərini yaxşılaşdırmaq məqsədilə kombinə olunmuş terapiyada.

Angiologiya: tromboflebit, postflebotik sindrom, səthi venaların kəskin tromboflebiti,  asağı ətraf arteriyaların obliterasiyaedici aterosklerozu, residiv gedisli flebitlərin profılaktikası, limfatik ödem.

Endokrinologiya: diabetik angiopatiya, diabetik retinopatiya, autoimun tireoidit.

İltihabəleyhinə, imunomodulyator təsirlərinə görə kombinə olunmuş terapiyada.

Ginekologiya: urogenital yolların xroniki infeksiyaları, adneksit, hestozlar, mastopatiyalar.

Revmatologiya: birləşdirici toxumanın diffuz xəstəlikləri, revmatoid artrit, reaktiv artrit, ankilozlaşdırıcı spondiloartrit, osteoartrit.

Dermatologiya: atopik dermatit, sızanaqlı səpgi.

Profilaktika

Medenza, onkoloji xəstələrdə kimyəvi və ya şüa üsulları ilə müalicə zamanı.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA

Böyüklərə və 14 yaşdan yuxarı uşaqlara -1 həbdən gündə 1 dəfə əsas yeməkdən sonra.

ƏLAVƏ TƏSİRLƏR

Nadir hallarda allergik reaksiyalar.

ƏKS GÖSTƏRIŞLƏR

Komponentlərə qarşı yüksək həssaslıq.

EHTİYYAT TƏDBİRLƏRİ

Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Uşaqların əli çatmayan yerdə saxlayın.

SAXLANMA ŞƏRAİTİ

Quru, günəş şualarından və istilik mənbələrindən uzaq saxlanılmalıdır.

BURAXILIŞ FORMASI

Üstü örtülü tablet №30.

DƏRMAN VASİTƏSİ DEYİL

İSTEHSALÇI

Gricar Chemical S.r.l.

Via San Giuseppe 18/20

Brugherio (MB)

İtaliya