Yükləmə...
Göstərişlər
Tənəffüs orqanlarının kəskin və xroniki xəstəliklərinin kompleks müalicəsində köməkçi vasitə kimi istifadə olunur:
• Kəsкin və хrоniкi brоnхitlər. Obstruktiv bronxit, brоnхiаl аstmа, brоnхоеktаziyа, bronxiolit, mukovissidoz
• Pnevmoniya. Ağ ciyərlərin оbstruкtiv хəstəlikləri
• Lаringit, larinqotraxeit, sinusitlər
GRICAR (İtaliya)
Flakon 150 ml
Bəlğəmgətirici vasitə
BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ
TƏRKİBİ:
Hər 5 ml siropun tərkibində:
Altey kökü (Althaea Root gly.) Ex. E/D 4:1 – 100 mq
Kəklikotu yarpağı (Thyme vulgaris L.) Ex. E/D 5:1 – 100 mq
Dərman novruzgülü (Primula Veris gly.) Ex. E/D 1:1 – 133 mq
Vitamin C – 40 mq
XÜSUSİYYƏTLƏRİ
Altey –flavonoidlər, rutin, fitosterin və tanninlər sayəsində bəlğəmi durulaşdırır və kirpikli epitelin funksiyasını sürətləndirərək bəlğəmin rahat xaric olmasına şərait yaradır. Tərkibində olan flavonoidlər və tanninlər iltihabı aradan qaldırır, polisaxarid tərkibli selik isə bronxların və qırtlağın selikli qişasını bürüyərək qıcıqlanmanın qarşısını alır və zədələnmiş selikli qişanı bərpa edir.
Kəklikotu –timol və karvakrol sayəsində antibakterial, antifunqal, spazmolitik, iltihabəleyhinə və bəlgəmgətirici təsirlərə malikdir. Tərkibində olan zeaksantin, lyütein və apigenin flavonoidləri sayəsində isə güclü antioksidant təsir göstərir.
Dərman novruzgülü - karotin, C vitamini, karbohidratlar, qlükozidlər, əfir yağları və üzvi turşular ilə zəngindir. Bəlğəmgətirici təsirinə görə bronxit, larinqit, sətəlcəm, göy öskürək kimi xəstəliklər zamanı geniş tətbiq olunur.
Vitamin C – orqanizmdə sintez olunmur, yalnız qida vasitəsi ilə qəbul olunur. Oksidləşmə-reduksiya proseslərində, karbohidrat mübadiləsində, toxumaların regenerasiyasında iştirak edir. Vitamin C orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, damar keçiriciliyini zəiflədir. Güclü antioksidant təsirə malikdir.
İSTİFADƏSİNƏ DAİR TÖVSİYƏLƏR
Tənəffüs orqanlarının kəskin və xroniki xəstəliklərinin kompleks müalicəsində köməkçi vasitə kimi istifadə olunur:
• Kəsкin və хrоniкi brоnхitlər. Obstruktiv bronxit, brоnхiаl аstmа, brоnхоеktаziyа, bronxiolit, mukovissidoz
• Pnevmoniya. Ağ ciyərlərin оbstruкtiv хəstəlikləri
• Lаringit, larinqotraxeit, sinusitlər
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA
4-14 yaşlı uşaqlara -2,5 ml gündə 2 dəfə.
Yeməkdən 20 dəqiqə sonra təyin olunur.
Qəbul müddəti 1- 4 həftədir.
Qəbul qaydası həkim tərəfindən tənzimlənə bilər.
ƏLAVƏ TƏSİRLƏR
Nadir hallarda dispeptik əlamətlər, başgicəllənmə və allergik reaksiyalar.
ƏKS GÖSTƏRİŞLƏR
Komponentlərə qarşı yüksək həssaslıq.
EHTİYYAT TƏDBİRLƏRİ
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Uşaqların əli çatmayan yerdə saxlayın.
BURAXILIŞ FORMASI:
Sirop 150 ml flakonda, ölçü qaşığı ilə birgə.
SAXLANMA QAYDASI:
Quru, işıq düşməyən yerdə 26ºC-dən yuxarı olmayan temperaturda saxlanılmalıdır.
DƏRMAN VASİTƏSİ DEYİL.
İSTEHSALÇI
Gricar Chemical S.r.l.
Via San Giuseppe 18/20
Brugherio (MB)
İtaliya