You are using an outdated browser. For a faster, safer browsing experience, upgrade for free today.

Yükləmə...

Göstərişlər

Kalsium maqnezium, sink və D3 vitamin defisitinin müalicə və profilaktikası.

  • İstehsalçı

    GRICAR (İTALİYA)

  • Buraxılış forması

    Flakon 150 ml

  • Kateqoriya

    Kalsium maqnezium, sink və D3 vitamini kombinasiyası

Ətraflı məlumat

BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ

Tərkibi

Hər 5 ml siropda:

-Kalsium laktat                            - 278 mq              

-Maqnezium xlorid                      - 28 mq

-Vitamin D3                                 - 400 BV        

-Sink qlukonat                              - 1.5 mq

və köməkçi maddələr: kalium sorbat, natrium benzoat.

Xüsusiyyətləri

Kalsium, maqnezium, sink və D3 vitamin çatmamazlığını bərpa edir. Orqanizmdə xüsusilə də sümük toxumasında kalsium mübadiləsini requlə edir. Farmakoloji xüsusiyyətləri tərkib komponentlərinin birgə effekti ilə müəyyən olunur.

İstifadəsinə göstərişlər     

Kalsium maqnezium, sink və D3 vitamin defisitinin müalicə və profilaktikası.

Əks göstərişlər

Hiperkalsemiya, vərəmin aktiv forması, komponentlərə qarşı yüksək həssaslıq.                                                                                                                  

İstifadə qaydası

4 yaşdan yuxarı uşaqlara və böyüklərə  -5 ml gündə 1 dəfə

Səhər saatlarında yeməkdən aslı olmayaraq istifadəsi məsləhətdir. Preparat təmiz halda, su, süd və ya digər məhlullar vasitəsilə durulaşdırılaraq içilir. İstifadədən əvvəl flakonu çalxalamaq lazımdır.

Ehtiyyat tədbirləri                                                                                                                                           

Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Uşaqların əli çatmayan yerdə saxlayın.              

Buraxılış forması

Sirop 150 ml flakonda.

DƏRMAN VASİTƏSİ DEYİL.

İstehsalçı

Gricar Chemical S.r.l.

Via San Giuseppe 18/20,

Brugherio (MB), Italy.