Yükləmə...
Göstərişlər
Vitamin çatmamazlığının profilaktikası.
GRICAR (İTALİYA)
Flakon 30 ml.
Vitamin kompleksi
BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ
Dalivit Plus damcılarını qəbul etməzdən və ya uşağınıza verməzdən əvvəl bu içlik vərəqəni diqqətlə oxuyun. Bu vərəqədə dərmanın düzgün qəbuluna dair vacib məlumat verilib. Əgər hər hansı bir sualınız olarsa, öz həkiminizə və ya əczaçınıza müraciət edin.
TƏRKİBİ
28 damcının (1,4 ml) tərkibində:
Vitamin A 800 µq
Vitamin D3 5 µq
Vitamin B1 1,1 mq
Vitamin B2 1.4 mq
Vitamin B6 1,4 mq
Vitamin B3 15 mq
Vitamin H (D-biotine) 50 µq
Vitamin B5 6 mq
Vitamin C 80 mq
Su, Saxaroza, Vitamin C, Vitamin A asetat (daşıyıcı: Ərəbistan kitrəsi, maltodekstrin, qarğıdalı nişastası, antioksidant: DL-alfa-tokoferol), Vitamin B3, Vitamin B5, Şirin narıncın meyvəyanlığı (Citrus aurantium L. var. dulcis L.) e.o., Vitamin D3, Vitamin B2 HCl, Vitamin B6 HCl; turşu stabilizatoru: Limon turşusu; Vitamin B1 HCl; qoruyucu vasitlər: Kalium, Natrium benzoat; şəkər əvəzedici: Saxaroza; Biotin.
XÜSUSİYYƏTLƏRİ
Dalivit Plus-un tərkibinə daxil olan A vitamini görmə qabiliyyətini yaxşılaşdırır. D3 vitamini sümük, dişlər və dərinin inkişafını və raxitin qarşısını alınmasını təmin edir.
B1, B2, B6, B3 və H vitaminləri sinir sisteminin inkişafı və fəaliyyəti üçün əhəmiyyətli maddələrdir. Vitamin B5 yüksək intelektual fəaliyyəti təmin edir, vitamin C isə kiçik qan damarlarını möhkəmləndirir, diş əti və qığırdaqların inkişafı və dəmirin mənimsənilməsi üçün vacib amildir.
ƏKS GÖSTƏRİŞLƏRİ
Hamiləlik və ya hamiləliyə şübhə (həkim məsləhət gördüyü hallar istisna olmaqla).
EHTİYYAT TƏDBİRLƏRİ
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Uşaqların əli çatmayan yerdə saxlayın.
GÖSTƏRİŞLƏRİ
Dalivit Plus damcıları vitamin çatmamazlığının profilaktikası məqsədi ilə istifadə olunur.
DOZALANMA VƏ İSTİFADƏ QAYDASI
6 həftədən 1 yaşadək körpələrə - 14 damcı gündə bir dəfə.
1 yaşdan yuxarı olan uşaqlar, böyüklər və yaşlılar - 28 damcı gündə bir dəfə və ya həkimin göstərişinə əsasən təyin edilir.
Xüsusi damcısalanın köməyi ilə Siz Dalivit Plus damcılarının dəqiq dozasını müəyyən edə bilərsiniz. İstifadə üçün qapağını açın və ucunu qabağa əyin. Damcıları sayın.
Dalivit Plus damcıları dilin altına düşməlidir. Həmçinin onları meyvə şirəsi və başqa içkilərə də əlavə etmək olar. Lakin qarışdırıldıqdan sonra onları bir yerdə saxlamayın, çünki bəzi vitaminlər öz effektlərini itirə bilər.
SAXLANMA ŞƏRAİTİ
Sərin və quru yerdə saxlayın.
BURAXILIŞ FORMASI
Damcısalanla təchiz edilmiş 30 ml flakon.
İSTEHSALÇISI
Manufactured by Gricar Chemical S.r.l.
Via San Giuseppe 18/20
Brugherio (MB)
SGQ certificato ISO 9001
e ISO 13485
Italy